Seyyidüş-şühəda Həmzə ilə vida

 
Seyyidüş-şühəda Həmzə ilə vida


Həzrət Peyğəmbərin (s) Həmzənin qanlı cəsədi ilə görüş səhnəsi olduqca üzücü idi. Peyğəmbər (s) əbasını cənazənin üstünə çəkdi. Amma əba Həmzənin qamətinə gödəklik etdi və onun ayaqları göründü. Həzrət (s) açıq qalmış hissəsini səhranın otları ilə örtdü.
Həmin vaxt uzaqdan Həmzənin bacısı Səfiyyə göründü. Peyğəmbər (s) Səfiyyənin oğlu Zübeyrə buyurdu: «Tələs və qoyma anan Həmzəni bu vəziyyətdə görsün». Zübeyr anasını yarıyolda saxlamağa çalışdı və ona dedi ki, Peyğəmbər (s) sənin meydana gəlməyini istəmir. Səfiyyə dedi: «Oğul, eşitdim ki, qardaşım Həmzəni öldürmüş, onun burun-qulağını kəsmiş, sinəsini yarmışlar. Düşünürəm ki, Allah yolunda belə bir müsibətə dözmək çətin olmaz. Ümid edirəm ki, Allah mənə səbr verə». Nəhayət, Peyğəmbər (s) Səfiyyəyə icazə verdi ki, qardaşının cənazəsinə yaxınlaşsın. Səfiyyə cənazəni görüb, gözlərindən qanlı yaşlar axıtdı. Həzrət (s) də dərdli-dərdli ağladı. Sonra Həmzə üçün bağışlanmaq diləyi buyurdu: «Ey Həmzə! Heç vaxt bundan ağır müsibətim olmayacaq. Kimsənin müsibət ağrısı sənin müsibətin kimi deyil».Sonra həzrət (s) üzünü Səfiyyəyə tutub buyurdu: «Şad ol! Cəbrayıl mənə xəbər verdi ki, Həmzənin yeddi göydə «Əsədullah və Əsədul-rəsulihi» deyə çağırdılar».
Seyyidüş-şühəda Həmzənin cənazəsi ilə son vidalaşma oldu. Qərara gəldilər ki, şəhidləri döyüş yerində, Ühüd dağının ətəyində torpağa tapşırsınlar. Həzrət Peyğəmbər (s) İslamın rəşadətli sərkərdəsinin zəhmət və fədakarlıqlarına təşəkkür olaraq, əvvəlcə onun cənazəsi üçün namaz qıldı. Digər şəhidlərə namaz qılması üçün onların cənazəsini bir-bir Həmzənin cənazəsi yanına gətirdilər.Beləcə, Həmzənin cənazəsi üçün şəhidlərin sayı qədər namaz qılınmış oldu. Bu, İslam döyüşçüsü üçün böyük bir iftixar idi.
Növbə şəhidlərin dəfninə çatdı. Peyğəmbər (s) Həmzənin para-para olmuş sinəsini həmin qanlı libaslarda torpağa tapşırdı. Dəfndən qabaq cənazəni öz ridası ilə bükdü. Peyğəmbərin (s) tövsiyəsi ilə aralarında dostluq olan şəhidləri bir qəbirdə dəfn etdilər. Həzrət Həmzə öz bacısı oğlu Abdullah ibn Cəhş ilə bir qəbirdə torpağa tapşırıldı.


