Yetim haqqında ayələr

 
Yetim haqqında ayələr



Bəqərə surəsi 83. AYƏ:

O zaman ki, biz İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edəcəksiniz, hər kəsə gözəl sözlər danışın, namaz qılacaqsınız, zəkat verəcəksiniz" deyə söz almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, üz çevirərək əhdinizdən döndünüz.

Bəqərə surəsi 177. AYƏ:

Yaxşılıq, üzünü gün çıxana və gün batana tərəflərinə çevirməkdən ( ibarət) deyil. Əsl yaxşılıq, Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin; mala olan sevgilərinə baxmayaraq, onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (ehtiyacından ötrü) istəyənə və (azadlıqları üçün) kölələrə verənlərin; namazı qılıb zəkat verən, əhd etdiklərində sözlərini yerinə gətirənlərin və çətində, xəstəlikdə və döyüşün qızışdığı zamanlarda (müqavimət göstərib) çətinliklərə tutum edən şəxslərdir. Bunlar, doğru olanlardır. Bunlar, Allaha qarşı gəlməkdən çəkinənlərin ta özləridir

Bəqərə surəsi 215. AYƏ:

Sənə Allah yolunda nə verəcəkləri soruşurlar. De ki: "Xeyr olaraq nə xərcləsəniz, o, ana-ata, qohum, yetimlər, kasıblar və yolda qalmışlar üçündür. Xeyr olaraq nə etsəniz, həqiqətən Allah onu biləndir. "

Bəqərə surəsi 220. AYƏ:

Dünya və axirət haqqında düşünəsiniz deyə belə edir. Bir də sənə yetimləri soruşurlar. De ki: "Onların vəziyyətlərini düzəltmək xeyirlidir. Əgər onlara qarışıb (birlikdə yaşar) sa (qorxusu yoxdur). (Onlar da) sizin qardaşlarınızdır. Allah pis işlər görəni quruluşçu olandan ayırar. Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibidir, hökm və hikmət sahibidir

Nisa surəsi 2. AYƏ:

Yetimlərə mallarını verin. Təmiz pis olanla (halalı haramla) satmayın. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünki bu, böyük bir günahdır.

Nisa surəsi 3. AYƏ:

Əgər, (vəlisi olduğunuz) yetim qızlar (ilə evlənib onlar) haqqında ədalətsizlik etməkdən qorxsanız, (onları deyil), sizə halal olan (başqa) qadınlardan iki, üç, dörd-dörd olmaqla nigahlayın. Əgər (o qadınlar arasında da) ədalətli davranmayacağınızdan qorxsanız, o təqdirdə bir dənə alın və ya sahib olduğunuz (nökərlər) ilə kifayətlənin. Bu, ədalətli olmağa daha uyğundur.

Nisa surəsi 6. AYƏ:

Yetimləri təcrübə edin. Evlənmə çağına (həddi buluğa) çatdıqlarında, əgər yetkinlik yaşına olduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi və mallarını geri alacaqlar) deyə israf edərək və tələsiyə gətirərək mallarını yeməyin. (Vəli) kim zəngin isə (yetim malından yeməyə) tənəzzül etməsin. Kim də kasıb isə, ağlın və dinin tələblərinə uyğun bir şəkildə (xidmətinin qarşılığı qədər) yesin. Yetimlərin mallarını özlərinə geri verdiyiniz zaman da yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.

Nisa surəsi 8. AYƏT:

Miras bölgüsündə (özlərinə pay düşməyən) qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da maldan bir şeylər verin və onlara (könüllərini alacaq) gözəl sözlər söyləyin.

Nisa surəsi 10. AYƏ:

Həqiqətən, yetimlərin mallarını haqsız yerə yeyənlər, ancaq və ancaq qarınlarını doldurarsa atəş yemiş olurlar və artıq onlar yandırıb-yaxan oda (cəhənnəmə) girəcəklər

Nisa surəsi 36. AYƏ:

Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ana ataya, qohuma, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yol yoldaşına, müsafirə, əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz ki, Allah qürurlanan və öyünən kəsləri sevməz.

Nisa surəsi 127. AYƏ:

Qadınlar haqqında səndən fətva istəyirlər. De ki: "Onlar haqqında sizə fətvanı Allah verir." Kitabda, özlərinə (verilməsi) fərz qılınan (miras) ı vermədiyiniz və evlənmək istədiyiniz yetim qızlara, yazıq uşaqlara və yetimlərə ədalətli davranmanıza dair, sizə oxunmaqda olan ayə də bunu açıqlayır. Nə xeyr işləri, şübhəsiz ki, Allah onu bilir.

Ənam surəsi 152. AYƏ:

Rüştünə çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə yaxınlaşın. Ölçünü və çəkini ədalətlə tam edin. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədəriylə məsul müqəddəssən. (Biri haqqında) danışdığınız zaman yaxınınız belə olsa, ədalətli olun. Allaha verdiyiniz sözü tutun. Bunları Allah sizə öyüd-nəsihət alasınız deyə əmr etdi.


Geri dön

Elya Alieva

  • 5 iyun 2015 03:02
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

NIGAR

  • 4 iyun 2015 13:16
  • Məqalə: 878
  • Şərh: 11227
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

sessiz deniz

  • 3 iyun 2015 16:45
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
ALLah razzi ollssun

Elya Alieva

  • 3 iyun 2015 04:55
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

ヅ Bad Girl ヅ

  • 2 iyun 2015 19:38
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ALLah razzi ollssun

--------------------

ღ ĸαвυѕυм ღ

  • 2 iyun 2015 18:42
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 63
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}