Arıqladan otlar - PƏHRİZ

 
Arıqladan otlar - PƏHRİZ


Legend.aza istinadən xəbər verir ki, qədim vaxtlardan insanlar otların köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir tibbdə də fitoterapiyadan (otlarla müalicə) geniş istifadə olunur.

Fitoterapiya arıqlamaq istəyən insanlara da yardımçı ola bilər. Arıqlamaqdan əlavə fitoterapiya üsulları orqanizmi şlaklar və toksinlərdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır.

Təbii ki, otların qəbulundan əlavə arıqlamaq istəyən insan qıdalanmasında müəyyən dəyişikliklər etməli və minimal şəkildə olsa da idmanla məşğul olmalıdır.

Arıqlamaq məqsədi ilə istifadə olunan otlar:

- iştahanı azaldan otlar - kətan toxumu, gülxətmi otun kökü, spirulina yosunları, mələkotu, fukus (yosunlar növü) və s.;

- həzm sisteminin fəaliyyətini yaxşılaşdıran və bağırsaqları təmizləyən otlar - şüyüd, cəfəri, cirə, razyana, murdarçanın qabığı və s.;

- öd- və sidikqovucu effekti olan otlar - qatırquyruğu, solmaz çiçəyi, qarğıdalı saçaqları, zərinc, zəncirotu və s.;

- işlətmə effekti olan otlar - səna otu, cirə, boymadərən, çobanyastığı və s.;

- mübadilə prosesləri yaxşılaşdıran otlar - gicitkən, tozağacının yarpaqları, dəvədabanı və s.;

- energinin sərf edilməsini artıran otlar - ilk növbədə bu ədviyyatlardır - rozmarin, zəncəfil, darçın, kurkuma və s.

Bu otları ayrı-ayrılıqda və ya qarışıq şəklində (bir neçə müxtəlif təsiri olan otlar) istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, bu otlar da müəyyən sxem şəklində və müəyyən müddət ərzində qəbul oluna bilər. Qaydasız və geyri-məhdud şəklində qəbul olunduqda bu otlar insana yalnız ziyan gətirə bilər.

Beləliklə, otlarla arıqlama zamanı bu kimi qaydalara riayət etmək lazımdır:

- otlar dəmləmələrini uzun müddət ərzində qəbul etmək olmaz. Otlar 1,5-2 ay ərzində qəbul oluna bilər. Sonra müəyyən fasilə vermək lazımdır.

- otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Hətta ən "zərərsiz" otlar müəyyən vəziyyətlərdə insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

- otları qəbul etdiyi zaman səhhətinizdə hər hansı dəyişiklik əmələ gəldikdə, bu haqda mütləq həkimlə məsləhətləşin.

- hamiləlik zamanı bu otların bəzilərinin qəbulu hamiləliyin pozulmasına səbəb ola bilər.

- allergik xəstəlikləri olan insanlar da ehtiyatlı olmalıdır. Hər hansı allergik simptom meydana çıxdıqda (səpgilər, öskürək və s.) otların qəbulunu dayandırmaq lazımdır.

- otlar dəmləmələrini hər qəbul etdikdən əvvəl hazırlamaq lazımdır. Dəmləmə təzə olmalıdır ki, lazım olan effekt versin.

- dəmləmələri növbələşmək olar - bir həftə bir dəmləmə, növbəti həftə- digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olur.

- dəmləmələri gün ərzində 3-4 dəfə qida qəbulundan əvvəl qəbul etmək lazımdır.
Otlarla arıqlama üsulu çox tez və gözəçarpan effekt verməsə də, arıqlama sağlam şəkildə baş verir. İnsan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

Müxtəlif mənşəsi bilinməyən arıqlamaq üçün olan preparatlar, güclü işlətmə dərmanları və s. bəzən tez effekt versə də, orqanizmə ziyan vurun. Bu preparatların köməyi ilə itirilən çəki bir müddətdən sonra asanlıqla qayıdır.

Arıqlamaq üçün otlar dəmləmələri bu üsulla hazırlanır. Yuxarıda qeyd olunan hər qrup otlardan eyni miqdarda 1 növ ot götürülür (məsələn, 20 qr hər hansı iştahanı azldan ot + 20 qr - hər hansı öd- və sidikqovucu effekti olan ot + 20 qr hər hansı işlətmə effekti olan ot + hər hansı 20 qr mübadilə prosesləri yaxşılaşdıran ot və s.). Bitkilər xırdalanır və yaxşı qarışdırılır. Daha sonra bu qarışıqdan 1 xörək qaşığı ot götürülür və 250 qr qaynar suda 1 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni qəbul etmək olar.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 16:48
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
ღ MeQaLeYe GoRe SaGoLuN ღ

ツ Pc Cøpatka ツ

  • 15 iyun 2015 16:38
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Ehtiyacim yoxdu yenede meslehete gore tewekkur

--------------------

ღ ĸαвυѕυм ღ

  • 14 iyun 2015 17:15
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur canim meqaleye qore tongue

--------------------

eliwqa

  • 13 iyun 2015 20:56
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
cox wukur ehtiyacim yoxdu yenede twkler

--------------------

Wiyinimmm

  • 13 iyun 2015 16:57
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Cox sagolun.. Tewekkur.

--------------------

sessiz deniz

  • 13 iyun 2015 16:43
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore twkler

PessimistKa BanditKa

  • 13 iyun 2015 15:24
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
ehtiyac qokku)))twk

вคɴค iкiмizi คɴlคт ❤

  • 13 iyun 2015 14:59
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
tesekkurler....

Nazlim_97_

  • 13 iyun 2015 14:32
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Lazim devil heleki.saol

♔ sinყσriτα ♔

  • 13 iyun 2015 13:52
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden tongue ehtiyacim wukur yoxdu yenede cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}