Eyni qəzada ölən iki bacının qan donduran hekayəsi

 
Eyni qəzada ölən iki bacının qan donduran hekayəsi


İyunun 1-də Ələt-Astara avtomobil yolunun 34-cü km-də, Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində üç nəfərin həyatına son qoymuş dəhşətli avtomobil qəzası baş verib.
Neftçala rayon sakini, şəxsi maşını ilə taksi xidməti göstərən 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Bakıdan Neftçala istiqamətində gedərkən qarşıdan gələn “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Mercedes”in sürücüsü S.Əliyev və sərnişinləri olan iki bacı - Neftçala rayon sakinləri, 21 yaşlı Sadıqova Səbinə Vüqar qızı və 20 yaşlı Sadıqova Xədicə Vüqar qızı hadisə yerindəcə keçiniblər. Digər sərnişini - Neftçala rayon sakini, 1961-ci ildə anadan olmuş Əhədov İlqar Xanbala oğlu isə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şirvan bürosunun müxbiri bu gün Neftçala rayonuna - faciəvi şəkildə həlak olan bacıların ata evinə gedib. Əməkdaşımızın oradan hazırladığı reportajı təqdim edirik:
***
...Neftçalaya əslində tərəddüd içində gedirdim. Yolboyu yalnız bunu düşünürdüm: “Gedib iki övlad dağını bir göz qırpımında alan o zavallı ataya necə təsəlli verəcəm, onu necə ovunduracam. Axı bu müsibət deyiləsi, dilə gətiriləsi, dözüləsi dərd deyil...”
Hər halda özümü toplayıb el qaydası ilə başsağlığı verirəm. Qızların atası, 43 yaşlı Vüqar Sadıqovla ayaqüstü danışırıq, ona təsəlli verməyə çalışıram, Allahdan səbr diləyirəm.
Dərddən beli bükülən, gözləri çuxura düşən atanın cavabı bir qədər gözlənilməz olur: “Qardaş, Allah mənə gözləmədiyim səbri verib. Kim olsaydı, dözməzdi. Mən necə dözürəm, heç özüm də bilmirəm”.
Qonşulardan, ailəyə yaxın adamlardan öyrənirik ki, Vüqar Sadıqov bir müddət Sərhəd Qoşunlarında işləyib, müddətdən artıq xidmətdə (MAXE) olub. Həyatı normal imiş. Mehriban ailəsi, 4 uşağı, işi-gücü, dolanışığı varmış.
Amma bədbəxtlik qapısını tez döyüb. 2001-ci ildə həyat yoldaşı Arifə ağır xəstəlikdən vəfat edib. Bundan sonra Vüqar da 4 uşağına baxmaq, onları saxlamaq üçün bu işindən ayrılıb, evinə qayıdıb.
Səbinə və Xədicə ailənin böyük övladları olub. Ana vəfat edərkən 4 uşaqdan ən balacasının 2, böyüyünün 7 yaşı varmış.
Yaxınları deyir ki, uşaqlar azyaşlı olduğundan Vüqar çox əziyyət çəkib. Elə anasız qalmış övladlara da nənələri Xədicə xala baxıb.
Vüqar Sadıqov ailəsini hazırda fəhləlik etməklə dolandırır. Səbinə ilə Xədicə orta məktəbi bitirəndən sonra ali məktəbə daxil ola bilmədiklərindən işləməyə, atalarının yükünü azaltmağa qərar veriblər. Bacılar Bakıda işləyirmiş. Xədicə, Səbinə və ataları Vüqar Bakıda kirayə ev tutub orada qalırmış. Xədicə “Binə” ticarət mərkəzində satıcı işləyirmiş. Hər şey yaxşı gedirmiş, amma...
Amma bədbəxtlik bu dəfə də necə deyərlər, bacadan girib. Qızların çalışdığı iş yerləri bağlandığından onlar kirayə qaldıqları evi hadisədən iki gün əvvəl - mayın 30-da təhvil verərək əşyalarını götürüb bir müddətliyə Neftçalaya qayıtmağa qərar veriblər. Yeni iş tapsalar, bir daha Bakıya dönmək arzusu ilə...
Ataları Vüqar isə Neftçalaya qızlardan bir neçə gün əvvəl qayıdıbmış. Axı həm də xeyir işə hazırlaşmaq lazım idi. Bir neçə gündən sonra - haradasa iyunun 5-6-da Xədicəyə nişan gətirəcəkmişlər, qızın nişan mərasimi olacaqmış. Amma olmadı...
Bu itkidən sarsılan yaxınları deyir ki, onları yandırıb-yaxan daha bir detal da var. O da Xədicə ilə Səbinənin qəzadan cəmi 10 dəqiqə əvvəl çəkdiyi selfidir. Qızlar rayona qayıdışlarını maşında telefonla çəkərək evdəki balaca bacılarına göndəriblər. 10 dəqiqə sonra isə həmin məşum qəza baş verib. Bu, onların bacılarına son yadigarı, xatirəsi, vida sözümü olub - bunu heç kim heç vaxt bilməyəcək.


Geri dön

Ulker E-va

  • 15 iyun 2015 20:30
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
Allah rehmet elesin((

mene bele xosdur

  • 6 iyun 2015 02:34
  • Məqalə: 0
  • Şərh: 125
  • Bal:
{awards}
Allah rehmet elesin.(((Cox pis oldum.Allah yaxinlarina sebr versin.Amin

eliwqa

  • 5 iyun 2015 20:07
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH rehmet elesin(

--------------------

ヅ Bad Girl ヅ

  • 5 iyun 2015 17:58
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah ikisine de Rehmet elesin

--------------------

ツ Pc Cøpatka ツ

  • 5 iyun 2015 17:12
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Oxuyanda icim icimi yiyirdi cox pis oldum. Amma qismetdi ne deyek. Allah rehmet elesin recourse

--------------------

DELIW

  • 5 iyun 2015 15:53
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
BIR ANA BIR OVLADINI ITIRENDE NECE OLURSA GORUN IKI OVLADINI ITIREN ANANIN HALINI HEC DUSUNMEK BELE ISTEMIREM!ALLAH HEMIN AILEYE SEBR VERSIN!

Mələyimin mələyi

  • 5 iyun 2015 15:24
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah rehmet elesin......

--------------------

♔ sinყσriτα ♔

  • 5 iyun 2015 15:13
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah rehmet etsin cox pis oldum yerleri cennetlik olsun....

Sucan

  • 5 iyun 2015 14:59
  • Məqalə: 0
  • Şərh: 1655
  • Bal:
{awards}
Allah rehmet elesin ((((((

ღ ĸαвυѕυм ღ

  • 5 iyun 2015 14:44
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Ufff cox dehsetlidi recourse Allah yaxinlarina sebir versin.
Allah rehmet elesin her ikiinede.(((

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 iyun 2015 14:38
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN.

Pıtırcık

  • 5 iyun 2015 14:01
  • Məqalə: 475
  • Şərh: 9653
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN.ONLARINDA ALIN YAZISI BURA QƏDƏR İMİŞ

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

psix)

  • 5 iyun 2015 13:54
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah rehmet elesin mekani cennet olsun(

--------------------
......

Воровская

  • 5 iyun 2015 13:46
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah ikisine de Rehmet elesin Mekanlari Cennet olsun InwAllah (( recourse

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}