İmamın Faydalı Tə`sirləri

 
http://user/məqalə/


Dini inanc, istər sevinc, qəlbgenişliyi və şadlıq yaradıcılığı cəhətdən, istər ictimai əlaqələri yaxşılaşdırmaq yönümündə, istərsə də dünya quruluşunun ayrılmaz hissəsi olan nigarançılıqların, narahatçılıqların azalması və aradan qaldırılması baxımından bir çox müsbət tə`sirlərə malikdir. Dini inancın bu tə`sirlərini üç hissədə oxucuya təqdim edirik.
A. Gözəllik və sevinc
“Nikbinlik” (optimizm) dini inancın gözəllik, şadlıq, sevinc və fərəh yaradıcılığı baxımından ilk tə`siridir. Dünyaya, yaradılışa və varlığa nikbinlik. Dini inanc insanın dünyaya dair qavrayışını xüsusi tərzdə formalaşdırdığından, belə ki, yaradılışı hədəfli, hədəfi isə xeyir, təkamül və səadət tanıtdırdığından, təbii olaraq insanın bütövlükdə varlıq sisteminə və ona hakim kəsilən qanunlara qarşı baxışını optimistləşdirir. Varlıq ölkəsinin vətəndaşının duyğusu, ölkəsinin qanun, təşkilat və sistemlərini düzgün-ədalətli hesab etdiyi, ölkənin bir nömrəli idarəçilərinin hakim təbəqəsinin niyyətlərinə inandığı bir vətəndaşın halına bənzəyir. Təbii ki, belə bir şəxs özü və digərləri üçün tərəqqi və yüksəlişin maneəsiz olduğunun şahidi olur. Həmçinin təkcə tənbəllik və təcrübəsizliyi, özünün və onun kimi məs`ul-mükəlləfiyyətçi insanların geridə qalmasının səbəbi hesab edir.
Belə bir şəxs hesab edir ki, geridə qalmasına ölkə strukturası və qurumları deyil, məhz özü cavabdehdir. Bu şəxsin nəzərində bütün çatışmamazlıqlar, onun və onun kimilərinin öhdəsindəki vəzifəsini düzgün icra etməmələri üzündəndir. Şübhəsiz bu tərzi-təfəkkür onu qeyrətə gətirərək, nikbincəsinə ümid hərəkətə vadar edir.
Lakin varlıq ölkəsinin imansız nümayəndəsi, yaşadığı ölkənin qanun və orqanlarının ədalətsiz, səriştəsiz və səlahiyyətsiz olduğunu bilən, onu qəbul etməkdə isə çarəsiz qalan bir şəxsə bənzəyir. Belə bir şəxsin daxili, daima kin-küdurət və psixoloji düyünlərlə (komplekslərlə) doludur. O, heç vaxt öz islahının fikrinə düşmür. Çünki zənn edir ki, yerin-göyün kələ-kötürlüyü, ədalətsizliyin, haqsızlığın bütün aləmi bürüdüyü bir halda, mənim kimi bir zərrənin düzgünlüyünün nə faydası vardır?! Dünya, ləzzətini dadmadığı belə bir şəxs üçün qorxunc zindana çevrilir. Buradan Qur`ani-Kərimin buyurduğu öz yerini tapır:

Hər kəs mənim öyüd-nəsihətimdən (Qur`andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbr evində şiddətli əzaba düçar olar).”
Bəli, həyatı qəlbimizdə genişləndirən, ruhi sıxıntılarımızı aradan qaldıran qüvvə, imandır.
Dini imanın sevinc-şadlıq gətiriciliyi cəhətindən ikinci bir tə`siri “ziyalılıq”dır. Dini iman əsasında həqiqət nuru ilə dünyanı aydın görən insanın, elə bu zəka vasitəsilə ruhu işıqlaşır və qəlbi bu çırağın nuruna qərq olur. İmansız şəxs isə bunun əksinə. Onun dünyanı gözündə puç, qaranlıq, qavranıla və aydınlaşa bilməyən kimi təsəvvür etməsi ürək evinin öz təsəvvür etdiyi qaranlıq otaqda zülmətə qərq olmasına səbəb olur.
Yaxşı əməyin müsbət nəticəsinə “ümidvarlıq”, dini inancın şadlıq və fərəhləndiricilik baxımından üçüncü tə`siridir.
Materialist məntiqinə əsasən, dünya doğru və ya batil, ədalət yaxud zülm, düzgün yaxud qeyri-düzgün yolu seçmiş insanlara nisbət laqeyid və bitərəfdir. İşin nəticəsi yalnız bir şeyə: “əməyin miqdarı”na bağlıdır.
Lakin imanlı şəxsin məntiqinə əsasən, dünya bu iki dəstənin əməyi qarşısında laqeyid deyil; dünya bu iki növ əməyin müqabilində eyni cür reaksiya vermir. Əslində yaradılış sistemi həqiqət, düzgünlük, ədalət və xeyirxahlıq uğrunda çalışan xalqın himayədarıdır.

