Allahın ipinə sarılmaq

 
Allahın ipinə sarılmaq



Allahın ipinə sarılmaq



Lüğətdə ip mənasına gələn "habl" kəlməsi, insanı hər hansı bir məqsədə çatdıran vasitə deməkdir. Qurani Kərim və hədislərdə "hablullah: Allahın ipi" olaraq qəbul olunan bu ifadə Allaha çatdıran vəsilələr olan Qurani Kərim, İslamiyyət, hidayət və ağıl olaraq qəbul edilmişdir. "Habl" sözünün razılaşmaq, Allaha verilən söz, yəni əhd, əqd, müqavilə mənaları da vardır (Ali İmran 3/112). Bu mənada hablullah ifadəsi də Allaha verilən əhdləri ifadə edir.

Ali İmran surəsindəki "hablullah" kəlməsinin keçdiyi 103-cü ayənin məalı belədir:
"Hamılıqla Allahın ipindən möhkəm yapışın, ayrılmayın."

Bu ayədə Allahın ipindən məqsəd, yapışan kəsləri mənən Allaha qovuşduran Qurani Kərim və dolayısı ilə İslamiyyətdir. Birlik, din qardaşlığı, Allaha götürən vasitə olaraq hablullah kəlməsinin mənası içində göstərilmişdir. Bu səbəblər, Cənab-ı Haqqdan insana doğru uzadılan bir ipə bənzədilməkdə, ona yapışanların xilas olacağı, muradına çatacağı, yapışmaq ehtiyacı duymayanların isə dünyada və axirətdə öz alçaqlıqları və məhrumiyyətləri içində sahibsiz, köməksiz və çarəsiz qalacaqlarına vurğu vurulur.

Mərhum alimimiz Almalılı Həmdi bu haqda belə deyir: "İman əsaslarına gərəyi kimi iman edib saleh əməl işləyənlər, şübhəsiz çox möhkəm bir qulpa (İslama) yapışmış olar ki, buna yapışanlar Allahın kürsüsünə və Cənnətin ən yüksək təbəqəsinə doğru çəkilib aparılacaqlar, sağlam yapışmayanlar isə dəhşətli bir şəkildə düşüb hüsrana uğrayacaqlar."

Qurani Kərimdə hablullah mənasını verən digər bir ifadə də urvetü'l-vüsqadır. "Möhkəm qulp" mənasındakı bu kəlmə ilə də eyni mesajlar verimişdir. Bəqərə Surəsinin 256-cı ayəsində belə deyilir: "Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar."

Ayədə keçən, saglam, möhkəm qulp mənası urvetü'l-vüsqanın qarşılığıdır və hablullah ilə eyni mənadadır. Allahın hər əmri və hər qadağası, bu ipi dırmaşarkən istifadə edilən düyünlər, pillələrdir. Bu pillələrsiz irəli getmək mümkün deyil. İnsan bu pillələrələ ucalıqlar ucalığına yüksələcək, əlini bu ipdən/pillədən çəkdiyi zaman isə enişi şiddətli olacaq. Möhkəm bir ipə möhkəm yapışmaq, bir təhlükədən xilas olmağı və etibarda olmağı təmsil edər. İslam dinini qəbul etmək; zülmətdən nura çıxmaq, ilahi əzab, qəzəb və hüsrandan xilas olaraq ilahi mükafata, razılığa, rəhmətə və fəlaha çatmaqdır. Bu da Allahın ipinə və möhkəm bir qulpa yapışmaq və sarılmaq kəlməsi ilə ifadə edilərək zehinlərdə canlandırmağa imkan vermişdir.

Hədislərdə hablullah, Quranı Kərimin bir xüsusiyyəti, bir tərifi olaraq keçməkdədir. Ümumiyyətlə əl-mətin və ya əş-şədid (çox möhkəm) sözləriylə də xarakterizə edilməkdədir.

"O (Qurani Kərim) Allahın çox möhkəm ipidir."

"Ey möhkəm ipin sahibi olan Allahım!"
"Hamılıqla Allahın çox möhkəm olan ipinə sarılmanız, qurtuluş səbəbinizdir." kimi hədis-i şəriflərdəki möhkəm ipin məqsədi, Qurani Kərimdir.

Yenə bir hədisdə:
"Allahın kitabı, göydən yerə uzadılan Allahın ipidir" buyurulmuşdur.

İslamda iman edilib yaşanması lazım olan əmrləri mənimsəyənlər arasında birlik və bağlılıq yaranar. İslam qardaşlığı şəklində görülən bu vəziyyət, böyük bir güc qaynağı olar, İslamın və Müsəlmanların qorunmasını təmin edər. İslama bağlılıq nə qədər güclü olsa, ona bağlı camaatın ruhu və din qardaşlığı da o qədər güclü olar. Bunun üçün cəmiyyətdə birlik və diriliyin qaynağı dini bağ olduğu kimi, ayrılığı önləyən yeganə güc qaynağı da yenə İslami bağdır. Bu ülvi keyfiyyətlər "Allahın ipi"nə möhkəm sarılmaq əmriylə təmin edilər.
Allahın kitabı, göydən yerə uzadılan Allahın ipidir" (Tirmizi, Mənakib, 31.)



Allahın ipinə sarılmaq


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyun 2015 22:31
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
Allah razi olsun..

ღ ĸαвυѕυм ღ

  • 19 iyun 2015 11:54
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur canim meqaleye qore,Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 iyun 2015 06:15
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı olsun üreym

--------------------

Pıtırcık

  • 16 iyun 2015 20:59
  • Məqalə: 545
  • Şərh: 9785
  • Bal:
{awards}
xebere gore sag ol allah razi olsun

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 16 iyun 2015 18:33
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore twk

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 iyun 2015 15:00
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Çox sağolun..

PércyDarkMoon

  • 16 iyun 2015 13:53
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Wiyinimmm

  • 16 iyun 2015 13:39
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Çox sağolun.. Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}