Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar

 
Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar



Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar

Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Allaha xatir qəzəbini söndürən xəxsin savabı həddən çoxdur. Allah-təala qəzəbinə qələbə çalan şəxsi cəhənnəm əzabınnın qoruyar.
1.عَنْ اَبى عَبْدالله(ع): مَنْ كَفَّ نَفْسَهُ عَنْ إِعْرَاضِ النَّاسِ كَفَّ اللهُ عِنْدَ عَذابِ يَوْمِ الْقِيامَةِ
1. İmam Sadiq(ə) buyurur: “Hər kəs camaata əziyyət etməkdən çəkinərsə Allah qiyamət günü onun qiyamət əzabından qoruyar. Və hər kəs camaata qarşı öz qəzəbini boğub saxlayarsa Allah qiyamət günü o şəxsi əzabdan saxlayar.”
1.قَال رَسُول الله(ص): اَلا وَمَنْ حَفَظَ نَفْسَهُ عِنْدَ الْغَضَبِ فَهُوَ كَالْمُجَاهِدِ فِى سَبِيلِ اللهِ
2. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəbləndiyi zaman öz qəzəbini saxlayan şəxs, Allah yolunda cihad edən şəxs kimidir.”

Allah rizası üçün qəzəblənmək

Bəzən elə yerlər olur ki, orada Allaha xatir qəzəblənmək lazımdır. Ümumiyyətlə insanın qəzəblənib qəzəblənməməsində əsas meyar Allahın razılığı olmalıdır. Əgər Allahın razılığı olmayan yerdə insan qəzəblənərsə bu qəzəblənmək insanı həqiqətdən ayrı salar və imanını əlindən alar. Lakin elə yerlər də vardır ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Onlaın bir bir neçəsini nəzərnizə çatdırıram.
قَالَ عَلِىُّ(ع): مَنْ اَحَدٌ سِنانًا اَلْغَضَبُ لِلّهِ سُبْحَانَهُ تَعَالَى قَوى عَلى قَتْلِ أَشِدّاءِ الْبَاطِل
1. Həzrət Əli(ə) buyurur: Hər kəs batil və nahaqlığın qarşısında qəzəblənərsə, Allah ona batili və nahaqqı aradan aparmaq üçün kömək edər.”
Odur ki bəzən qəzəblənmək insana vacib olur. Elə yerlər olur ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz.
2. Əbuzər Ğəffari həzrət Əlinin(ə) ən yaxın dostlarından və Peyğəmbərin(s) səhabələrindən idi. Müaviyə onu Rəbəzəyə sürgün edərkən Əli(ə) ona buyurdu:
يَا أَبْاذَر, إِنَّكَ غَضِبَتْ لِلّهِ فَارْجُ مَنْ غَضِبْتَ لَهُ إِنَّ الْقَوْمَ خَافُوكَ عَلى دُنْيَاهُمْ وَ خِفْتُمْ عَلَى دِينِيكَ
“Ey Əbuzər, Sən həqiqətən Allah rizası üçün qəzəblənmisən. Belə isə kimə xatir qəzəblənmisənsə, Ona da təvəkkül et. Onlar öz dünyalarının əllərindən çıxacağından qorxub səni sürgün edirlər. Sən də öz dininə zərər gəlməsindən qorxub onlara qəzəbləndin.”
Bu hədislərdən məlum olur ki, Allah razılığı olan yerdə qəzəblənmək lazımdır. Lakin Allahın razı olmadığı yerdə qəzəblənmək qadağan və günahdır. Biz qəzəbin mənfi və müsbət cəhətlərindən söhbət açdıq. İndi bilmək lazımdır ki, insan qəzəbləndikdə öz qəzəbini hansı vasitələrlə söndürə bilər.

