Cavanlıq-Ömrün şən çağları

 
Cavanlıq-Ömrün şən çağları


«Ey Əbuzər! Beş şey səni haqlamamış, beş şeyi qənimət bil: Birincisi budur ki,qocalıq başının üstünü almamış cavanlığını qənimət bil…».
Şən və çılğın əhval-ruhiyyə ilə müşahidə olunan cavanlıq illəri insan ömrünün ən gözəl dövrü hesab olunur. Düzdür, insan ömrü əvvəldən axıra qədər böyük nemətdir, lakin cavanlıq illəri bu nemətin ən şirin çağlarıdır. Bu cəhətdən də, Həzrət (s) əvvəl cavanlıq dövranını yad edir və axırda həyatın əsl əhəmiyyətinə toxunur.
İmam Xomeyni (r.ə.) də tez-tez çıxışlarında deyirdi: «Ey cavanlar! Cavanlığınızın qədrini bilin». Çünki bu elə bir nemətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala çatıb, ilahi tərəqqiyə nail ola bilər. Halbuki, qocalıq çağlarında bu məqamlara yetişmək ehtimalı çox zəif olur. Elə bu səbəbdən də imamlarımız öz çıxışlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) bu barədə belə buyurur:
«Hər cavan mömin Quran oxuyarsa, Quran onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfuz edər».
Cavan adam yaş çubuq kimidir; hansı tərəfə əysən, o tərəfə də əyilər.Bu baxımdan onu haqqa tərəf yönəltsən, haqqı tez qəbul edər. Bu dövrdə insanın özünü islah etməsi, çirkin adətlərdən təmizləməsi daha asandır. Məhz bu dövrdə insan:
- Başqa dəyərlərə nisbətən, haqqı daha tez qəbul edir;


- Sağlam bədənə malik olduğu üçün öz ictimai vəzifələrini həyata keçirməkdə daha fəal hərəkət edir;
- Güclü cismə və ruha malik olduğu üçün öz ilahi təkliflərinə daha yaxşı əməl edə bilir;
Əxlaqi rəzilətlərlə mübarizədə güclü olur;
- Güclü iradə və zehni sayəsində elmin dərin üfüqlərinə gedib çıxa bilir;
- Yorulmadan düşünüb, təfəkkür edə bilir;
- Fəzilətli sifətləri özündə cəmləşdirib, sabit hala gətirə bilir.
Əksinə, qocalıq illəri ömrün cismi cəhətdən zəif, əldən düşdüyü dövrdür. Bu illərdə insanın şəxsiyyəti formalaşma dövrünün sonuna çatır və onu dəyişmək, adətən, qeyri-mümkün olur. Bir sözlə, qocalıq, insanın cismi və ruhi cəhətdən süstülüyə qədəm qoyduğu bir dövrdür.
Qurani-kərimdə üç yerdə qocalıq «şəyb» və «şəybə» təbiri ilə verilmiş, dörd yerdə isə «şeyx» və «şuyux» kimi işlədilmişdir. Həmin misalların əksəriyyətində bu dövr, insan ömrünün təbii cəhətdən zəif illəri kimi göstərilir. Məsələn, həzrət Zəkəriyyə (ə) barəsində buyurulur:
«Dedi: «Pərvərdigara! Qocalıq sümüklərimi süst etmiş,saçlarımı ağartmışdır». Və həmçinin, insan həyatının mərhələləri barəsində buyurur:
«Allah (Şadlıq və cavanlıq dövranından) sonra zəifləmək və qocalıq dövranını qərar verdi».
Bunlardan əlavə, qocalıq dövrünün acizliyinə Quranın bir çox yerlərində, müxtəlif təbirlərlə işarə olunmuşdur.


Cavanlıq dövrü ixtiyarımızda olan son dərəcədə qiymətli bir fürsətdir. Bu fürsətdən istifadə edib, əxlaqi rəzilətlərin təmizlənməsi ilə məşğul olmalıyıq. Çünki qocalıq illərində bu iş olduqca çətin olur. Təəssüflər olsun ki, insan bir şeyi hiss etmədən, təcrübə etmədən həmin şeyə inanmır. Yəni qocalıb beli bükülməyincə, qocalığın ağrı-acılarını dərk edə bilmir. Doğrudur, qocalıq haqqında deyilənlər və özünün şəxsi müşahidələri vasitəsi ilə kifayət qədər məlumatlı olur. Lakin bu məsələni lazımınca dərk edib, inana bilmir. Elm və mərifətin uca dərəcələrinə yüksələn böyük şəxsiyyətlər olub ki, hələ də onlarda cavanlıq dövründən qalma zəif əxlaqi nöqtələr müşahidə edilir. Onlar bu zəif cəhətlərini ya cavan olanda başa düşməyiblər, ya da başa düşdükləri halda, onu düzəltməyə səy göstərməyiblər. Hər halda həmin zəif nöqtə sağalmaz xəstəlik kimi köhnəlib, əlacsız qalmışdır
.


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 12 iyun 2015 14:20
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

DELIW

  • 12 iyun 2015 11:22
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN DEYERLİ XEBERDİ

Elya Alieva

  • 12 iyun 2015 08:17
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Maraqli idiler...

--------------------
UREYIM...I MEN

ツ Pc Cøpatka ツ

  • 12 iyun 2015 01:07
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

gulmira

  • 12 iyun 2015 00:01
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
Allah razi olsun ....

--------------------
gulmira?????♥★

eliwqa

  • 11 iyun 2015 21:56
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun[right][/right]

--------------------

★Love World★

  • 11 iyun 2015 21:48
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Deyerli meqale üçün çooox SAğOluN...

--------------------

Pıtırcık

  • 11 iyun 2015 21:47
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}