Qurani Kərimdə İmamət Məqami

 
Qurani Kərimdə İmamət Məqami



Əslində imamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur!
Qur’ani-kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş və imamət insanın təkamül seyrinin son mərhələsi sayılmışdır. Yalnız “ulul-əzm” peyğəmbərlər ona çatmışlar. Belə ki, “Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam tə’yin etdim!” İbrahim “nəslimdən necə” (onları da imam qərar verəcəksənmi) – soruşduqda Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və bu məqama yalnız sənin pak və mə’sum övladların layiqdir!)”
Ayənin əvvəlində həzrət İbrahimin bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikir ayrılığı vardır. “Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir.
(“Ruhul-məani”, 1-ci cild, səh. 336)
Nəzərə daha düzgün gələn baxış budur ki, “kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
Bə’zi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qur’ani-kərimin üç yerində – “Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), “Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: “Mən səni insanlara imam tə’yin etdim!”
Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan “imam” sözü haqda çox söz demişlər və bə’ziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi “kəlmələr”in Allah tərəfindən aldığı bir sıra tə’limlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kə’bə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bə’ziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində “Mən səni insanalara imam tə’yin etdim” cümləsi aydın şərh olunmur.
Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mə’nasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
Bə’ziləri də başqa bir təfsirlə demişlər: “İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mə’nasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mə’nada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyun 2015 22:30
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Allah razi olsun..

ღ ĸαвυѕυм ღ

  • 18 iyun 2015 16:25
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 iyun 2015 05:58
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı olsun..Gözəl məqalədir..

--------------------

sessiz deniz

  • 16 iyun 2015 18:34
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

PessimistKa BanditKa

  • 16 iyun 2015 16:56
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
Allah razii olsun..

eliwqa

  • 16 iyun 2015 15:26
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

jasmin022

  • 16 iyun 2015 15:09
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...sekildeki de sirindiyee

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 iyun 2015 14:56
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah Razı Olsun...

Pıtırcık

  • 16 iyun 2015 14:42
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
allah razi olsun1

--------------------
http://legend.az/user/imza/

PércyDarkMoon

  • 16 iyun 2015 13:44
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Wiyinimmm

  • 16 iyun 2015 13:32
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Allah Razı Olsun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}