Atatürkün aforizmləri

 
Atatürkün aforizmləri

● Bütün ümidim gənclikdədir.

● Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, ONU yüksəldəcək və davam etdirəcək sizlərsiniz.

● Hər kəs milli vəzifəsini və məsuliyyətini bilməli, dövlət məsələləri üzərində o düşüncəylə, düşünüb vəzifə əldə etməlidir.

● Özünüz üçün deyil, bağlı olduğunuz xalq üçünbirlikdə işləyin. İşlərin ən yüksəyi budur.

● Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir.

● Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz...
İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar.
Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək.


● Müəllimlər! Respublika sizdən düşüncələri azad, vicdanı azad, mədəniyyəti azad nəsillər istər.

● Türk Milləti yeni bir iman və qəti bir milli əzm ilə yeni bir dövlət qurmuşdur bu dövlətin söykəndiyi əsaslar
"Tam Müstəqillik" və "Qeydsiz Şərtsiz Milli Suverenlikdən ibarətdir. Yeni Türkiyə dövlətinin quruluşunun
ruhu Milli Suverenlikdir. Millətin Qeydsiz Şərtsiz Suverenliyidir...

● Heç bir şeyə ehtiyacımız yoxdur, tək bir şeyə ehtiyacımız vardır; çalışqan olmaq!

● İnqilabın məqsədini qavramış olanlar davamlı olaraq onu qoruma gücünə sahib olacaqlar.

● Nə xoşbəxt Türküm deyənə!

● Müəllimlər! Yeni nəsili, Respublikanın fədakar müəllim və təlimatçıları, sizlər yetişdirəcəksiniz,
yeni nəsil sizin əsəriniz olacaq. Əsərin qiyməti, sizin məharətiniz və fədakarlığınız dərəcəsiylə mütənasib olacaq.

● Ordularımızın qazandığı zəfər, sizin və sizin ordularınızın zəfəri üçün tək zəmin hazırladı...
Gerçək zəfəri siz qazanacaq və davam edəcəksiniz və mütləq müvəffəqiyyətli olacaqsınız.

● Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq.

● "Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm:
Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir
üstünlük göstərirsə, ey Türk Övladıı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz
laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..."

● Millətləri qurtaranlar tək və ancaq müəllimlərdir. Müəllimdən, təlimatçıdan məhrum bir millət,
hələ bir millət adını alma qabiliyyəti qazanmamışdır.

● "Türkiyə cümhuriyyətini quran Türkiyə xalqına Türk milləti deyilir..."

● Tarixi yaşadığımız kimi yazdıq, lakin gələcəyi respublikaya inananlara,
onu qoruyanlara və yaşadacaqlara əmanət etmək lazımdır.

● Əsl əhəmiyyətli olan və məmləkəti təməlindən yıxan, xalqını əsir edən, içəridəki cəbhənin susqunluğudur.


● Mənim Türk millətinə, Türk cəmiyyətinə, Türklüyün gələcəyinə aid tapşırıqlarım bitməmişdir,
siz onları tamamlayacaqsınız. Siz də, sizdən sonrakılara mənim sözümü təkrar edin.

● Müəllim, illər sonra mükafatını alır.

● Müəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər.

● Söz mövzusu olan vətənsə, gerisi təfərrüat.

● Milli suverenlik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyər, tac və taxtlar batar, məhv olar.
Millətlərin əsirliyi üzərinə qurulmuş müəssisələr hər tərəfdə yıxılmağa məhkumdurlar.

● Respublika fikir sərbəstliyi tərəfdarıdır. Səmimi və qanuni olmaq şərtiylə hər fikirə hörmət edərik.

● Hərçənd bizə milliyyətçi deyərlər. Amma, biz elə milliyyətçilərik ki, əməkdaşlıq edən bütün millətlərə
hörmət və riayət edərik. Onların milliyyətlərinin bütün zərurətlərini tanıyarıq.
Bizim milliyyətçiliyimiz hər halda xudbincə və məğrurca bir milliyyətçilik deyil.

● Elə istəyirəm ki, Türk Dili elm üsullarıyla qaydalarını ortaya qoysun və hər budaqda yazı yazanlar,
bütün terminləriylə əksəriyyətin anlaya biləcəyi gözəl, ahəngli dilimizi istifadə etsinlər.

● Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər.

● Məktəb sayəsində, məktəbin verəcəyi elm və fən sayəsindədir ki, Türk milləti, Türk sənəti,
Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər.

● Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər
bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan ərdəmli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir.

● Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.


● Millətlərin tarixində bəzi dövrlər vardır ki, müəyyən məqsədlərə çata bilmək üçün maddi və mənəvi nə qədər qüvvət varsa
hamısını bir yerə toplamaq və eyni istiqamətə yönəltmək lazımdır. Yaxın illərdə millətimiz, belə bir toplanma
və birləşmə hərəkətinin əhəmiyyətli nəticələrini qavramışdır. Məmləkətin və inqilabın, içəridən və çöldən
gələ biləcək təhlükələrə qarşı qorunması üçün, bütün milliyyətçi və respublikaçı qüvvətlərin bir yerdə
toplanması lazımdır. Eyni cinsdən olan qüvvətlər, ortaq məqsəd yolunda birləşməlidir.

● Yoldaşlar! İnqilabımız Türkiyənin əsrlər üçün xoşbəxtliyini boynuna götürmüşdür. Bizə düşən onu qavrayaraq və təqdir edərək işləməkdir.

● Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər!
Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə
uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər.

● Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm,
həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi,
heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.

● Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik.

● Yurdda sülh, dünyada sülh.

● Türk millətinin istedadı və qəti qərarı mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir.

● Türk millətinin xarakter və adətlərinə ən uyğun olan idarə, respublika idarəsidir.

● Yeni qurşaq, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq.

● Milli mübarizələrə şəxsi ehtiras deyil, milli ideal, milli qürur səbəb olmuşdur.

● Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin,
o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür.

● Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur.
Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin.
Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan


Geri dön

_RONALDO_

  • 7 mart 2011 14:50
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Elaaa tesekurler

--------------------

Doktor

  • 6 mart 2011 13:01
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------

_RONALDO_

  • 5 mart 2011 14:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKUR EDIREM!

--------------------

_RONALDO_

  • 4 mart 2011 21:25
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

CandyGirl

  • 4 mart 2011 19:34
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox sagol....

--------------------

Lindo

  • 4 mart 2011 19:18
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk maraqlidi Ataturkun aforizmleri maraqsiz ola da bilmez

Lexikon

  • 4 mart 2011 19:10
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

Ulya

  • 4 mart 2011 18:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Nur_Ay

  • 4 mart 2011 18:12
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK XEBERE GORE...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}