Allaha yardımçı olsanız (haqq yolunda addım atsanız) Allah da sizə yardımçı olar.

Allah yaxşıların zəhmətini (əcrini) heç vaxt hədər etmir.

Dini inancın fərəh-şadlıq digər bir (dördüncü) faydası qəlbi aramlıq-arxayınlıqdır. İnsan fitri olaraq öz xoşbəxtliyinin sorağındadır. Səadətə yetişməyin təsəvvürü belə onu sevinc içində qərq edir və əksinə, acı və məhrumiyyətə yaxın bir gələcəyin fikri, bədənini lərzəyə gətirir, iztirab və təşviş içində yanır. Bu arada iki ünsür insanın səadətilə nəticələnir.

Əmək (çalışmaq)
Mühitin şəraitinə inanmaq.
Bir şagirdin müvəffəqiyyəti iki şeylə bağlıdır. 1) Özünün sə`y və çalışqanlığı, 2) Digəri isə, məktəb mühitinin münasibliyi, müəllimlərin təşviqi və rəğbəti. Çalışqan bir şagird, əgər oxuduğu mühitə və ilin sonu qiymət verən müəllimə e`timad etməsə, sonda onunla ədalətsiz davranacaqlarından nigaran olsa, il boyu iztirab onun bütün vücudunu bürüyəcəkdir.
İnsanın özü ilə nə edəcəyi aydındır. Bu yöndən heç bir sıxıntı üz vermir. Çünki, sıxıntı, iztirab şəkk-tərəddüddən yaranır. İnsanın özünə aid şeylərə şəkk-şübhəsi yoxdur. İnsanı iztiraba sürükləyən, onunla necə davranacağını bilmədiyi dünyadır.

Görəsən yaxşı iş faydalıdırmı? Səadət və əmanət faydasızdırmı? Görəsən nəhayət dərəcədə çalışmalar və bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, işin sonu məhrumiyyətlə bitəcəkmi? Bəli, bu suallar qarşısındadır ki, iztirab və ürək sıxıntıları ən dəhşətli şəkildə baş verir.
Dini inanc müamilənin bir tərəfi sanılan insana, müamilənin digər tərəfi hesab edilən dünyaya nisbət güvənlik və əminlik bəxş edir. Dünyanın insan qarşısında rəftarı ətrafında yaranmış sıxıntı və sarsıntıları məhv edərək, əvəzində isə ona ürəkrahatlığı bağışlayır. Bu səbəbdən deyirik: Dini insanın faydalalarından biri də qəlbi aramlıqdır.
Şadlıq bəxşedicilik cəhətindən dini inancın faydalı tə`sirlərindən biri də, mə`nəvi ləzzət sayılan bir sıra ləzzətlərə daha artıq dərəcədə yiyələnməkdir. İnsan iki növ ləzzətdən bəhrələnir.
Hiss orqanları ilə bağlı ləzzətlər. Bunlar bədən üzvlərindən birinin xarici maddələrlə bir növ əlaqəsindən yaranan ləzzətlərdir. Gözün görməklə, qulağın eşitməklə, ağızın dadmaqla və lamisənin təmasda olmaqla əldə etdiyi ləzzətləri buna misal çəkmək olar.
İnsanın ruhunun dərinliyi və vicdanı ilə bağlı ləzzətlər. Bədənin müəyyən bir üzvünə aid olmayan bu ləzzətlər, kənar maddə ilə yaranmış əlaqənin tə`siri altında hasil olmur. Buna misal olaraq, insanın digərlərinə ehsan və xidmətindən, ehtiram və sevilməkdən, öz övladının uğurundan aldığı ləzzətləri göstərmək olar. Belə ki, nə müəyyən üzvə bağlıdır, nə də kənar maddənin birbaşa tə`siri altında yaranır.
Mə`nəvi ləzzətlər maddi ləzzətlərdən daha güclü və daha gecsovuşandır. Haqpərəst arif tayfasının ibadəti, Allahı pərəstiş etməsi ilə yaranan ləzzətlər də bu tipdəndir. İbadətlərində yalnız Allahı düşünən, onun varlıq dənizində qərq olaraq tam təvazökarlıqla pərəstiş edən arif ibadətçilər ən ülvi ləzzətlərə sahibdirlər. Dini ədəbiyyatda “iman tamı” və “iman şirinliyi”ndən söz açılır. İman bütün şirinliklərin fövqündə yerləşən şirinliyə malikdir. Elm kəsb etmək, ehsan, xidmət, uğur və qələbə kimi işlər dini hisslərdən doğaraq Allaha xatir görüldükdə və bununla da “ibadət” adını kəsb etdikdə, mə`nəvi ləzzət ikiqat olur.


