Atanın qızına məktubu

 
Atanın qızına məktubu


Sevimli qızım,
Bu gün on yeddi yaşını bitirib, on səkkiz yaşına çatırsan. Artıq özünə istiqamət verə biləcəyin bir çağa gəldin deməkdir bu. Qısa bir müddət sonra evlənəcəksən şübhəsiz. Əvvəl sənə bunu söyləmək istəyirəm. Ağ gəlinliyinin içində, evlənəcəyin adama doğru irəliləyərkən, üzərində daşıdığın paltarın qədər təmiz və saf olmalısan. Səhv hərəkətlər edib və bunun kimsə tərəfindən bilinməyəcəyini düşünsən, yanılarsan qızım. Çünki sənin vicdanın səni cəzalandırar və xoşbəxt ola bilmədiyin kimi, xoşbəxt də edə bilməzsən.

Bütün həyatına təsir edəcək bu cür macəralardan uzaq ol. Sizin yaşlarınızda ay sevgilim olsun, onunla gəzib dolaşım və s. bu kimi davranışlar bəlkə qürur vericidir, amma diqqət yetirməz və bu yoldaşlıq sərhədini aşacaq olsan nə qürurun, nə də şərəfin qalacaq. Bunu əsla unutma qızım.

Evləndikdən sonra qarşında yeni və tam fərqli bir həyatın açıldığını görəcəksən. Bunun gözəl və cazibədar yanları olduğu qədər, çətin və kədərli yanları da olacaq.

Evlilikdə heç unutmamağın lazım olan əhəmiyyətli nöqtələrdən biri, həyat yoldaşına olan bağlılığını və onunla qürur duyduğunu tez-tez ifadə etməyindir. Çünki ailə içindəki hüzur, mehribanlıq və xoşbəxtlik buna bağlıdır. İşindən dönüb evə gəldiyində həyat yoldaşını daha qapıdan girərkən gülər yüzlə qarşılamalısan. Zaman-zaman əsəbi ola bilər. Günün şərtləri, işdə yaşanılanlar onu belə əsəbi etmiş ola bilər. Bax o zaman ən böyük vəzifən başlayacaq balam. Ərinə o günü necə keçirdiyini sənə izah edərək rahatlaması üçün fürsət hazırlamalısan. Bu davranışın çox sevindirəcək onu. Sevildiyini bilən kişi yoldaşını da sevər. Ailədəki vəzifələrini tam yerinə yetirə bilməyin üçün köhnə vərdişlərindən və gənc qızlıq xəyallarından əl çəkməyinin lazım olduğunu əsla unutma. Əgər özündə bu gücü tapa bilmirsənsə, əsla evlənməyə cəhd etmə. Çünki qarşındakı adamı bədbəxt etməyə haqqın yoxdu, balam.

Əhəmiyyətli nöqtələrdən biri də, sənin üçün qiymətli olmayan kiçicik bir şey onun üçün son dərəcə qiymətli ola bilər. Bax bu kiçik detallar zamanla birləşib böyük anlaşılmazlıqlar yarada bilər evliliyində. Ona görə bu kiçik şeyləri anında görüb ərinin düşüncələrinə görə davranmağın lazımdır. Unutma ki; kişilər çox tez duyğu dəyişikliklərinə uğrayarlar. Qadın olaraq buna dözə bilməyəcəyini hiss edə bilərsən. Hətta bu düşüncə səni üsyana sürüyə bilər. Amma evlilik sonu olmayan bir fədakarlıq deməkdir. Sən verdiyin müddətcə, qarşındakı da vermək zəruriliyini duyacaq və beləcə yuvanız dinc olduğu qədər, güclü də olacaq.

İndi xəbərdarlıqlarımın ən əhəmiyyətli yerinə gəldim. Bu sətirləri bir çox vaxt oxuyaraq, söylədiyim şeyləri anlamağa çalış qızım. Hələ çox gənc və təcrübəsizsən. Buna görə də bəzi nöqtələri anlamaya bilərsən. Məktubumu cırıb atma, əksinə əlinin altında istədiyin an tapa biləcəyin bir yerdə saxla, qərarsızlıq içində tərəddüd etdiyin zamanlar açıb oxuyar və doğru yolu seçə bilərsən beləcə. Kişilər ümumiyyətlə açıq-saçıq geyinən qadınlardan xoşlanarlar. Onlara heyranlıqlarını isə müxtəlif şəkillərdə ifadə edərlər. Amma bu sözlər səni açıq-saçıq geyinmə həvəsinə salmasın. Ən böyük yanılman bu olar. Çünki heç bir kişi arvadını başqalarının da o gözlərlə görməsini istəməz və buna razı bilməz. Əslində maskalanmış və kölgələnmiş bir gözəllik çox daha cazibədardır. Sən ərinin arzularına uyğun geyin və rəftar et, ətrafındakıların əsiri olma.

Yenə üzərində dayanmağın lazım olan əhəmiyyətli nöqtələrdən biri də monoton qadın olaraq görünməməyindir. Çünki eşqi bu öldürər. Bəzən çəkingən, bəzən həyəcanlı, bəzən inadçı, bəzən aslan kimi yırtıcı, bəzən də bir ev pişiyi qədər sakit və söz dinlər olmalısan ki, ərin hər şeyi səndə və yuvasında tapsın, gözü çöldə olmasın.

Sənə ən son bunları söyləmək istəyirəm, balam; Həyatda nə əksən onu da biçərsən. Qısacası xoşbəxt olmaq istəyirsənsə, əvvəlcə qarşındakını xoşbəxt etməlisən.


Yolun və gələcəyin açıq olsun qızım.


Geri dön

GlamouR_

  • 19 mart 2011 13:53
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
susmaq verilmesi gereken
en zor cevaplardan biridir
konusan kolay olandir
ben sustum
isteyen konussun....!

--------------------

gul_93

  • 8 mart 2011 13:36
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
maraqli idi,cox sag ol

::..ONSLAUGHT::..

  • 6 mart 2011 22:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 6 mart 2011 13:08
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------

kiss love

  • 4 mart 2011 21:45
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkur edirem maraqlidi neqederde sevimli laughing

--------------------

_RONALDO_

  • 4 mart 2011 21:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

ILuVia

  • 4 mart 2011 19:33
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
Həyatda nə əksən onu da biçərsən. Qısacası xoşbəxt olmaq istəyirsənsə, əvvəlcə qarşındakını xoşbəxt etməlisən.

maraqli ve ibretli yazidi tesekkurler smile

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Lexikon

  • 4 mart 2011 19:20
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

Made_In_Bakinka

  • 4 mart 2011 18:42
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
soz ola bilmez coooox gozel yazidir ellerina sagliq balim

::..ONSLAUGHT::..

  • 4 mart 2011 18:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
IBRETLIDIR COOOOOOOOOOOOX MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

host_470

  • 4 mart 2011 17:53
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
IBRETLIDIR COOOOOOOOOOOOX MARAQLIDI winked

CandyGirl

  • 4 mart 2011 17:42
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli idi

--------------------

Ulya

  • 4 mart 2011 17:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yazi ucun

Deniz_Gözlüm

  • 4 mart 2011 17:24
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Super.Həqiqətən də ibrətamiz məqalədi.Əziyyətə görə təşəkkür.

ZEHRA

  • 4 mart 2011 17:12
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
cok guzel.super.ela

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:04
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqlidi.twk AYSE17

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}