Şəhidin məzarı üstə
Ühüd döyüşündə Həmzə və digər mücahidlərin şəhadətindən sonra cənazələr Ühüd dağının ətəyində, qanlı libaslarında dəfn olundular. Bəziləri öz adamlarının cənazələrini Mədinəyə aparmaq istəsələr də, həzrət (s) buna icazə verməyib buyurdu: «Harada şəhid olublarsa, orada da dəfn edin».
Ühüd şəhidlərinin dəfn olunduğu yer möminlərin ziyarətgahı və ilham mənbəyi oldu. Həzrətin (s) göstərişi ilə xalq öz şəhidlərinin, xüsusi ilə Həmzənin ziyarətinə gedirdi. Həzrət (s) özü də Ühüd şəhidlərini ziyarət edir, onlara belə salam verirdi: «Salam olsun sizə, göstərdiyiniz səbr və müqavimətə görə! Axirət evi necə də yaxşı yerdir!»
İslamın əzəmətli xanımı Fatimeyi-Zəhra (s) da iki-üç gündən bir Həmzənin qəbrini ziyarət edərdi.Xanım Zəhra (s) onun qəbrini təmir edər, səliqəyə salardı. O, Həmzənin məzarı üstə ağlayardı.
Şəhidlərin qanı ilə peyman bağlamaq istəyənlər üçün Həmzənin məzarı bir ocaq,and yeri idi. Onlar bu məzarı ziyarət etməklə şəhadət yoluna bağlılıqlarını izhar edərdilər. Belə bir yanaşma Peyğəmbər (s) tərəfindən də tövsiyyə olunmuşdu. Həzrət (s) buyurmuşdu: «Məni ziyarət edib əmim Həmzəni ziyarət etməyən şəxs mənə cəfa qılmışdır».
Mədinə kənarında Həmzə və sair şəhidlərin ziyarəti Allah yolunda xalisanə fədakarlıqların, böyük qəhrəmanlıq dastanlarının xatırlanmasıdır. Bu məzarların ziyarət olunması ilə həqiqətə eşq, Allah yolunda cihad həvəsi ziyarətçilərin qəlbində yer tapır. Şəhid türbətində, onun qanlı qoxusunda belə bir misilsiz təsir vardır.
Həzrət Zəhra (s) Həmzənin qəbrinin türbətindən təsbeh düzəltmişdi. O, bu təsbehlə zikr oxuyardı.Xalq da xanımın bu işinə maraq göstərərdi. Amma Hüseyn ibn Əli (ə) şəhadətə yetişdikdən sonra onun türbətinin daha fəzilətli olmasını əsas götürərək, məhz bu türbətdən təsbehlər hazırlanmağa başlandı. Həzrət Fatimənin (s) bu işi ibrətamiz idi. Xanım hələ türbətdən təsbeh düzəltməzdən qabaq yun sapa çoxsaylı düyünlər vuraraq, düyünləri saya-saya Allahı zikr edərdi. Həmzə Ühüd döyüşündə şəhid olduqdan sonra isə Fatimə (s) onun türbətindən təsbeh düzəltmək qərarına gəldi.
Bəli, şəhadət torpağa da müqəddəslik verir, iman və şücaət türbətdən güc alır.

Torpaq şəhadətdən aldı ətrini,

Qara daş dodaqda tapdı yerini.