B. İctimai əlaqələrin yaxşılaşmasında imanın rolu
İnsan bə`zi canlılar kimi ictimai yaradılmışdır. Fərd təklikdə öz ehtiyaclarını tə`min etməyə qadir deyil, yaşayış “həmkarlıq” surətinə çevrilməli, bununla da hamının vəzifə və mənfəətdə payı olmalı və fərdlər arasında bir növ “iş bölgüsü” yaranmalıdır; bu məsələdə insanla digər ictimai heyvanların (bal arısı kimi) fərqi bundadır ki, onlarda iş bölgüsü və vəzifə, təbiətin göstərişi ilə instinkt surətindədir və hər növ boyunqaçırma və cinayətin mümkünlüyü onlardan alınmışdır. Ancaq insan azad, suverən və ixtiyarsahibli mövcuddur və öz işini azadcasına “vəzifə” və “mükəlləfiyyət” adı ilə yeriən yetirməlidir. Başqa sözlə, canlıların ehtiyacları ictimai olduğu kimi, ictimai instinktləri də məcburi surətdə onlarda hökm sürür. İnsanın üzərində belə instinktlərin hökm sürmədiyi halda, ehtiyacları ictimaidir. Bir sıra “istəklər” şəklində insanın daxilində mövcud olan ictimai meylləri tə`lim-tərbiyə sayəsində dirçəlməlidir.
Sağlam ictimai yaşayış insanların qanunlara, bir-birlərinin haqqlarına hörmətlə yanaşdıqları, ədaləti müqəddəs sandıqları, bir-birlərinə sevgi-məhəbbət, qayğı bəslədikləri, özü üçün sevdiyini başqası üçün də sevdiyi və əksinə özü üçün bəyənmədiyini digəri üçün də bəyənmədiyi, qarşılıqlı inam, güvənliyin yarandığı, ruhi keyfiyyətlərin (insani dəyərlərin) bu güvənliyin zəmanətçisi olduğu, hər kəsin özünü məs`uliyyət daşıyıcısı bildiyi bir mühitdir. Sağlam ictimai yaşayış odur ki, ən gizli yerlərdə belə təqva, abır-həya özünü büruzə versin, insanlar bir-birlərinə yaxşılıq etməkdə yarışa çıxsınlar, zülm-ədalətsiz qarşısında ayağa qalxaraq, sitəmkarlara, fəsadçılara zülm-fəsad işlətməyə fürsət verilməsin, əxlaqi dəyərlərə ehtiramla yanaşılsın, bir-biri ilə bir bədənin üzvləri kimi müttəfiq və birgə olsunlar.
Hər şeydən daha artıq haqqı hörmətli, ədaləti müqəddəs, ürəkləri bir-birinə mehriban, insanlar arasında qarşılıqlı güvənliyi möhkəmləndirən, təqva və iffəti bəşər vicdanının dərinliyinə kimi nüfuz etdirən, əxlaqi dəyərləri mö`təbər sanan, ədalətsizliklə mübarizədə şücaət yaradan və fərdləri bütünlüklə bir bədənin üzvləri kimi bir-birinə calayan-müttəhid edən yeganə amil dini inancdır.
Bəşərin olaylı tarixinin səmasında ulduzlar tək parlayan insanların humanist cilvələri, dini duyğuların məhsullarıdır.

