Günə çıxanda səpir, qaşınırsınızsa.

 
Günə çıxanda səpir, qaşınırsınızsa.



Bəzi insanlarda günəş şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşınır, qabıq verir.
Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal "fotodermatit" və ya "fotodermatoz" adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-də bu və ya digər formada özünü büruzə verir.

Baxmayaraq ki, fotodermatit allergik reaksiyaya bənzəyir, amma bu, allergiya deyil - gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə günəş şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək.

- Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüaların və bu maddələrin qarşılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır.

- Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodorantların, kosmetikanın tərkibində olan bəzi maddələr ultrabənövşəyi şüalarla reaksiyaya girərək allergiyaya səbəb olur.

- Bəzi dərman preparatlarının qəbulu fotodermatitin inkişafına təkan verə bilər. İlk növbədə bu, tərkibində çoxlu miqdarda estorogen hormonları olan hamiləlik əleyhinə preparatlara aiddir. Sulfanilamid preparatları (biseptol), bəzi antibiotiklər, ürək preparatları, ibuprofen, aspirin və s. kimi preparatlar insanda günəş şüalarına olan həssaslığı artırır.

- Fotodermatit daha tez-tez dərisi ağ olan insanlarda və kiçik yaşlı uşaqlarda inkişaf edir.


- Pilinq, tatuaj və bəzi digər kosmetik prosedurlar dərinin gün şüalarına olan həssaslığını artırır.

- İnsanda olan immun sistemi xəstəlikləri, bəzi qaraciyər və böyrəküstü vəziləri xəstəlikləri də fotodermatitin inkişafına təkan verə bilər.

Əgər siz özünüzdə fotodermatitin simptomlarını müşahidə edirsinizsə, mütləq dermatoloqa və ya allerqoloqa müraciət edin. Müayinədən sonra həkim yerli və ümumi müalicə təyin edir.


Fotodermatit mütləq müalicə olunmalıdır. Əks halda bu, gələcəkdə ağır dəri xəstəliyi olan ekzemanın inkişafına səbəb ola bilər.
Müalicədən əlavə fotodermatitdən əziyyət çəkən insanlar gün şüaları altında mümkün qədər az olmalı, qaralmamalı, solyariuma getməməli, çölə çıxdıqda kosmetikadan, ətirdən, dezodorantdan, kremlərdən istifadə etməməli, bağlı paltar geyinməli və şlyapa taxmalıdır.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 16:47
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
ღ MeQaLeYe GoRe SaGoLuN ღ

ツ Pc Cøpatka ツ

  • 15 iyun 2015 18:13
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Lazim olur tewekkur edirem

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 iyun 2015 17:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ღ MeQaLeYe GoRe SaGoLuN ღ

ღ ĸαвυѕυм ღ

  • 15 iyun 2015 15:58
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur canim xebere qore

--------------------

sessiz deniz

  • 14 iyun 2015 17:32
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklr wehrlere gore

♔ sinყσriτα ♔

  • 14 iyun 2015 16:39
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Xebere gore cox sagol canim

jasmin022

  • 14 iyun 2015 13:14
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
cox sagol bitanem ellerine sagliq ama mende bele problem yoxdu tek problemim gune cixan kimi qaraliram

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Pıtırcık

  • 14 iyun 2015 12:29
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
xebere gore sag ol

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Elya Alieva

  • 14 iyun 2015 10:09
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
meslehetdir...

--------------------
UREYIM...I MEN

Nazlim_97_

  • 14 iyun 2015 09:48
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Meslehtcun saaqol.ehtiyacim yokk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}