Əhli-Sünnə kitabından inanılmaz bir hədis

 
Əhli-Sünnə kitabından inanılmaz bir hədis

Şubə ibn Həccac: "Hz.Əlidən elə bir hədis bilirəm ki, əgər onu sizə nəql etsəm rafizi (Şiə) olarsınız"

Əhməd ibn Hənbəl özünün “əl-İləl və mərifət ər-Rical” kitabında belə nəql edir:

5569 - Mənə Muhəmməd ibn Abdullah nəql edib dedi: bizə Əbu Davud Şubənin belə dediyini nəql etdi: “bizə Həkəm, Əbdür-Rəhman ibn Əbi Leyladan, o da Əlidən elə bir şey nəql etdi ki, əgər onu sizə nəql etsəm rəqs edərsiniz. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz.”

Bunun ardınca, Əhməd ibn Hənbəl növbəti hədisdə deyir:

5570 - Bizə Mahmud ibn Ğəylan eyniylə bunun kimi (başqa bir rəvayət) nəql etdi ki, orada “...rafizi olarsınız” sözü gəlmişdir.

Bu rəvayətin ardınca deyilir:

Əbu Əbdür-Rəhman (Əhməd ibn Hənbəlin oğlu Abdullah ibn Əhməd) dedi: “Bu daha dəqiqdir.”

Mənbə: əl-İləl və mərifət ər-Rical, c.3, səh.354, h.5569 və h.5570; əl-Məktəbə əl-İslamiyyə/Dar əl-Cani, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1408/1988; təhqiq: Vəsiyullah Muhəmməd Abbas

Buna əsasən, Abdullah ibn Əhməd də təsdiq edir ki, rəvayətin səhih şəkli belə olur:

Şubə dedi: “bizə Həkəm, Əbdür-Rəhman ibn Əbi Leyladan, o da Əlidən elə bir şey nəql etdi ki, əgər onu sizə nəql etsəm rafizi olarsınız. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz.”

SUALLAR VƏ İRADLAR:

1) Şubənin açıqlamadığı o söz nədir?

2) Hansı əsasla Şubə o sözü gizlətmişdir?

3) Şubənin “əgər onu sizə nəql etsəm rafizi olarsınız. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz” sözündən belə başa düşülür ki, İmam Əlinin (əleyhis-səlam) buyurduğu o kəlam son dərəcə mühüm önəmə malik imiş. Elə bir həddə ki, Şubənin iddiasına əsasən, o sözü nəql etdiyi təqdirdə ətrafındakı şəxslər rafizi, yəni, qatı Əhli-Beyt tərəfdarı olarmışlar!

4) Şubənin İmamın (əleyhis-səlam) sözünü nəql etməməsini iki cür başa düşülə bilər:

Birinci: İmam hər nə söz deyibmişsə, batil bir söz deyibmiş və buna görə də Şubə insanlar azğınlığa düşməsinlər deyə o sözü nəql etməkdən çəkinmişdir. Əgər belə olarsa, o zaman şübhə yoxdur ki, Şubə ədalətdən düşmüş olur. Çünki, o bu hərəkəti ilə açıq-aşkar Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əhli-Beytindən və Peyğəmbərin ən üstün səhabələrindən olan bir şəxsi təhqir etmiş olur; onun insanları azdıracaq sözlər danışdığını demiş olur.

İkinci: İmam hər nə söz demişsə, haqq söz demişdir və Şubə insanların haqq arxasınca getməsindən qorxaraq bu sözü deməkdən çəkinmişdir. Əgər belə olarsa da, o zaman da gün kimi aydındır ki, Şubə yenə ədalətdən düşmüş olur. Çünki, o bu hərəkəti ilə Qurana, sünnəyə müxalifət etmiş, haqq sözü çatdırmaqdan çəkinmiş və insanların zülmət içərisində qalmasına razı olmuşdur. Allahu-təala buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir” (Nisa surəsi, 58). Şubə bu hərəkəti ilə əlindəki əmanətə xəyanət etmişdir.

5) Hansı əsasla, “...rafizi olarsınız” sözü “...rəqs edərsiniz” sözünə dəyişdirilmişdir? Məgər, İmam Əli (əleyhis-səlam) rəqs ediləcək söz danışan bir şəxsdirmi? Məgər həzrətin sözünün gizlədilməsi kifayət etmirdimi ki, bu sözün doğuracağı nəticə də gizlədilir? Şübhəsiz ki, bütün bunların haqq-hesabı vardır.


Geri dön

_Nazli__

  • 9 iyun 2015 12:42
  • Məqalə: 0
  • Şərh: 91
  • Bal:
meqaleye gore tesekkur

ღ ĸαвυѕυм ღ

  • 8 iyun 2015 14:41
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

Wiyinimmm

  • 8 iyun 2015 00:41
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 7 iyun 2015 14:24
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Əhməd ibn Hənbəl özünün “əl-İləl və mərifət ər-Rical” kitabında belə nəql edir:

5569 - Mənə Muhəmməd ibn Abdullah nəql edib dedi: bizə Əbu Davud Şubənin belə dediyini nəql etdi: “bizə Həkəm, Əbdür-Rəhman ibn Əbi Leyladan, o da Əlidən elə bir şey nəql etdi ki, əgər onu sizə nəql etsəm rəqs edərsiniz. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz

--------------------

Pıtırcık

  • 7 iyun 2015 13:54
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

eliwqa

  • 7 iyun 2015 13:42
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}