Elm Allah’ın varlığını təsdiq edir

 
Elm Allah’ın varlığını təsdiq edir





ALLAH’ın varlığını qavramaq üçün kifayətdir. İnsanın bədəni cild-cild ensiklopediyaya sığmayacaq qədər çox yaradılış dəlil ilə doludur. Sadəcə bir neçə dəqiqə vicdanla düşünmək belə ALLAH’ın varlığını anlamaq üçün kifayətdir. Mövcud nizam ALLAH tərəfindən qorunur və davam etdirilir.
Təkcə insan orqanizmi haqqında düşünməklə kifayətlənmək olmaz. Dünyanın hər mm2-də insanın gördüyü və görmədiyi həyat hökm sürür. Təkhüceyrəli orqanizmlərdən bitkilərə, həşəratlardan dəniz canlılarına, quşlardan sürünənlərə qədər bütün canlılar dünyanı bürüyüblər. Əlinizə bir ovuc torpaq alıb tədqiq etdikdə içində bir-birindən tamamilə fərqli xüsusiyyətlərə malik növbənöv canlı olduğunu görərsiniz. Eyni şey nəfəs aldığımız havaya da aiddir. Hətta dərinizin üstündə bəlkə adını heç eşitmədiyiniz canlılar yaşayır. Bütün canlıların bağırsaqlarında həzm prosesinə kömək edən milyonlarla bakteriya və təkhüceyrəli canlı yaşayır. Dünyadakı heyvanların sayı insanların sayından qat-qat çoxdur. Bunlara bitkilər aləmini də əlavə etsək, dünyanın hər yerində həyat olduğunu anlayarıq. Milyonlarla km2-lik geniş sahəyə yayılmış bu canlıların hər birinin özünəməxsus orqanizmi, həyat tərzi, ekoloji sistemə faydaları kimi xüsusiyyətləri var. Bütün bunların səbəbsiz, məqsədsiz və təsadüfən mövcud olduğunu iddia etmək ağıla zidd cəfəngiyatdan başqa bir şey deyil. Çünki heç bir canlı öz qərarı və cəhdi ilə yer üzünə gəlməyib. Təsadüf isə heç nəyi meydana gətirə bilməz.

ALLAH’ın varlığı və böyüklüyü kainatdakı dəlillərlə özünü göstərir

ALLAH’ın varlığını və böyüklüyünü vicdanla qəbul etməyən bircə insan da yoxdur. ALLAH insanların Öz böyüklüyünü qavraması üçün kainatdakı nizamı qeyri-adi xüsusiyyətlərlə birlikdə yaratmışdır.
Quranda ALLAH’ın yaratdığı bu sistemdən bəhs edilərkən “... ALLAH’ın hər şeyə qadir olduğunu, ALLAH’ın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə...” (Talaq surəsi, 12) deyilir. Bu sistemin çox incəlikləri var və ALLAH bircə şeyin içində istədiyi qədər təfərrüat yaradır.
Biz yatarkən, oturarkən, yeriyərkən heç ağlımıza gəlməsə də, ALLAH kainatdakı bütün sistemləri bir-bir işlədib idarə edir. Həyatımızın davam etməsi üçün meydana gələn proseslərin hər biri ALLAH’ın nəzarətindədir. Kiçik bir addım atmağımız belə Yerin cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta Yerin fırlanma sürətinə qədər hər şeyin ALLAH tərəfindən incə-incə nizamlanmasına bağlıdır.
Dünyanın və bütün kainatın varlığını təsadüflərlə əlaqələndirmək isə çox böyük yanılmadır. Əslində, dünyadakı və kainatdakı hər sistem təsadüfə yer olmadığının və ALLAH’ın varlığının açıq-aşkar dəlilidir. Yer Günəşin ətrafında elə orbitdə fırlanır ki, hər 29 sm-dən bir 2.8 mm içəriyə doğru orbit xəttini əyir. Əgər bu əyilmə 0.3 mm az və ya çox olsaydı, yer üzündəki canlılar ya donaraq, ya da qovurularaq ölərdilər. Kiçik bir topun belə 1mm yolundan çıxmadan eyni orbitdə fırlanması qeyri-mümkündür, nəhəng kütləyə malik Yer kürəsi isə orbitindən çıxmadan hərəkətinə davam edir. “...ALLAH hər şey üçün bir ölçü təyin etmişdir” (Talaq surəsi, 3) ayəsində bildirildiyi kimi, ətrafımızda gördüyümüz möhtəşəm nizam ALLAH’ın çox nəhəng sistemləri millimetrdən asılı olan müvazinətlərlə qoruması sayəsində varlığını davam etdirir.
İnsanların bəzisi ALLAH’ın varlığına inansalar da, ALLAH’ın hər şeyi yaradıb, sonra öz öhdəsinə buraxdığını, sonra bu nizamın öz-özünə davam etdiyini düşünürlər. Lakin kainatın hər yerində hər an meydana gələn bütün hadisələr uca Rəbbimiz ALLAH’ın izni ilə, Onun elmi və nəzarəti ilə baş verir.

