Gəncləşən infarkt: özümüzü necə qoruyaq?

 
Gəncləşən infarkt: özümüzü necə qoruyaq?


Ürək xəstəlikləri dünyada ən mühüm sağlamlıq problemlərinin önündə gəlir. Son dövrlərdə, xüsusən, gənclərin infarktdan həyatını itirməsi ciddi narahatlıq doğurur. Gənclərdə yaşanan infarkt çox hallarda ölümlə nəticələnir. Çünki yaşlılarda körpü damarlar tam formalaşdığından ani infarkt halları zamanı ürək digər damarlardan qan alaraq, qidalanmağa davam edir. Gənclərdə isə bu körpü damarlar formalaşmadığı üçün ani infarkt ölümlə nəticələnir.


İnvaziv-kardioloq Elnur İsayev mövzunu şərh edərkən hazırda gənclərdə ürək problemindən dolayı ölüm saylarında ciddi artım olduğunu bildirib. Onun sözlərinə görə, gənclərdə infarkt daha çox genetik səbəblərdən dolayı yaşanır: “Bundan başqa gənclərin qidalanma pozğunluğu, yəni düzgün pəhrizə əməl etməməsi və ən başlıcası, oturaq həyat tərzi infarkt riskini artırır. Təbii ki, bu səbəblər sırasına ekoloji problemlər, yaşadığımız stress də daxildir. Ancaq genetik amillər, qidalanma və həyat tərzi dəyişikliyi infarkt hallarının yaşanmasında çox rol oynayır. Bəzi ürək problemləri səssiz irəliləyir, heç nədən xəbərinizin olmaz. İdman edər və normal həyata davam edərsiz. Anidən ürəkdə ağrı başlayar və durar. Gənclərdə də ani kardiak ölümlər məhz bununla bağlıdır”.


Həkimin sözlərinə görə, ani kardiak ölümlər idmançılarda daha çox yaşanır. Məhz buna görə, artıq İtaliyada uşaqlar 3-4-5 yaşlarından etibarən ürək müayinəsindən keçirlər. Böyüdükdə isə bütün bu illərin müayinə nəticələri nəzərdən keçirilir və heç bir ürək problemi aşkarlanmadığı halda professional idmana başlamasına icazə verilir.


E.İsayev kişilərin 40, qadınların isə 45 yaşdan etibarən ildə bir dəfə ürək müayinəsindən keçməsinin vacibliyini vurğulayır. Anidən artan ürək döyüntüsü, özündən getmə halları, təzyiqin birdən-birə yüksəlməsi, fiziki aktivlik zamanı göyərmə, ürəkdə göynəmə hissləri, ağrılar hiss edildiyində mütləq həkimlə məsləhətləşmək lazımdır: “İnfarkt ağrı ilə başlayır. Qollarda və kürəkdə ağrı hiss etdiyinizdə iki aspirin qəbul edib mütləq həkim çağırın. Yaşanan infarktın səbəbi sadəcə ürək damar yağlanması, ritm pozğunluğu, ürək qapaqlarının və əzələsinin problemi deyil. Yaşları gənc olsa da, yüksək təzyiq, yüksək qan şəkəri olan, siqaret çəkən, artıq çəkisi və şəkəri olan insanlar ürək müayinəsindən mütləq keçməlidirlər”.


Kardioloq qeyd edir ki, infarkt riskini azaltmaq üçün gənclər ilk olaraq qidalanma və həyat tərzini dəyişməlidir: “Siqaret, spirtli içki istifadəsini tərgitmək, idmanla aktiv məşğul olmaq və stress amilini aradan qaldırmaq lazımdır. Yediyimiz qidaların çoxu karbohidrat mənşəlidir. Gənclərin daha çox üstünlük verdiyi “fastfood” yeməklərinin çoxluğu ciddi problem yaradır. Həmişə çox yağlı və karbohidratlı yemək yemək düzgün deyil. Pəhrizə diqqət etmək lazımdır. İnsanlar ətli yeməklər yerinə daha çox bitki mənşəli qidalara üstünlük versə, tanınmış “Aralıq dənizi” pəhrizinin şərtlərinə əməl edərək, meyvə, tərəvəzlərə, göyərtilərə, zeytun mənşəli yağlara doğru yönəlsələr, problem olmaz. Endokrin, diabet xəstəliklərinin gəncləşməsi ürək xəstəliklərinin gəncləşməsinə gətirib çıxarır. İnsanlar vaxtında müayinə edilməli, sağlam həyat tərzi yaşamalıdır”.


Geri dön

Elya Alieva

  • 12 iyun 2015 08:14
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Teswekkurler.no.

--------------------
UREYIM...I MEN

ツ Pc Cøpatka ツ

  • 12 iyun 2015 01:10
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Coxx sagolun

--------------------

gulmira

  • 11 iyun 2015 23:45
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
legend azliyam Biraz nazliyam

--------------------
gulmira?????♥★

eliwqa

  • 11 iyun 2015 21:54
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler

--------------------

Pıtırcık

  • 11 iyun 2015 21:43
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 11 iyun 2015 21:07
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler can xebere gore

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 iyun 2015 21:05
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
meslehete gore saolun..

ヅ Bad Girl ヅ

  • 11 iyun 2015 21:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TewekkurLeer

--------------------

Favorit Girl )

  • 11 iyun 2015 21:00
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
TewekkurLeer

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}