Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü qəbul etmir?

 
Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü qəbul etmir?


Qulu Məhərrəmli: "Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır". Nizami Cəfərov: "Biz cavan olanda bu qədər açıq-saçıq olmağımız mümkün deyildi". Vilayət Quliyev: "Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir".

Çox vaxt yaşlı nəsil ilə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq. Yaşlılar "Sovet dövründə belə idi" deyərək, gənclərin davranışlarını bəyənmirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik.

Mövzu ilə bağlı qəzetimizə müsahibə verən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirdi ki, bu həmişə belə olub: "Tarix boyu cavan nəsil yaşlı nəsli, yaşlı nəsil cavan nəsli bəyənməyib. Dünyanın gedişatı belədir. Cavan nəsil özü ilə yeni əhvali-ruhiyyə, yeni dünyagörüşü, yeni ideyalar, bir sözlə, yeni həyat tərzi gətirir. Nəticədə nəsillər arasında fikir fərqliliyi yaranır. Atalar və oğullar, analar və qızlar problemi də məhz bundan qaynaqlanır".


BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli isə bunun çox təbii bir proses olduğunu bildirdi. Onun sözlərinə görə, nəsillər arasında ziddiyyətlərin, fikir müxtəlifliyinin yaranmasının əsas səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır Çox vaxt cavan nəsil yaşlı nəsli köhnə düşüncəli hesab edir. Ancaq burada bir həqiqət var. Çünki cəmiyyət, texnologiya inkişaf edib. Amma yaşlı insanlar buna asanlıqla uyğunlaşa bilmirlər".

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyev isə mətbuata verdiyi açıqlamada mövzumuzla bağlı fikirlərini belə ifadə edib: "Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bir tərəfdən, dünəni bəyənməmək, o biri tərəfdən, iddialılıq, bir tərəfdən, keçmişə xor baxmaq, o biri tərəfdən, yenini görə, dəyərləndirə bilməmək həmişə olub və olacaq. Yəni dörd min il ərzində insan təfəkküründə, insan münasibətlərində bu baxımdan heç bir mühüm dəyişiklik baş verməyib. Müəyyən yaş həddinə çatdıqdan sonra biz nəinki elmi, yaxud ədəbi mühitdəki gənclərlə, hətta öz doğma övladlarımızla da fərqli qütblərdə dayanırıq, fərqli zövqləri paylaşırıq, hadisə və faktlara fərqli münasibət sərgiləyirik. Belə vəziyyətdə əsas məsələ ziddiyyətləri yumşaltmaq, maksimum dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir".

Çox vaxt yaşlı nəsil ilə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq. Yaşlılar "Sovet dövründə belə idi" deyərək, gənclərin davranışlarını bəyənmirlər. Buna nümunə olaraq, ictimai nəqliyyatda yaşlılara yer verməyən gənclərə aqressiv yanaşan qocaları göstərə bilərik. Çox vaxt da gənclərin onlara hörmətsizlik etdiyindən şikayətlənirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik. Gənclər onlara köhnə düşüncəli insanlar kimi yanaşır, fikirlərinə o qədər də əhəmiyyət vermirlər. Bəzən də əksinə, yaşlı nəsil cavan nəslə yol göstərir, istiqamətləndirir, məsləhət verir. Bəs, görəsən, nəsillər arasındakı bu ziddiyyətin səbəbi nədir? Bu nədən qaynaqlanır? Mövzu ilə bağlı qəzetimizə müsahibə verən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirdi ki, bu həmişə belə olub: "Tarix boyu cavan nəsil yaşlı nəsli, yaşlı nəsil cavan nəsli bəyənməyib. Dünyanın gedişatı belədir. Cavan nəsil özü ilə yeni əhvali-ruhiyyə, yeni dünyagörüşü, yeni ideyalar, bir sözlə, yeni həyat tərzi gətirir. Nəticədə nəsillər arasında fikir fərqliliyi yaranır. Atalar və oğullar, analar və qızlar problemi də məhz bundan qaynaqlanır".


"Biz cavan olanda bizim bu qədər açıq-saçıq olmağımız mümkün deyildi"

Sovet dövrundə bu vəziyyətin indikindən fərqli olduğunu deyən millət vəkili əlavə etdi ki, buna səbəb o dövrdə normativlərin güclü olması idi: "Ümumiyyətlə, sovet dövründə həyat tərzi fərqli idi. İndi isə yeni nəsil dünyada baş verən hadisələrdən xəbərdardır, hər şeyi bizdən daha tez və asanlıqla öyrənə bilir. Buna görə də biz bəzən "övladlarımız bizim deyil, televiziyanın övladlarıdır" deyirik. Biz cavan olanda bizim bu qədər açıq-saçıq olmağımız mümkün deyildi. Çünki biz məhdüd bir mühitdə yaşayırdıq. Tərbiyəmiz, həyat tərzimiz fərqli idi. Ancaq bu o demək deyil ki, qapalı həyat keçirməli, hər şeyi normalara salmalı, dünyadan təcrid olunasan. Hər iki dövrün də özünəməxsus pis və yaxşı xüsusiyyətləri var. İndiki dövrdə özünü sıxmaq, boğmaq bunu əxlaq hesab etmək artıq aradan qalxıb. Ancaq bunun yaxşı olmayan məqamları da olur".

"Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır"

BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli isə bunun çox təbii bir proses olduğunu bildirdi. Onun sözlərinə görə, nəsillər arasında ziddiyyətlərin, fikir müxtəlifliyinin yaranmasının əsas səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır. Bunu çox təbii qəbul etmək lazımdır. Bu əvvəllər də belə olub, indi də belədir. Ancaq sovet dövründə bu problem bu dərəcədə hiss olunmurdu. Çünki o dövrdə daha çox ədəbi nəsillər arasında - yazıçlar, rəssamlar, müsiqiçilər və s. mübarizə aparılırdı. Biz də gənc vaxtlarımızda yaşlı adamların narazılığını görürdük. İndi də biz yaşlanmışıq və gənclərdən narazılıq edirik. Məncə, bu, çox normal bir prosesdir. Ancaq onu da qeyd edim ki, yeni nəsildə bir çox dəyərlər itirilib. Bunun ən gözəl nümunəsi davranış qaydaları ilə bağlı olanlardır. Məsələn, gənclər çox vaxt ictimai nəqliyyatda yaşlı insanlara, qadınlara və ya uşaqlara yer vermək istəmirlər. Halbuki bu, etik bir davranışdır. Bunun kimi bir çox davranışları qoruyub, gələcək nəsillərə çatdırmaq lazımdır.

Q. Məhərrəmli sonda onu da əlavə etdi ki, nəsillər arasında ziddiyyətlərin yaranmasının digər bir səbəbi də dövrlərin, zəmanənin fərqli olması və texnologiyanın sürətlə inkişaf etməsidir: "Çox vaxt cavan nəsil yaşlı nəsli köhnə düşüncəli hesab edir. Ancaq burada bir həqiqət var. Çünki cəmiyyət, texnologiya inkişaf edib. Amma yaşlı insanlar buna asanlıqla uyğunlaşa bilmir. Gənclər də bunu geridəqalmışlıq hesab edirlər. İndiki gənclər əvvəlkilərə baxanda daha informasiyalıdır, texnoloji vasitələrə daha tez uyğunlaşırlar. Ancaq bilikləri azdır. Hər məlumatı biliyə çevirmə qabiliyyətləri, maraqları çox məhduddur".

"Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir"

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyev isə mətbuata verdiyi açıqlamada mövzumuzla bağlı fikirlərini belə ifadə edib: "Qədim Şumerdə tapılan gil lövhəciklərdən birinin üzərində təxminən belə məzmunda mətn var: "İndiki cavanlar tamam korlanıblar. Ağsaqqalların sözünü eşitmir, onlara hörmətlə yanaşmağı bacarmırlar". Başqa sözlə desəm, nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bir tərəfdən, dünəni bəyənməmək, o biri tərəfdən, iddialılıq, bir tərəfdən, keçmişə xor baxmaq, o biri tərəfdən, yenini görə, dəyərləndirə bilməmək həmişə olub və olacaq. Yəni dörd min il ərzində insan təfəkküründə, insan münasibətlərində bu baxımdan heç bir mühüm dəyişiklik baş verməyib. "Atalar və oğullar" problemi müəyyən modifikasiyaya uğrayaraq daim öz mövcudluğunu qoruyub. Şekspir məşhur sonetlərinin birində yazırdı: "Grabbed age and youth cannot live together, Youth is full of pleasure, age is full of care". Vaxtilə mən bu misraları poetik tərcümə etməyə də çalışmışdım: "Qocalıqla cavanlıq bir yerdə tutmaz qərar, gənclik əyləncə dolu, qocalıq qayğı umar". Müəyyən yaş həddinə çatdıqdan sonra biz nəinki elmi, yaxud ədəbi mühitdəki gənclərlə, hətta öz doğma övladlarımızla da fərqli qütblərdə dayanırıq, fərqli zövqləri paylaşırıq, hadisə və faktlara fərqli münasibət sərgiləyirik. Belə vəziyyətdə əsas məsələ ziddiyyətləri yumşaltmaq, maksimum dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir".


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 17 iyun 2015 06:11
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
Oxuyacam mütləq)
İndiden çok saol feel

--------------------

Elya Alieva

  • 4 iyun 2015 23:38
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
MarAqli dir saolun

--------------------
UREYIM...I MEN

ღ ĸαвυѕυм ღ

  • 4 iyun 2015 23:02
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Maraqli muzakiredir what Tesekkur meqaleye qore

--------------------

Pıtırcık

  • 4 iyun 2015 22:59
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 iyun 2015 22:14
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
gencliler duneni qebul etmir :(

eliwqa

  • 4 iyun 2015 21:38
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

sessiz deniz

  • 4 iyun 2015 20:42
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
xebere gore sagolun

ヅ Bad Girl ヅ

  • 4 iyun 2015 20:40
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Qulu Məhərrəmli: "Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır". Nizami Cəfərov: "Biz cavan olanda bu qədər açıq-saçıq olmağımız mümkün deyildi". Vilayət Quliyev: "Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir".

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}