Nə keçmiş,nə indi,nə də gələcək

 
Nə keçmiş,nə indi,nə də gələcək


(Keçmişini)Unutma!Çünki,keçmiş sənin etdiklərinin və edə bilmədiklərinin,yaşadıqlarının və yaşamadıqlarının,günah və savablarının güzgüsüdür.Keçmiş sənin gələcək üçün müəllimindir.Yetər ki,sən bir şagird kimi keçmişi müəllim hesab et.Keçmiş gələcəyin üçün təcrübədir,gələciyinin gələ bilməsi üçün vasitədir.
Keçmişini unutmamısan?Unuda bilmirsən?Bəs nəyə dayanırsan?Bəs niyə bu sətirləri oxuyursan?Nə qədər ki,keçmişi unutmamısan hərəkətə keç,ilk hücumu düşüncələrində et.Günahlarının olmaması,səhflərinin təkrarlanmaması üçün beynində müllimin ilə çalışmalısan.Etdiklərini nəyə görə etdiyini,etmədiklərini etməməyə səbəbini axtar,tap və gələcəkdə lazım olanı etməyin üçün çalış.Gələcəydə sonradan peşman ola biləcəyin heç nə etmə.Keçmişini unudana qədər vaxtın var,dəfələrlə gələcəydə etməli olan şeyləri təkrar etməyi də unutma!
(Keçmişini)Xatırlama!Çünki,keçmiş ən keçən şeydir,çünki artıq keçib.Tutaq ki,keçmişdə etdiklərin və etmədiklərin,yaşadıqların və ya yaşamadıqların,günahların və səhflərin üçün təəssüfləndin.Hə,nə olsun?Bu düşüncələr,bu təəssüflənmələr nəyi dəyişəcək?Etdiklərin səhfləri yumağa kifayət edəcəkmi,düşüncələrin?Etmədiklərin nəticəsində itirdiklərini geri qaytarmağa yetəcəkmi,bu təəssüf dolu fikirlər?Həmin düşüncələr keçmişdə etdiklərinə görə çoxlarına və ya özünə vurduğun ziyanı məhv edəcəkmi?Təbii ki,yox.
(Keçmişdən) çox gələcəyinə,gələcəkdən çox isə indiki zamanına fikir ver.Unutma,gələcəyinin gəlməsi və ya necə,hansı şəkildə gəlməsi səndən asılıdır.Hətta,səndən asılı olmayaraq gəlməyə də bilmə ehtimalı qaçılmazdır və danılmaz bir faktdır.
Məlum olduğu kimi ən diqqət etməli olan şey indiki zamanındır.Hal-hazırda kim,nəçi yox necə biri olmağındır.Adın yəni kimliyin,nəçi olmağın yəni peşən istənilən növdə ola bilər,razıyam.Bəs necə biri olmağın?Bu sualdakı "necə?"ni oxuyanda bəlkədə çoxlarınızın ağlına gözəllik və ya eybəcərlik,qaraşınlıq və ya sarışınlıq və bir çox xarici görkəm növləri gəldi.Ancaq mən "necə?" dedikdə səmimi və ya kobud,yaxşı və ya pis,təmizürəkli və ya qəlbidaş və bir çox daxili aləm göstəricilərini nəzərdə tutmuşdum.
İndiki zaman ətrafın insanlarla doludur.Bəzilərinin dəyərini bilir,bəzilərinin dəyərsizliyini hiss edir,bəzilərini isə ayırd edə bilmirsən.Ayırd edə bilmədiklərinin varlığında,yanında olsa belə,bir sual ilə hər şey məlum ola bilmə ehtimalı olsa da sən həmin insanın yoxluğunu düşün.Nəinki,səni tərk etməsini,hətta dünyada olmamasını təsvir et.Və həmin zaman anlayacaqsan qarşındakının dəyərini və ya dəyərsizliyini.
Keçmişin ilə vaxtını sərf etmə,gələcəyin ilə beynini yorma,indiki zamanında çox insanı fikirlərində öldürüb,dəyərini anlama.Bəlkə də sənin tanımadığın,heç görmədiyin biri həyatına gəlməyi ilə hamının dəyərini arxada qoyacaq?!
Sən ən yaxşısı hər şeyi zamana həvalə et.O,öz işini görəcək.Sənin olanı sənə qaytaracaq,sənin olmayanı səndən alacaq,layiq olduğunu verəcək,layiq olmadığını alacaq,birini verdikdə digərini alacaq,birisini bəxş etdikdə birisini alacaq və bir zaman səni necə həyata vermişdisə gün gələcək verdiyi kimi də alacaq.Həyatda ən vacib unutmaman gərəkən şey isə zamanın Tanrının əlində olması,zamanın Allah tərəfindən idarə olunmasıdır.Demə ki,son mənzilimə hələ çox var,Allah istənilən mənzili,istənilən an,istənilən biri üçün son edə bilər.Nə qədər ki,açılacaq olan əlin,düşünə bilən olan beynin var,o zaman aç əllərini Allaha verdiyləri üçün şükürlərini bildir,vermədikləri üçünsə verməsi ümidi ilə duanı et.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 iyun 2015 20:23
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Beyendim. =)

ヅ Bad Girl ヅ

  • 5 iyun 2015 18:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
MəQaLəYə GöRə TəŞəKKüRLəR

--------------------

Elya Alieva

  • 5 iyun 2015 02:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
maraqli idi....

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 4 iyun 2015 01:46
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
sağ ol gəşəngdir

--------------------
http://legend.az/user/imza/

GUNI

  • 3 iyun 2015 23:03
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
(Keçmişini)Xatırlama!Çünki,keçmiş ən keçən şeydir,çünki artıq keçib.Tutaq ki,keçmişdə etdiklərin və etmədiklərin,yaşadıqların və ya yaşamadıqların,günahların və səhflərin üçün təəssüfləndin.Hə,nə olsun?Bu düşüncələr,bu təəssüflənmələr nəyi dəyişəcək?Etdiklərin səhfləri yumağa kifayət edəcəkmi,düşüncələrin?Etmədiklərin nəticəsində itirdiklərini geri qaytarmağa yetəcəkmi,bu təəssüf dolu fikirlər?Həmin düşüncələr keçmişdə etdiklərinə görə çoxlarına və ya özünə vurduğun ziyanı məhv edəcəkmi?Təbii ki,yox.

--------------------

ヅ Bad Girl ヅ

  • 3 iyun 2015 21:16
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

eliwqa

  • 3 iyun 2015 17:19
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

sessiz deniz

  • 3 iyun 2015 16:06
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
gozel sozlerdi sagolun

DELIW

  • 3 iyun 2015 14:42
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
menali cumlelerdi cox sagolun Hec zaman kecmisinizi unutmayin!!

psix)

  • 3 iyun 2015 11:26
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
cox gozeldi menalidi cox beyendim tewekkur edirem elerine saglig

--------------------
......

PoZitiV Kaa=)

  • 3 iyun 2015 11:18
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Super Mənalıdı təşəkkürlər

--------------------

ღ ĸαвυѕυм ღ

  • 3 iyun 2015 09:30
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Cox qozel,menali yazidi,Ellerivize saqliq

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}