Halsız namaz

 
Halsız namaz


Halsız namaz

Əgər namaz ən xeyirli əməldirsə və insanın mənəvi təkamülündə böyük təsirə malikdirsə, nə üçün namaz qılan müsəlmanlarda bu təsir bir o qədər də müşahidə olunmur? Rəvayətlərdə buyurulur ki, "namaz möminin meracıdır”. Nə üçün uzun illər namaz qılmış şəxs bir dəfə də olsa bu meracı hiss etmir? "Ənkəbut” surəsinin 45-ci ayəsini xatırlayaq: "Namaz (insanları) pis və çirkin işlərdən uzaqlaşdırır”. Bəs nə üçün bir ömür namaz qılan insan yenə də günaha yol verir? Ayə və rəvayətlərdə zikr olunmuş bir çox xüsusiyyətlərin namaz qılanlarda müşahidə edilməməsi sual doğurur.
Cavab budur ki, bizim qıldığımız namaz əsl namazın zahiri formasının oxşarıdır. Çoxumuz yalnız namazın son cümləsində xatırlayırıq ki, namaz qılırmışıq. Çox vaxt yadımıza düşməyən işlər namazda yadımıza düşür və namaz boyu bu işləri götür-qoy edirik. Məsələn, namazdan sonra dərsimiz varsa, namazda dərs mütaliə edirik. Ticarətlə məşğul olanlar namaz zamanı alacaq-ları və verəcəkləri haqqında düşünür. Namaz adlandırdığımız bu əməli namaz hesab etmək olarmı?!Bəli, bu sayaq namazlardan əslində tövbə etmək lazımdır. Günahlar bir yana dursun, yerinə yetirdiyimiz naqis ibadətlərdən tövbə etməyin yeri var. Əgər bir şəxs fikri tamam başqa yerdə olduğu halda sizə tərif və təşəkkür edərsə bu diqqətsizlik sizə xoş gələrmi? Biri ilə danışarkən yan-yörəyə baxıb, başqa şey haqqında düşünmək hörmətsizlik deyilmi? Əgər diqqətsiz-liyi hörmətsizlik hesab ediriksə, qıldığımız namazlar ibadətdir yoxsa istehza?! Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur ki, namazı diqqətsiz qılan şəxs Allahın onu ulağa çevirməyindən qorxmurmu?
"Allahu əkbər” deyən şəxs şəhadət verir ki, Allahdan böyük olan yoxdur. Dildə bu sözləri deyərkən qəlbdə bir başqasına ümid etməyin mənası odur ki, insan üçün Allahdan da böyük kimsə var. Dildə bir söz deyib qəlbdə başqa bir şey fikirləşmək Allahı məsxərə etmək deyilmi? Əgər bir şəxs bizi təriflədiyi halda qəlbən tamam başqa münasibətdədirsə və əsl münasibətdən xəbərdarıqsa bu sözləri özümüz üçün məsxərə hesab etmirikmi? Allah namaz qılan şəxsin qəlbindən xəbərdardır. Üzü Allaha, qəlbi isə dünyaya tərəf durmuş insan öz hərəkətindən nə gözləyə bilər? Adi insanla danışarkən diqqətsizliyi qəbahət biliriksə, hansı cürətlə namazda diqqətsiz olu-ruq? Doğrudan da belə diqqətsizliklə qılınmış namazlara tövbə etmək lazımdır. "Nisa” surəsinin 43-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Nə dediyinizi başa düşəsiniz deyə məst halda namaz qılmayın”. Məstlikdən ağlı düz işləməyən insanın sözləri puç və mənasızdır. Belə insanın tərif və təşəkkürünü dəyərli hesab etmək olmaz. Ayədə yalnız şərabdan məst olanlar nəzərdə tutulmur. İstənilən bir səbəbdən qəflət halında olan insana namaza durmamaq tapşırılır. Çünki məst insan nə danışdığını bilmir. Qəflətdə olan insanlar da öz dediklərinə diqqətsiz olurlar. Bəli, namazdan bəhrələnməməyimizin əsl səbəbi həqiqi namaz qılmamağımızdır. Biz sadəcə öhdəmizə düşən vəzifəni yerinə yetirib, qəbr və qiyamət əzabından xilas olmaq istəyirik. Böyük əksəriyyət belə düşünür ki, həqiqi mömin olmaq üçün təcvid qaydalarına əməl edib, namazı gözəl avazla qılmaq lazımdır. Guya möminlik ərəb hərflərini düzgün tələffüz etməkdən ibarət imiş. Hansı ki, namazın zahiri göstəricilərinin onun ruhuna heç bir dəxli yoxdur. İnsanı Allaha yaxınlaşdıran qəlb halətidir. Zahiri gözəllik yalnız batini gözəlliyi tamamlamaq üçündür. Namazın ruhu isə qəlbin iştirakından ibarətdir.