C. Sıxıntıların azalması
Bəşər həyatının istər-istəməz sevincli, xoş, şirin, uğurlu və bəxtiyar zamanları ilə yanaşı, ağrılı-acılı, əzab-əziyyətli, uğursuz və nakam vaxtları da var. Onların bir çox böyük zəhmətlə də olsa qarşısı alına ya aradan qaldırılasıdır. Sözsüz ki, insan təbiətlə mübarizə etməli, acılıqları şirinliklərlə əvəzlənməlidir. Lakin dünyanın bir sıra hadisələri qarşısı alınası və ya aradan qaldırılası deyil. Qocalığı nümunə gətirək. İnsan istər-istəməz qocalıq istiqamətində addımlayır, ömür çırağı sönməyə doğru gedir, qocalıqla əlaqədar qüdrətsizlik, zəiflik və digər nöqsanlar həyatın çöhrəsini üzgünləşdirir. Bundan əlavə ölüm və heçliyin, varlığa göz bağlamağın və dünya ilə vidalaşaraq onu başqalarına həvalə etməyin təsəvvürü belə insanı digər bir tərzdə incidir.
Dini inanc insanda müqavimət qüvvəsi yaradır, acılıqları şirinləşdirir. İmanlı şəxs dünyada hər olayın müəyyən hesab çərçivəsində baş verməsini bilir. O bilir ki, əgər acılıqlar qarşısında düzgün reaksiya göstərsə, bunun özü əvəz edilməsə də, ayrı bir şəkildə Allah-taala tərəfindən əvəz ediləcəkdir. Qocalıq işin sonu kimi sanılmadığından, habelə imanlı şəxsin boş vaxtlarını daima ibadətlə, Allahı xatırlamaqla doldurduğundan insanın sevimlisinə çevrilir. Belə ki, Alahpərəst xalq üçün həyatın qocalıq dövründəki ləzzəti, cavanlıq dövründən daha artıq olur.
İmanlı şəxsin gözündə ölümün siması, imansız şəxsin gözündə əks olunandan fərqlənir. Belə bir fərdin fikrində ölüm artıq heçlik, fəna deyil, fani və ötəri dünyadan əbədi dünyaya, kiçik aləmdən böyük aləmə keçiddir; ölüm əməl və əkin dünyasından, nəticə və məhsul dünyasına köçdür. Bu səbəbdən belə bir şəxs ölüm ətrafında yaranmış təşvişlərini, dini əbədiyyatda “saleh əməl” adlanan yaxşı işlərlə aradan qaldırır.
Psixoloji narahatlıqlardan və həyatın sıxıntılarından yaranan ruhi xəstəliklərin böyük əksəriyyətinin qeyri-dini şəxslər arasında müşahidə edilməsi, psixoloqların nəzərində danılmaz faktdır. Dindar şəxslər güclü, yenilməz imana nə qədər yiyələndikdə, bir o qədər bu xəstəliklərdən kənarda qalır. Elə bu cəhətdən yaşadığımız əsrin problemlərindən biri də, əsəbi-ruhi xəstəliklərin artmasıdır.



Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyun 2015 22:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Allah razi olsun..

ღ ĸαвυѕυм ღ

  • 18 iyun 2015 16:27
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 iyun 2015 06:12
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı olsun canım.. ♥

--------------------

sessiz deniz

  • 16 iyun 2015 18:42
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 iyun 2015 14:57
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

PércyDarkMoon

  • 16 iyun 2015 13:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Wiyinimmm

  • 16 iyun 2015 13:35
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Təşəkkür.. Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}