Hər yerə hakim olan, möhtəşəm sistemi yaradan, onu fasiləsiz qoruyan ALLAH’dır

Siz bu məqaləni oxuyarkən xəbəriniz belə olmadan kainatın hər guşəsində saysız-hesabsız proses baş verir. Bunlardan bir neçəsini sadalayaq:
• Hər saniyə Yerə 16 milyon ton su enir və həmin miqdarda su yerdən buxarlanaraq havaya qarışır. Buxarlanma sadəcə dəniz və okeanlarda deyil, göllər və çaylarda, bitkilərdə, torpağın səthindəki sularda, hətta yerin dərinliklərində belə baş verir. Siz bu abzası oxuyarkən ən az 2-3 saniyə keçdi və hal-hazırda, ALLAH’ın izni ilə, 16x3=48 milyon ton su yerə endi və eyni anda bu qədər su buxarlanıb yenidən havaya qarışdı.
• Hər saniyə təqribən 100 şimşək çaxır. Son bir saatda Yerin müxtəlif bölgələrində 36.000 şimşək ALLAH’ın nəzarətində çaxdı. Hər şimşək çaxdıqda trilyonlarla ton azot dioksid molekulu hasil olaraq atmosferdəki 78% azot nisbətini qorudu. Torpaq ucu-bucağı olmayan fabrik kimi içində yaşayan trilyonlarla bakteriya ilə fasiləsiz həyata keçirdiyi azot hasilatına hal-hazırda da davam edir.
• Siz hal-hazırda bu cümləni oxuyarkən Günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma, artıq qalan 4 milyon ton hidrogeni də enerjiyə çevirdi. Bu proses nəticəsində milyonlarla atom bombasının partlayışına bərabər gücdə enerji, işıq və radiasiya əmələ gəldi. Bizə sadəcə xoş istilik və işıq verən Günəş, əslində, qıpqırmızı qaz buludlarından ibarət dərin bir quyudur. Qaynayan səthindən milyonlarla kilometr uzağa fışqıran nəhəng alov girdabları dibdən səthə doğru yüksələn nəhəng burulğanlardan ibarətdir və bir saniyədə sivilizasiyanın başlanğıcından bəri bəşəriyyətin istifadə etdiyindən də artıq miqdarda enerji hasil edir. Biz isə bu enerjinin 2 milyardda 1 hissəsindən istifadə edirik. Saniyələr, saatlar keçir, Günəş fasiləsiz enerji verir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmazdan əvvəl atmosfer və Yerin maqnit sahəsi tərəfindən süzülür. Günəş bizim həyatımız üçün xüsusi yaradılmış işıq mənbəyidir.
Unutmaq olmaz ki, bəşəriyyət tarixinin əvvəlindən bu günə qədər milyardlarla insan yaşamışdır. Yəni ALLAH milyardlarla cüt göz, fərqli barmaq izi, göz toxuması, insan tipi yaratmışdır və əgər istəyərsə, bu insanlardan sonsuz sayda daha artıq yarada bilər. Ayədə belə deyilir: “... O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, ALLAH hər şeyə qadirdir”.
(Fatir surəsi, 1)
ALLAH insanın heç bilmədiyi və məhdud ağlı ilə anlaya bilmədiyi bir çox şeyi yaratmağa qadirdir. Dünyada bizə verdiyi ucsuz-bucaqsız hər şeyin xəzinələri uca Rəbbimizin - hər şeyin Yaradanı olan üstün güc sahibi ALLAH’ın dərgahındadır.
Kainatın hər hissəsi ALLAH’ın böyüklüyünü əks etdirir. ALLAH bütün üstün sifətlərin və gözəl isimlərin yeganə sahibidir. Bu məqalədə bəhs etdiklərimiz isə ALLAH’ın gözəl isimlərinin kainatda gördüyümüz bir neçə nümunəsidir. ALLAH’ın elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti, fəzli, ehsanı sonsuzdur. Hər insan isə ağlı və vicdanı ölçüsündə ALLAH’ın böyüklüyünü qavramaq üçün səy göstərməlidir.


Geri dön

Pıtırcık

  • 4 iyun 2015 14:11
  • Məqalə: 412
  • Şərh: 9555
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

eliwqa

  • 2 iyun 2015 14:01
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkrler

--------------------

ღ ĸαвυѕυм ღ

  • 1 iyun 2015 16:31
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur xebere qore,Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 1 iyun 2015 00:08
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH’ın varlığını qavramaq üçün kifayətdir. İnsanın bədəni cild-cild ensiklopediyaya sığmayacaq qədər çox yaradılış dəlil ilə doludur. Sadəcə bir neçə dəqiqə vicdanla düşünmək belə ALLAH’ın varlığını anlamaq üçün kifayətdir. Mövcud nizam ALLAH tərəfindən qorunur və davam etdirilir.

--------------------

sessiz deniz

  • 30 may 2015 19:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 30 may 2015 19:42
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}