Öz savabını az bil, günahlarını isə çox say

 
  • 16.06.2015, 17:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Öz savabını az bil, günahlarını isə çox say


Müsəlman əxlaqının mühüm kateqoriyalarından biri də dini ədəbiyyatda “xovf və rəca” adlanan anlayışdır. Ərəb dilindən tərcümədə “xovf” – qorxu, “rəca” – ümid deməkdir.

İslam əxlaqına görə, müsəlman bütün məsələlərdə ifrata və təfritdən uzaq olmalı, orta yolu tutmalıdır. Allaha münasibətdə də müsəlmanın vəzifəsi budur ki, həm Allahın əzabından qorxsun, həm də Onun mərhəmətinə umid etsin. Birinciyə xovf (qorxu), ikinciyə isə rəca (ümid) halı deyirlər. İnsan həmişə öz xeyir əməllərini az, günahlarını isə çox bilməlidir. Hədislərdə buyurulur ki, şeytanın ən qorxulu hiylələrindən biri insana öz günahlarını xırda və əhəmiyyətsiz göstərmək, savablarını isə öz gözündə böyütməkdir.

Əsil mömin Allahın qəzəbinə tuş gəlməmək üçün davranışında diqqətli olmalı, ilahi qəzəbin əzabını unutmamalıdır. Amma ilahi mərhəmətdən naumid olmaq da düzgün deyil. Çünki Allah Rəhman və Rəhimdir, günahları bağışlayan, eyibləri gizlədən, tövbələri qəbul edəndir. Qurani-kərimdə bu tənasübü gözləyən möminlər razılıqla yad edilir: “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər” (Səcdə, 16).

Xovf və rəca halında olan insan bütün əməllərində gözəl bir tarazlıq qurmuş olur. Çünki əgər insan Allahdan qorxmasa, yalnız Onun mərhəmətinə inansa, qudurğanlıq edər, heç bir günahdan çəkinməz. Düşünər ki, hər nə etsə də, Allah onu bağışlayacaq. Əksinə, əgər Allahın mükafatından ümidini üzsə, yalnız qorxu içində yaşasa, bədbinliyə düçar olar, gələcəyə inamı, yaşamağa həvəsi qalmaz. Belə adam heç kəsə yaxşılıq etməz. Fikirləşər ki, onsuz da cəhənnəmə düşəcəyəm, xeyirxah işlər görməyimin mənə heç bir faydası dəyməyəcək.

Buna görə də, İmam Cəfər Sadiq (s) buyurub: “Elə bir mömin yoxdur ki, ürəyində xovf və rəca adlı iki nur olmasın. Bunların hansı birini ölçsən, o birindən ağır gəlməz (yəni ikisi də bərabər olar)”.

Yenə İmam Sadiq (ə) öz səhabəsi İbn Cündəbə xitabən buyurmuşdu: “Öz savablarına etimad edən kəs həlak olar. Allahın mərhəmətinə ümidvar olub günahlarına davam edən kəs də nicat tapmaz”. İbn Cündəb soruşdu: “Bəs kim (qiyamət günündə Allahın əzabından) nicat tapar?” İmam cavab verdi: “Xovf və rəca arasında olan kəs. O kəs ki, qəlbi qartalın caynağındakı ov kimi savablara şövq bəsləyər, əzabdan isə qorxar”.

Deyirlər ki, hikmət və elm mənbəyi olan Loğman öz oğluna belə vəsiyyət etmişdi: “Allahdan elə qorx ki, sanki üst-üstə bütün insanların və cinlərin savabları qədər savabla Onun hüzuruna gəlsən, yenə sənə əzab verəcək. Həmçinin, Allahın mərhəmətinə elə ümidvar ol ki, sanki üst-üstə bütün insanların və cinlərin günahı qədər günahla Onun dərgahına gəlsən, yenə səni bağışlayacaq”.

Qəzzali “Ehyaü ülumid-din” kitabında ikinci xəlifə Ömər ibn Xəttabın belə söylədiyini xəbər verir: “Əgər mənə desələr ki, bütün insanlar cəhənnəmə, bircə nəfər isə cənnətə düşəcək, o bir nəfərin mən olacağina ümid edərəm. Əgər xəbər versələr ki, bütün insanlar cənnətə, bircə nəfər isə cəhənnəmə aparılacaq, o bir nəfərin də mən olacağından qorxaram”.

Təsəvvüf ədəbiyyatının ən məşhur nümunələrindən sayılan “Misbahul-hidayə” kitabında yazılıb: “Xovf və rəca haqq yolçusu üçün iki ayaq kimidir, onların vasitəsilə mənzil və mərhələləri keçir. Haqq yolçusu gah xovf qədəmi ilə fitri ətalət təhlükələrini ötüb-keçir, gah da rəca qədəmi ilə məyusluq və kədər girdablarını arxada buraxır”.


Geri dön

NIGAR

  • 23 iyun 2015 18:32
  • Məqalə: 873
  • Şərh: 11195
  • Bal:
Allah razı ojsun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 20 iyun 2015 22:28
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
Allah razi olsun..

ღ ĸαвυѕυм ღ

  • 18 iyun 2015 16:21
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 iyun 2015 05:53
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Allah razı olsun..Allah hamımızı yaxşı əməl sahibi etsin İnşAllah..

--------------------

GözəlQız

  • 17 iyun 2015 02:01
  • Məqalə: 0
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun sizlerden,cox sagolun

NIGAR

  • 16 iyun 2015 20:56
  • Məqalə: 873
  • Şərh: 11195
  • Bal:
{awards}
allah razi olsu

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

eliwqa

  • 16 iyun 2015 19:57
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
tewekurler

--------------------

sessiz deniz

  • 16 iyun 2015 18:40
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

love%messi

  • 16 iyun 2015 18:35
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
coooooooooooox sag olun

--------------------

Wiyinimmm

  • 16 iyun 2015 18:16
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}