GMO-lu məhsullar nədir və ölkəmizdə niyə qadağan olunub

 
GMO-lu məhsullar nədir və ölkəmizdə niyə qadağan olunub



GDO-lu yemlərin özləri antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən baktriyalar əmələ gətirir"

21-ci əsrdə bəşəriyyəti nüvə müharibələrindən, qlobal istiləşmədən, terrorizmdən və s. bu kimi süni və təbii fəlakətlər qədər təhlükə altına qoyan daha bir fəlakət var. Bu fəlakətin adı geni dəyişdirilmiş qida məhsullarıdır (GDO). "GDO" sözünün açıqlaması geni dəyişdirilmiş orqanizmlər deməkdir ki, bu orqanizmlərə virus, bakteriya, bitki, heyvan, hətta insan hüceyrəsi aid ola bilər. Bu cinslər tamamilə süni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərli olur. Burada məqsəd bir cinsdə olan bir özəlliyin digər cinsə də verilməsidir. Çünki alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır. Ancaq bu cür məhsulların insan orqanizminə zərərli olması artıq araşdırmalar nəticəsində sübut olunub.

Bu məhsulların ölkəmizə gətirilməsi qadağan da olunub. Bu Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə qadağan olunmuşdur.


Ölkədə Genetik Modifikasiya olunmuş (GMO) bitkilərə nəzarəti Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət Ekspert Şurası həyata keçirir. GMO bitkilərinin təyini AMEA Genetik Ehtiyatlar İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslaşmış laboratoriyalarında həyata keçirilir. İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat, vəzifəli şəxslər on min manat, hüquqi şəxslər isə əlli min manat miqdarında cərimə edilir.

Mövzu haqqında məlumat almaq məqsədi ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının verdiyi məlumata görə, Azərbaycana geni modifikasiya edilmiş məhsullar (GMO) gətirilmir: "Ölkə rəhbərinin fərman və sərəncamında, təsdiq edilmiş dövlət proqramlarında, Milli Məclisin deputatlarının qəbul etdiyi müxtəlif qanunvericilik aktlarında respublikamıza GDO-lu məhsulların həm gətirilməsi, həm də istehsal edilməsi qadağan olunub. Azərbaycanın iqlimi, təbiəti, torpağının bərəkətliliyi və s. imkan verir ki, ölkəmiz xalqı üçün keyfiyyətli, orqanik cəhətdən təmiz kənd təsərrüfatı bitkiləri və sənaye məhsulları istehsal etsin. Belə olduğu təqdirdə, biz nə üçün kənar müdaxilə nəticəsində meydana çıxan hər hansı bir məhsulun satışına şərait yaratmalıyıq? Bu sahəni ciddi nəzarətdə saxlamaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində GMO-lu məhsulların analizi, sınağı laboratoriyası yaradılıb. Həmin laboratoriyada mütəmadi olaraq bazarlardan, marketlərdən, satış yerlərindən nümunələr götürülür və yoxlanılır".

"Dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır"

Bununla bağlı qanunvericilik aktlarının da mövcud olduğunu bildirən F. Talıblı əlavə etdi: "Yeyinti məhsulları haqqında qanunda deyilir ki, dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır. GMO bitkilərin, genetik yeyinti məhsullarının, bioloji aktiv əlavələrin dövlət gigiyena qeydiyyatına alınmasına yol verilmir. Bundan başqa, yeyinti məhsullarının istehsalında tərkibində narkotik vasitələrlə psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların, habelə GMO bitkilərin genetik materiallarının istifadəsi qadağandır. Həmçinin ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda bildirilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilir. Yəni bu siyahını artırmaq olar. Bu tip qanunlar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də tətbiq olunur. Elə ölkələr var GDO-lu və ya GMO-lu məhsulların satışına, istehsalına icazə verir, elə ölkələr var vermir. Çünki mətbuatda bu cür məhsulların insan orqanizminə, genetikasına zərərləri olduğu bildirilir".

"GDO-lu məhsullar orqanizmimizdə geridonüşü olmayan dəyişikliklərə səbəb olur"

Endokrinoloq-diyetoloq Səlim Əhədovun sözlərinə görə, GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələgətirmə kimi xroniki təsirləri ola bilər: "Geni dəyişdirilmiş orqanizmlər laboratoriya şəraitində yetişdirilən qida və yem məhsullarıdır. Bu cür məhsullar 1990-cı ildən bəri etirazlar səbəbindən bir çox Avropa ölkələrində istifadə edilmir. GDO-lu qidaların, toxumların və yemlərin üzərində xüsusi etiketlər olmalıdır ki, insanlar onları seçə bilsinlər. Çünki bu məhsullar təbii məhsullara nisbətən daha az bəsləyici, qidalandırıcıdır. Bu haqda geniş araşdırmalar aparılmayıb. Ancaq GDO-lu məhsulların heyvan və bitki populyasiyalarına zərər verdiyi bildirilib. Ən əsas problemlərdən biri də budur ki, GDO-lu məhsullar orqanizmimizdə geridonüşü olmayan dəyişikliklərə səbəb olur. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət sağlam olmur. Bu, laboratoriyalarda da sübut olunub. Buna səbəb GDO-lu yemlərin özləri antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirməsidir. İnsanlar da bu cür qidalarla qidalandıqda bu cür dözümlü bakteriyaları əldə etmiş olurlar. Bu bakteriyalar təsirini yavaş-yavaş göstərərək, bir neçə il sonra hər hansı bir xəstəliyin yaranmasına səbəb ola bilir. Çünki bu cür qidalarla biz kütləvi şəkildə daimi qidalanmırıq. Belə maddələr əsasən qarğıdalı, soya və s. kimi qida məhsullarına verilir. GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi zamanı onların zərərli olduğu aşkarlanıb. Məsələn, genetikası dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi aşkarlanıb. Bundan əlavə, GDO-lu soya ilə bəslənən siçanlarda həm qaraciyər, həm mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana gəlib. Heyvanlarda bu cür fəsadlar yaradan bu məhsullar təsəvvür edin, insan üçün nə qədər təhlükələr yaradar? Ancaq bu qidaların insanlar üzərində təhlükəsizliyi tam olaraq isbat edilməyib".