Namaz kimi dəyərli bir gövhər ixtiyarımızda-dır. Namazı lazımınca dəyərləndirməməyimiz təəssüf doğurur. Kamilləşmək istəyənlərin çoxu qapı-qapı düşüb kamillik sirrini axtarırlar. Hansı ki, kamilliyə çatmaq üçün namazdan təsirli bir əməl olsaydı, Allah o əməli gizləməzdi. Axı aləmlərə rəhmət olan Qurani-kərimdən başqa çarə nə ola bilər? Əgər namazdan təsirli bir vasitə olsaydı hökmən Quranda bu barədə məlumat verilərdi. Nə üçün Həzrət Əli (ə) namaza daha çox əhəmiyyət verirdi? Yoxsa o nədənsə xəbərsiz idi? Həzrət (ə) gündə min rəkət namaz qılırdı. Əgər namazdan təsirli ikinci bir əməl var idisə, nə üçün müttəqilər ağası Əli (ə) məhz namaza bu qədər vaxt sərf edirdi? Həzrət (ə) yol gedərkən, şum vurarkən, quyu qazarkən Allahın zikrindən ayrılmazdı. Vacib namazda olan bir çox şərtlər müstəhəb namazda yoxdur. Mümkündür ki, Həzrət Əli (ə) gün uzunu müstəhəb namazlardan ayrılma-mışdır. Müəllif özü böyük alimlərin yol gedərkən namaz qılmasının şahidi olub. Mərhum Əllamə Təbatəbai yol boyu nafilə namazlarını qılardı. Mərhum Şeyx Qulamriza evdən məscidə, məsciddən evə yol boyu müstəhəb namaza məşğul olardı.Xülasə, əgər namazın əhəmiyyətini bilsəydik, namaza ciddi yanaşar və onun faydalarından məh-rum olmazdıq. Həqiqi namazqılanlar bu ibadətin dünya və axirət faydalarını gözəl tanıyır.
Pərvərdigara, bizi həqiqi namaz qılanlardan buyur.


Halsız namaz



Geri dön

eliwqa

  • 4 iyun 2015 10:53
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
ALLAH razi olsun

--------------------

ღ ĸαвυѕυм ღ

  • 2 iyun 2015 18:47
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur canim meqaleye qore,Allah razi olsun

--------------------

Elya Alieva

  • 1 iyun 2015 14:28
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
UREYIM...I MEN

ツ Pc Cøpatka ツ

  • 29 may 2015 16:17
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun=)

--------------------

jasmin022

  • 29 may 2015 13:25
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Favorit Girl )

  • 29 may 2015 10:46
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Tesekkurler xeber ucun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Elya Alieva

  • 28 may 2015 22:36
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
xeber ucun Tesekkur

--------------------
UREYIM...I MEN

Fearless

  • 28 may 2015 22:32
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:// user/İMZA/

sessiz deniz

  • 28 may 2015 21:39
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore sagolun

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 may 2015 21:09
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN...

Pıtırcık

  • 28 may 2015 21:04
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSU

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 61
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}