
Microsoft şirkəti Lumia 940 XL smartfonunda gözün qüzehli qişasının ötürücü-skanerini istifadə etmək niyyətindədir.
Legend.Az ICTnews-a istinadən bildirir ki, bu ötürücünün istifadəsi ideyası yeni deyil.
Belə ki, bu yaxınlarda analoji ötürücü Vivo X5 Pro smartfonunda quraşdırılıb. Digər tərəfdən ehtimal edilir ki, Lumia 940 smartfon modeli ənənəvi barmaq izi ötürücüsü ilə bazara təqdim ediləcək.
Mütəxəssislərin qənaətincə, Microsoft bazarda identifikasiya sistemlərinin istifadəsi üzrə lider mövqeyini qoruyub saxlamağa çalışır.