"Azərbaycanda biotəhlükəsizlik sistemi olmadığı üçün GMO-lu məhsullar qadağan olunub"

Mövzu ilə bağlı müsahibə verən AMEA Genetik Ehtiyatlar İnstitutu elmi işlər üzrə direktor müavini Mehrac Abbasov bildirdi: "Bir genin bir orqanizmdən digər orqanizmə müasir biotexnoloji üsullar vasitəsi ilə keçirilməsi nəticəsində alınan orqanizmlərə genetik modifikasiya olunmuş orqanizmlər deyilir. Bu proses ilk dəfə tütün bitkisində həyata keçirilib. Sonralar isə qarğıdalı və soya bitkisinin geni dəyişdirilib. Belə məhsullardan əsasən Amerikada, Kanadada, Argentinada istifadə olunur. Avropanın bir çox ölkələrində, o cümlədən ölkəmizdə bu cür məhsullar qadağan olunub. Bunun ən əsas səbəbi isə bizdə biotəhlükəsizlik sistemlərinin olmamasıdır. Çünki bu cür bitkilər yetişdirmək üçün biotəhlükəsizlik sistemi olmalıdır. Ən çox geni dəyişdirilən bitki qarğıdalı bitkisidir. Bu bitki külək vasitəsi ilə tozlanır. Əgər bir fermer GMO-lu qarğıdalı əkibsə, tozlanma vasitəsi ilə həmin bitkinin tozları yerli qarğıdalıya yoluxur. Buna görə də belə məhsulların ölkəyə gətirilməsi, əkilməsi qadağandır".

"Ərzaq bolluğunu təmin etmək məqsədi ilə GMO-lu məhsullar hazırlanır"


"Belə məhsulları yetişdirməkdə məqsəd nədir?" sualına cavab verən M. Abbasov əlavə etdi ki, gün keçdikcə dünya əhalisinin sayı artır. Buna görə mütəxəssislər bitkilərin məhsuldarlığını çoxaltmaq istəyirlər: "Bitkilərin ətraf mühitin əlverişsiz amillərinə davamlılığını artırmaq, ərzaq bolluğunu təmin etmək məqsədi ilə bu cür məhsullar hazırlanır. GMO-lu bitkilərin bir çoxu xəstəliklərə davamlıdır. GDO-lu məhsulları təbii məhsullardan fərqləndirmək mümkün deyil. Bunu bilmək üçün mütləq genetik analizlər aparılmalıdır".


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 iyun 2015 00:55
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
MəQaLəYə GöRə TəŞəKKüRLəR

Elya Alieva

  • 12 iyun 2015 08:46
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Teswekkurler

--------------------
UREYIM...I MEN

ヅ Bad Girl ヅ

  • 11 iyun 2015 21:17
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
MəQaLəYə GöRə TəŞəKKüRLəR

--------------------

eliwqa

  • 11 iyun 2015 18:59
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler

--------------------

ツ Pc Cøpatka ツ

  • 11 iyun 2015 17:42
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaa

--------------------

gulmira

  • 11 iyun 2015 16:43
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
meslehete gore sag olun

--------------------
gulmira?????♥★

♔ sinყσriτα ♔

  • 11 iyun 2015 16:36
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Xebere gore tewekkur

ღ ĸαвυѕυм ღ

  • 11 iyun 2015 16:33
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur can xebere qore

--------------------

sessiz deniz

  • 11 iyun 2015 14:39
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore sagolun

Pıtırcık

  • 11 iyun 2015 13:57
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
xəbərə görə sağ ol

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Mələyimin mələyi

  • 11 iyun 2015 13:57
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
məlumat görə sağ ol

--------------------

Awk bir hayal

  • 11 iyun 2015 13:33
  • Məqalə: 137
  • Şərh: 2783
  • Bal:
{awards}
"Belə məhsulları yetişdirməkdə məqsəd nədir?" sualına cavab verən M. Abbasov əlavə etdi ki, gün keçdikcə dünya əhalisinin sayı artır. Buna görə mütəxəssislər bitkilərin məhsuldarlığını çoxaltmaq istəyirlər: "Bitkilərin ətraf mühitin əlverişsiz amillərinə davamlılığını artırmaq, ərzaq bolluğunu təmin etmək məqsədi ilə bu cür məhsullar hazırlanır. GMO-lu bitkilərin bir çoxu xəstəliklərə davamlıdır. GDO-lu məhsulları təbii məhsullardan fərqləndirmək mümkün deyil. Bunu bilmək üçün mütləq genetik analizlər aparılmalıdır".

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}