Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub küləyini axşam mülayim şimal küləyi əvəz edəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 29-33° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Gecə 11-16°, gündüz 30-35° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-20°, gündüz 29-34° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz, əsasən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 28-33°, dağlarda gecə 15-20°, gündüz 21-26° isti olacağı gözlənilir.


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 2 iyun 2015 11:42
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
Tesekkur melumatcun

--------------------

Elya Alieva

  • 1 iyun 2015 12:57
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
xeber cun twk qadasi

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 30 may 2015 19:11
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
məlumaTA GÖRƏ SAĞ OLUN

Rapunzel Aşkı

  • 29 may 2015 16:51
  • Məqalə: 77
  • Şərh: 340
  • Bal:
{awards}
minatdariq cox saqol

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 29 may 2015 16:07
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
məlumaTA GÖRƏ SAĞ OLUN

Prosta DeNiZ :)

  • 29 may 2015 15:56
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
melumata gore cox sag olun

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

ツ Pc Cøpatka ツ

  • 29 may 2015 15:30
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

--------------------

PoZitiV Kaa=)

  • 29 may 2015 14:14
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Bulud olması yaxşı oldu nəfəs almaq olmur.Təşəkkürlər

--------------------

NIGAR

  • 29 may 2015 13:36
  • Məqalə: 727
  • Şərh: 10499
  • Bal:
{awards}
məlumaTA GÖRƏ SAĞ OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}