Mətbəx sirləri: "Kaliforniya" tortu

 
Mətbəx sirləri: "Kaliforniya" tortu



"Kaliforniya" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

10 yumurtanın ağı
1 st. şəkər tozu
2 x.q. kakao
4 dolu x.q. un

krem:

10 yumurtanın sarısı
1 st. şəkər tozu
2 x.q. un
150 ml süd
150 q kərə yağı
1 qutu (227 q) kremçiz (əvəzinə maskarpone və ya Filadelfiya götürmək olar)

qlazur:

2 x.q. kakao
4 x.q. şəkər tozu
3 x.q. süd
50 q kərə yağı

Xəmir:

Yumurtaların ağını sarısından ayırın.

Yumurta ağlarını möhkəm çalın.

Kakaonu unla qarışdırın. Sonra bu qarışığı çalınmış yumurtaya ehtiyatla əlavə edin.

Siniyə folqa döşəyin, üzərini yağlayın, xəmiri içinə töküb hamarlayın.

175 dərəcə qızdırılmış sobada 13-14 dəqiqə bişirin.

Hazır biskviti 3 korja bölün.

Krem:

Yumurta sarılarını şəkər tozu ilə çalın, süd və un əlavə edib qarışdırın.

Əvvəl orta itilikdə, sonra isə vam odda daim qarışdıraraq krem bişirin, qatılaşanda ocaqdan götürüb tam soyudun.

Kərə yağı və kremçiz əlavə edin. Mikserlə çalın.

Korjların arasına krem çəkərək üst-üstə düzün. Üst korjun üzərinə krem çəkməyin.

Qlazur:

Kakaonu şəkər tozu və südlə qarışdırın, yağ əlavə edib ocağın üstünə qoyun, qaynara düşəndən sonra vam odda 3-5 dəqiqə bişirin.

Tortun üzərinə çəkin. Tortu zövqünüzə görə bəzəyin.

Nuş olsun!


Geri dön

_Nazli__

  • 9 iyun 2015 12:58
  • Məqalə: 0
  • Şərh: 91
  • Bal:
tesekkur edirem cox sagol

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 iyun 2015 19:50
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkur ederim:)

ヅ Bad Girl ヅ

  • 6 iyun 2015 20:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
"Kaliforniya" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

10 yumurtanın ağı
1 st. şəkər tozu
2 x.q. kakao
4 dolu x.q. un

--------------------

eliwqa

  • 6 iyun 2015 19:36
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler

--------------------

ღ ĸαвυѕυм ღ

  • 6 iyun 2015 18:48
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur resepye qore

--------------------

Wiyinimmm

  • 6 iyun 2015 18:46
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Dadlı olar winked Təşəkkür

--------------------

Pıtırcık

  • 6 iyun 2015 17:42
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
məsləhətə görə sağ ol

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Mələyimin mələyi

  • 6 iyun 2015 17:41
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Buyrun.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 69

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}