Ühüd müharibəsi

 
Ühüd müharibəsi

Əbu Süfyan Bədr müharibəsindəki məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi. Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək olmaz. Ona görə dedi: “Müharibə zamanı əyninə geyinmiş döyüş paltarını yenidən çıxarmaq Peyğəmbərə yaramaz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək oradan Yəsribin şimalına hərəkət edib Ühüd dağı ətrafında yerləşdilər. Bu yürüşdə Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibarət idi. Müharibə başlandı, əvvəl Abdullah e’tiraz əlaməti olaraq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi: Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşaqların sözünü qəbul etdi. Aşağıdakı ayə Abdullahın vəsfi haqda nazil olmuşdur: Və münafiqləri onlardan fərqləndirsin. Onlara gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə dayanın! (Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”-deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər.Abdullah öz dəstəsi ilə Peyğəmbərin qoşunundan ayrıldıqdan sonra yalnız 700 nəfər qaldı ki, onların nə dəvəsi, nə də atı var idi. Qoşun bölünüb mövqe tutduğu zaman Peyğəmbər ox atanların başçısı Abdullah ibni Cubeyrə dedi: Gözdə-qulaqda ol ki, düşmən arxadan bizə hücum etməsin. Döyüşdə bizim üstün olub-olmamağımızdan asılı olmayaraq sən öz durduğun mövqeni tərk etmə. İlk hücumda müsəlmanlar düşməni geriyə oturtdular. Lakin düşmən süvarilərinin irəliləməsinin qarşısını almaq vəzifəsinə götürmüş ox atanlar, qəniməti toplamaq ehtirası ilə öz mövqelərini tərk etdilər. Xalid ibni Vəlidin başçılıq etdiyi düşmən atlıları gözlənilmədən hücuma keçərək müsəlmanları məğlub etdilər. Bu müharibədə Peyğəmbər yaralandı, əmisi Həmzə isə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyan ucadan qışqırdı “Hubəl (büt adıdır, ucadır.” Peyğəbmər (s) durduğu mövqedən dedi: Ona cavab verin ki, “Cəlal sahibi və uca yalnız Allahdır.” Peyğəmbər dişinə və alnına dəyən zərbədən müşriklərin müsəlmanlar qarşısında qazdıqları qalaya düşmüşdü. Bu zaman müşriklər şüar verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmanlar dağıldılar. Təbərinin yazdığına görə bir nəfər dağın üstündə dayanaraq dedi: İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Abdullah ibni Ubəyyin yanına göndərək ki, Əbu Süfyandan bizə aman istəsin. Ey camaat, necə ki ölməyibsiniz evlərinizə dönün. Ancaq bu anda Ənəs ibni Nəzr ucadan dedi: Ey camaat, Məhəmməd (s) ölmüşsə də Məhəmmədin Allahı sağdır. İlahi! Mən bunların dediyi sözə görə üzr istəyirəm. Sonra isə düşmən üzərinə hücuma keçdi. Nəhayət o ağır vəziyyətdə Əli (ə) Peyğəmbərin əlindən tutaraq qaldırdı və Təlhət ibni Ubeydullah yaralı olmasına baxmayaraq onu çiyninə alıb yuxarı qaldırdı ki, müsəlmanlar onun ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya uzaqlaşdırır, ya da öldürürdü. Nəhayətdə müsəlmanlardan bir dəstə adam geri dönüb Peyğəmbərin ətrafına toplaşdılar və qoşun yenidən təşkil oldu. Əbu Süfyan döyüşdə qalib gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri döndü, ancaq söz verdi ki, bir ildən sonra yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyan Mədinəni ələ keçirməkdən vaz keçdi, bu ancaq qeybdən olan köməklik vasitəsi ilə ola bilərdi. Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə şəhərini mühasirə etməkdən yayınsın. Bə’zi Avropa şərqşünasları deyirlər ki, Əbu Süfyan lazımi təchizatı olmadığından Mədinə şəhərini mühasirəyə almadı, lakin bu heç də düzgün izah deyildir. Düzgünü budur ki, Qur’ana istinad edərək deyək ki, Allah onların ürəyinə qorxu saldı.Ühüd müharibəsi üçüncü hicri ili Şəvval ayında baş vermişdir. Müharibədən bir gün sonra Peyğəmbər əhaliyə düşmənin ardınca getməyi əmr etdi. Bundan məqsəd o idi ki, düşmən güman etməsin ki, qoşun tamamilə dağılıb. Hər halda Məkkəlilər bu döyüşdən lazımi nəticəni əldə edə bilmədilər. Birincisi müsəlmanların verdiyi itkiləri də nəzərə alsaq bərabər səviyyədə idi. Hər iki tərəf iki müharibənin nəticəsində bərabər itki vermişdilər ki, qəbilə adət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqayisədə üstünlüyə malik deyildi. Bundan əlavə müşriklər söz verdikləri kimi (onlar söz vermişdilər ki, Mədinə əhalisinə elə bir dərs verəcəklər ki, bir də özbaşınalıq etməsinlər) Yəsrib şəhərinə ziyan vura bilmədilər. Deyilənlərə görə Əbu Süfyan məkkəlilərin ilk hücumda geri çəkilib qaçmalarını bir növ döyüş taktikası adlandırmış, amma ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çaşdırmaq üçün etdiyini iddia etmişdi. Hər halda belə böyük qələbədən sonra Əbu Süfyanın geri qayıtmasında məqsədəuyğunluq görünmür. Yalnız bir şey demək olar, Allah onun ürəyinə qorxu, vəlvələ saldı ki, Mədinə şəhərinə toxunmadan geri dönsün.Ühüd müharibəsində müsəlmanlar məğlub olsalar da, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Ali-imran” surəsinin bə’zi ayələrini oxuduqda bu dəyərlər aydınlaşır. Siz Bədr müharibəsində zəif idiniz, Allah sizə yardımçı oldu. Allah sizə yardım edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyan görmüşdür. Məgər siz Allah yolunda ölmək (şəhid olmaq) istəmirsinizmi, indi öz arzunuza çatdınız.Bu səmavi nəsihətlər müsəlmanlara xatırlatdı ki, onlar Bədr müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah onlara yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxaraq qənimət və dünya malı dalınca getdikləri üçün məğlub oldular.
Ühüd müharibəsində itkilərlə yanaşı ictimai problemlər də meydana çıxdı. Bir çox arvad və uşaq başsız qaldılar. “Nisa” surəsinin əvvəlində görürük ki, müsəlmanlara 4 qadın almaq icazəsi verilir. Və onlara tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mallarını qorusunlar və ona əl uzatmasınlar.


Geri dön

Pıtırcık

  • 4 iyun 2015 14:26
  • Məqalə: 540
  • Şərh: 9780
  • Bal:
SAĞ OL XƏBƏRƏ GÖRƏ

--------------------
http://legend.az/user/imza/

ღ ĸαвυѕυм ღ

  • 1 iyun 2015 16:47
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur xebere qore,Allah razi olsun

--------------------

Elya Alieva

  • 1 iyun 2015 11:14
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
xebEr CuN SbS

--------------------
UREYIM...I MEN

ヅ Bad Girl ヅ

  • 1 iyun 2015 00:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Əbu Süfyan Bədr müharibəsindəki məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi. Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək olmaz. Ona görə

--------------------

sessiz deniz

  • 30 may 2015 18:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razı olsun

♔ sinყσriτα ♔

  • 30 may 2015 15:48
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Xebere gore tewekkur

Mələyimin mələyi

  • 30 may 2015 12:46
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}