Qurandan heç nə azaldılmayıb

 
Qurandan heç nə azaldılmayıb



Sünni və şiə alimlərindən olan böyük şəxsiyyətlər aşkar şəkildə buyurublar ki, Qur’ani-kərimə heç bir şey artırılmadığı kimi, ondan bir şey də azaldılmayıbdır. Bu mətləb üçün çoxlu dəlillər gətirmişlər. Lakin sünni və şiələrin hədis kitablarında bə’zi saxta hədislərin nəql olunması, eləcə də bə’zi mö’təbər rəvayətlərdən düzgün olmayan nəticə alınması nəticəsində Qur’ani-kərimdən bə’zi ayələrin ixtisara salınmasına və ya çıxarılmasına ehtimal verənlər və ya tə’kid edənlər olmuşdur.
Qur’ani-kərimin hər növ təhrifdən – istər artırılmaqdan, istərsə də ixtisara salınmaqdan amanda qalmasına qəti tarixi dəlillər mövcuddur. Bundan əlavə, onun mö’cüzəli nəzminin pozulmasına səbəb olacaq ixtisar mö’cüzə olmaq dəlili vasitəsilə inkar olunur və bir ayənin, yaxud müstəqil surənin Qur’andan ixtisara salınması kimi işdən də amanda olmasını dərk etmək olar. Yə’ni mövcud Qur’anın bütövlükdə Allah kəlamı olması, ona heç bir şey artırılmaması sübuta yetdikdən sonra onun ayələrinin məzmunu ən möhkəm nəqli dəlil ünvanı ilə höccət olur. Qur’an ayələrindən əldə olunan mətləblərdən biri də budur ki, Mütəal Allah bu kitabın hər növ təhrifdən amanda qalmasına zəmanət vermişdir. Halbuki, digər səmavi kitabların qorunub saxlanılması insanların öhdəsinə verilmişdi.
Bu məsələ “Hicr” surəsinin 9-cu ayəsində belə buyurulur:
«Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.»
Bu şərif ayə iki cümlədən təşkil olunmuşdur. Birinci cümlə “inna nəhnu nəzzəlnəz-zikrə” tə’kid edərək göstərir ki, Qur’ani-kərim Mütəal Allah tərəfindən nazil edilmişdir və nazil olduğu zaman onda heç bir dəyişiklik baş verməmişdir. İkinci cümlədə isə “və inna ləhu ləhafizun” tə’kid ədatlarından, eləcə də davamiyyətə dəlalət edən cümlə quruluşu vasitəsi ilə Qur’anın əbədi olaraq hər növ təhrifdən uzaq qalmasına zəmanət verilmişdir.
Bu ayə Qur’ana bir şeyin artırılmaması barəsində dəlil olmasına baxmayaraq Qur’anda təhrifolunmanın inkar edilməsindən ötrü zəif istidlaldır. Çünki əgər Qur’ana bir şeyin artırılmasını fərz etsək onda yuxarıdakı ayənin də artırılması təsəvvür oluna bilər. Belə bir fərziyyənin düzgün olması bu ayənin özü ilə uyğun gəlmir. Buna görə də Qur’ani-kərimin mö’cüzə olmasına əsaslanaraq o fərziyyəni batil etdik, sonra isə bu şərif ayədən istifadə etməklə ondan hər hansı bir ayə, yaxud müstəqil surənin çıxarılmasından amanda qalmasını (belə ki, onun mö’cüzəli nəzmini bir-birinə qarışdırılmasına səbəb olmayacaq şəkildə) da isbat etdik. Beləliklə, Qur’ani-kərimin artırılıb-azaldılma kimi təhrifdən amanda olmasını bir əqli və bir nəqli dəlillə sübuta yetir.
Dərsin axırında bu məsələni xatırladırıq ki, Qur’anın təhrifdən amanda qalması dedikdə məqsəd bu deyildir ki, hər yerdə Qur’an adlı bir kitab tapılsa, kamil Qur’an olsun, yazıda və ya qiraətdə olan səhvdən uzaq olsun, onun barəsində heç bir növ yanlışlıq və mə’nəvi cəhətdən təhrifin olmaması mümkün olmasın və onun ayə və surələri nazilolma tərtibi ilə tənzim olunmuş olsun. Əksinə, məqsəd budur ki, Qur’ani-kərim bəşər arasında elə bir vəziyyətdə qalmalıdır ki, həqiqət axtaranlar üçün onun bütün ayələrini nazil olduğu şəkildə əldə etmələri mümkün olsun. Buna əsasən, bə’zi Qur’an nüsxələrinin səhv yazılması, yaxud naqis olması, yaxud qiraət fərqləri, yaxud ayə və surələrinin nazil olduğunun əksinə olaraq tənzim olunması, yaxud mə’nəvi cəhətdən təhrif edilməsi, yaxud şəxsi rə’y əsasında təfsir edilməsinin Qur’anın sözü gedən təhrifdən amanda qalması ilə heç bir ziddiyyəti yoxdur.


Geri dön

gulmira

  • 12 iyun 2015 00:22
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
allah razi olsun

--------------------
gulmira?????♥★

ヅ Bad Girl ヅ

  • 11 iyun 2015 21:51
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
MəQaLəYə GöRə TəŞəKKüRLəR

--------------------

eliwqa

  • 11 iyun 2015 12:08
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

ツ Pc Cøpatka ツ

  • 11 iyun 2015 02:24
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 10 iyun 2015 16:27
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

ღ ĸαвυѕυм ღ

  • 10 iyun 2015 14:37
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

Nazlim_97_

  • 10 iyun 2015 14:18
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Allah razi olsun.coxsaqol.gozel xeberdir

Elya Alieva

  • 10 iyun 2015 14:11
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik serih menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}