Qəzəbi sakitləşdirən amillər

Yuxarıda qeyd olundu ki, öz qəzəbini sakitləşdirən şəxsə Allah-təala savab verər və belə şəxslər Allah yolunda cihad edən şəxslər kimidir. Burada qarşıya belə bir sual çıxır ki, insan qəzəblənərkən öz hirsini hansı vasitələrlə sakitləşdirməlidir bu barədə Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədislərimiz vardır. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram.
Həzrət Peyğəmbərin(s) buyurur ki, insan qəzəblənərkən vəziyyətini dəyişməlidir. Məsələn, ayaq üstə qəzəbləndikdə əyləşməklə, danışarkən qəzəbləndikdə sakit qalmaqla qəzəbini sakitləşdirə bilər.”
1.قَال رَسُول الله(ص): اِذَا غَضِبْتَ فَاجْلِس
1. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəbləndiyin zaman əyləş.”
2.قَال رَسُول الله(ص): اِذَا غَضِبَ اَحَدُكُمْ فَلْيَسْكُتْ
2. Həzrət Peyğəmbər(s) buyurur: Qəzəbləndiyin zaman sakit qal.
3.قَال رَسُول الله(ص): اِذَا غَضِبَ الرَّجُولُ فَقَالَ: اَعُوذُ بِالله سَكَنَ غَضَبُهُ
3. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəblənən zaman Allaha pənah aparan “əuzu billah” deyənin qəzəbi sakitləşər.”
4.كَانَ النَّبِى(ص): اِذَا غَضِبَ وَ هُوَ قَائِمٌ جَلَسَ وَ إِذَا غَضِبَ وَ هُوَ جَالِسٌ اِضْطَجَعَ فَيَذْهَبَ غَيْظُهُ
4. Həzrət Peyğəmbər(s) qəzəblənən zaman öz vəziyyətini dəyişməklə hirsini soyudardı. Hədislərdə o Həzrətin barəsində belə nəql edirlər: Həzrət Peyğəmbər(s) ayaq üstə qəzəbləndikdə əyləşər, əyləşdiyi zaman qəzəblənsəydi böyrü üstə uzanardı. Beləliklə qəzəbi soyuyardı.
Əgər bir şəxs qəzəbləndiyi halda Allaha pənah apararsa yavaş-yavaş onun qəzəbi sakitləşər.
5.قَال رَسُول الله(ص): قَالَ اللهُ عَزَّ وَ جَلَّ: مَنْ ذَكَرَنِى حِينَ يَغْضِبُ ذَكَرْتُهُ حِيْنَ اَغْضِبُ وَلا اُمْحِقْهُ فِيمَنْ اُمْحِقُ
5. Allah-təala Həzrət Peyğəmbərə(s) buyurur: “Hər kəs qəzəbləndiyi zaman Məni yada salıb xatırlasa, Mən də ona qəzəbləndiyim zaman onu xatırlayıb həlak etmərəm.”
Buna görə də insan qəzəbləndiyi zaman Allahı yadına salıb Ona zikr edərsə “sübhanəllah”, “əlhəmdulillah” kimi zikrləri deyərsə, o şəxsin qəzəbi sakitləşər.
6.قَال رَسُول الله(ص): فَإِذَا غَضِبَ اَحَدُكُمْ فَلْيَتَوَضَّأ
6. Həzrət Peyğəmbər(s) buyurur: Qəzəbləndiyiniz zaman dəstəmaz alın.
Bu bəhsdə biz qəzəbin barəsində söhbət etdik və onun insan üçün nə qədər zərərli bir şey olduğunu bildik. Qeyd olunan hədis və rəvayətlərdən istifadə etdik və bildik ki, qəzəbli insanı qanun idarə və islah edə bilmir. Buna görə də insana qanundan əlavə qəlbində iman olmasına ehtiyacı vardır. Əgər insanın qəlbində iman olmasa qanun onu xəlvətdə olduğu halda hidayət edə bilməz.
Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 2 iyun 2015 11:38
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

Elya Alieva

  • 1 iyun 2015 12:09
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 30 may 2015 19:10
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}