İmam Rahil (r) buyurur: «Şəhidlərin həmin pak türbətidir ki, qiyamətədək aşiqlərin və ariflərin ziyarətgahı, azadələrin şəfa ocağı olacaq».
Əgər Ühüd şəhidlərinin ziyarəti nəsibimiz olsa, Seyyidüş-şühəda Həmzə və digər şəhidlərin məzarı başında dayanaq, onlara salam verək; necə ki, həzrət Peyğəmbər (s), həzrət Zəhra (s) və onların pak ailəsi bu müqəddəs türbətə hörmət göstərmişlər. Bizə öyrətmişlər ki, Həmzə və digər Ühüd şəhidlərinin ziyarəti zamanı belə deyək:
«Salam olsun sənə, ey Peyğəmbərin (s) əmisi! Ey şəhidlərin üstünü!
Salam olsun sənə, ey Allahın şiri, Allah rəsulunun şiri!
Şəhadət verirəm ki, Allah yolunda cihad etdin və öz canından keçdin. Səni ziyarət etməklə Allaha və Onun rəsuluna yaxınlaşıram. Sənin şəfaətinə qəlb bağlamışam. Öz xilasımı, qurtuluşumu axtarıram.
Uzaq yoldan gəlmişəm. Bu ümidlə ki, cəhənnəm odundan qurtulum, günahlarım bağışlanmış olsun.
Ey Peyğəmbərin (s) vəfalı dostu! Mən dərdimi dərk etmək üçün sizdən üstün mərhəmət və səxavətə malik ailə tapa bilmədim.
Ey zəiflərin yardımçısı! Fəqir və ehtiyaclı olduğum gündə mənim şəfaətçim ol.Sənin ziyarətinə qəmgin, üzüntülü bir qəlblə gəlmişəm. Məzarının kənarında göz yaşları axıdıram. Sən həmin şəxslərdənsən ki, Allah-təala onlarla bağlılığı təşviq etmiş, onlarla dostluğa yönəltmişdir.
«Məfatihul-cinan»
Sonra iki rəkət namaz qılıb Allahdan ehtiyaclarımızı istəyək və digər Ühüd şəhidlərinə xitabən deyək:
«Salam olsun Allahın rəsulu Məhəmməd ibn Abdullaha, salam olsun onun pak ailəsinə, salam olsun sizə, ey mömin şəhidlər, ey iman və tövhid ailəsi, ey Allah dininin və Allah rəsulunun dostları! Salam olsun sizə, Allah yolunda göstərdiyiniz yardımlara görə! Necə gözəl aqibətə çatdınız!
Şəhadət verirəm ki, Allah sizi öz dini və peyğəmbəri üçün seçdi. Allah yolunda ən gözəl şəkildə cihad etdiniz, Allahın dinini, Peyğəmbərin (s) canını qorudunuz və onun yolunda aşiqcəsinə can verdiniz.
Şəhadət verirəm ki, siz həzrət Peyğəmbərin (s) yolu və ayinləri üstündə öldürüldünüz. Allah öz Peyğəmbəri, İslam və müsəlmanlar tərəfindən sizə ən üstün mükafat versin. Siz Allahın razılıq və kəramətinə nail olduğunuz, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaş olduğunuz üçün Allah behiştdə sizin çöhrənizi bizə tanıtdırsın!
Şəhadət verirəm ki, siz Allahın firqəsindənsiniz. Sizinlə döyüşənlər Allahla döyüşmüşlər. Siz Allah dərgahına yaxın olanlardan, doğru yolu tapıb, əbədi diri qalanlardansınız. Allah yanında ruziyə çatmısınız.
Sizi öldürənlərə Allahın, mələklərin, bütün insanların lənəti olsun. Ey tövhid əhli! Mən sizin yanınıza bir ziyarətçi kimi gəlmişəm, sizin haqqınızla tanışam, sizi ziyarət etməklə Allaha yaxınlıq axtarıram.
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə! Sizi öldürənlər isə Allahın lənətinə və qəzəbinə gəlsinlər!
Pərvərdigara! Məni bu şəhidlərin ziyarətindən faydalandır. Onların yolunda mənim də qədəmlərimi möhkəmləndir. Məni o əqidə ilə dünyadan apar ki, bu şəhidləri həmin əqidə ilə aparmısan. Məni behiştinin uca mənzillərindən olanlarla yoldaş et.
Şəhadət verirəm ki, siz bizdən qabağa düşmüsünüz, yeyin olmusunuz və biz də sizə qatılasıyıq».
Bəli, Allahın dini və İslam Peyğəmbərinin (s) müdafiəsi yolunda həyatlarının son anına və son damla qanlarına qədər xalislik və fədakarlıqla döyüşən insanlarla peymanımız belədir. Onlar bizim üçün idealdır - iman, əməl, əqidə və cihad idealı!
Onların məzarları eşq məhəlli, adları ilham mənbəyi, xatirələri hərəkətvericidir. Ziyarətləri fədakarlıq, haqşünaslıq, şəhid qanı önündə vəzifənin icrası əlamətidir!
Bütün yer üzü Ühüd meydanıdır! Haqq və batil qoşunlarının savaş səhnəsi!
Kim bu yolda canından keçsə, Seyyidüş-şühəda Həmzənin aydın xəttini izləyir. Bu yol isə Allah yoludur!


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 iyun 2015 22:59
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
tesekkur edirem :)

ヅ Bad Girl ヅ

  • 13 iyun 2015 00:03
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ ĸαвυѕυм ღ

  • 12 iyun 2015 14:08
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

♔ sinყσriτα ♔

  • 12 iyun 2015 12:01
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun...!

Elya Alieva

  • 12 iyun 2015 08:05
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
qara das dodaqda tapdi yerini

--------------------
UREYIM...I MEN

ツ Pc Cøpatka ツ

  • 12 iyun 2015 01:24
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

gulmira

  • 11 iyun 2015 23:13
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
superdir ela

--------------------
gulmira?????♥★

jasmin022

  • 11 iyun 2015 22:41
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Torpaq şəhadətdən aldı ətrini,

Qara daş dodaqda tapdı yerini.

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

eliwqa

  • 11 iyun 2015 21:50
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

ヅ Bad Girl ヅ

  • 11 iyun 2015 21:33
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
MəQaLəYə GöRə TəŞəKKüRLəR

--------------------

Pıtırcık

  • 11 iyun 2015 21:30
  • Məqalə: 509
  • Şərh: 9711
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 iyun 2015 21:26
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}