Ən çox yediyimiz təam haqda İNANILMAZ həqiqətlər

 
Ən çox yediyimiz təam haqda İNANILMAZ həqiqətlər


Son zamanlar çörəyin zərərli olması barədə fikirlər yayılmaqdadır. Əvvəllər çörəyə süfrənin ən müqəddəs neməti kimi baxırdılarsa, indi ondan imtina edənlərin sayı artır. Çörək ona vurulan maya və digər maddələrə görə təhlükəli hesab olunur.

Gündəlik yediyimiz... təhlükə

Bunu mütəxəssislər desələr də, adi vətəndaşlar razılaşmırlar. Bakı sakini Gülnarə Həsənovanın sözlərinə görə, əvvəldən hamı süfrəyə çörək qoyub: "Heç kimin də ağlına gəlmirdi ki, çörək ziyandır. Çörək necə zərərli hesab oluna bilər ki, hər bir ailənin gündəlik yediyi qidadır. Tək-tük adam tapılar ki, çörəkdən imtina etsin. Elə adamlar da var ki, uşaqlarını çörək yeməyə qoymurlar. Lakin uşaqların orqanizmi böyüyür, onlara mütləq doyana qədər çörək vermək lazımdır".

Çörəyi isti-isti yemək piylənmə ilə nəticələnir

"Gülçin" klinikasının terapevti Hüseyn Mehdiyevin sözlərinə görə, maya ilə bişirilən çörəkləri yemək olmaz: "Dədə-baba qaydası ilə bişirilən çörəklərə maya vurulmurdu. İndisə çörəkləri maya ilə bişirirlər. Mayalı çörəklər insan orqanizminə ziyandır".

Çoxu çörəyi isti-isti, təndirdən çıxan kimi yeməyi sevir. Lakin diqqətli olmaq lazımdır. Vaxtaşırı isti çörək yemək həzm prosesinin ləngiməsinə, piylənməyə gətirib çıxarır. İsti çörəyin mədədə parçalanması, orqanizm tərəfindən sorulması çox çətindir. Bəzən orqanizm onu tam həzm edə bilmir. Bu da şlakların yaranmasına gətirib çıxarır. İsti çörəklə qidalanmaq kökəlmə ilə yanaşı, gələcəkdə mədə xəstəliklərinin yaranmasına da səbəb olur. Çörəyi bişirildiyi andan 4-6 saat keçəndən sonra yemək daha məsləhətlidir".

Qara, yoxsa ağ çörək?

Ağ çörək yeməyə adət etsək də, həkim H.Mehdiyev qara və kəpəkli çörəyin daha xeyirli olduğunu deyir: "Amma mədəsində xəstəlikləri olan, mədə turşuluğu çox olan adamlara qara çörək yemək olmaz. Çünki qara çörək mədənin selikli qişasını daha çox qıcıqlandırır, daha çox turşunun ifraz olmasına səbəb olur. Bu nöqteyi-nəzərdən belə xəstələrə mütləq ağ çörəyi yeməyi tövsiyə edirik.

Pəhrizdə olan və kökəlməkdən ehtiyat edənlərəsə qara və ya kəpəkli çörək yemək məsləhət görürük. Çünki belə çörəklərdə kalori azdır. Şəkərli diabet xəstəliyi olanları da ağ çörək yeməyə qoymuruq. Ağ çörək çox yeyənlərdə qanda şəkərin miqdarı daha da artır. Bu səbəbdən də şəkərli diabet xəstəliyi olanlara qara çörək yemək məsləhətdir".

Terapevt qeyd edib ki, kəpəkli çörəyi ən xeyirlisi adlandıra bilərik: "Kəpəkli çörəkdə liflər çox olduğu üçün həzm prosesini yaxşılaşdırır. Ağ bulka kimi bişirilmiş çörəklərdə isə liflər, demək olar ki, olmur. Sözsüz ki, bulka kimi çörəklər həzm prosesinə mənfi təsir edir. Daim ağ bulka şəklində bişirlmiş çörəklərlə qidalanan adamlarda bağırsağın divarlarında pərdə kimi qat əmələ gəlir. Nəticədə qəbul olunan qidaların həzm prosesi ləngiyir".

Un məmulatları ömrü qısaldır

Son dövrlərin ən böyük bəlası çörək və şirniyyatın çox yeyilməsidir. Un məmulatları orqanizmin ömrünü qısaldan qidalardır. Nə qədər çörəkdən az istifadə etsək, ömrümüz bir o qədər uzanar.

Həkimin dediyinə görə, orqanizmin hər vitaminə tələbatı var, amma çörəkdən imatina etsək, bizə heç bir ziyanı olmayacaq: "Onsuz da çörəkdə olan karbohidratları başqa qida məhsullarından alırıq. Un məmulatları, xüsusilə də, maya ilə hazırlanmış çörək orqanizm üçün əlavə yükdür. Həm həzm prosesini ləngidir, həm də qanda şəkərin birdən-birə yüksəlməsinə səbəb olur. Bu gün ürək-damar sistemi, şəkər xəstəlikləri artmaqdadır. Ola bilsin ki, insanda şəkər olmasın. Amma bu pik dövrünə - qanda olan artıq şəkər parçalanana qədər davam edəcək. Un məmulatları çox yedikcə qanda şəkərin miqdarı birdən-birə yüksələcək. Onun qalxması da istər-istəməz damarları zəiflədir və damar xəstəliklərini üzə çıxır. Əsasən də kişilərdə 50, qadınlarda 40-dan sonra şəkərin miqdarı qalxır".

Qanda şəkərin miqdarının yüksəlməsi damarlarda xolesterinin miqdarının artmasını və xolesterinin damar divarına çökməsini asanlaşdırır. Elə bil ki, qana yapışqan verirsən və o, yapışqanla yapışdırır. Bu da gələcəkdə müxtəlif damar tutulmalarına, ürəyin işemiya xəstəliyinə, insulta, təzyiqin qalxmasına gətirib çıxarır. Bu cür şeyləri dərindən düşünəndə çörəkdən imtinanın zəruri olduğu qənaətinə gəlirsən.

Çörəklə ye, yoxsa doymazsan!

Biz artıq gözümüzü açandan, dədə-babadan görmüşük ki, xörəklə mütləq çörək yemək lazımdır. Xüsusilə də, nənələrin belə bir fikri var ki, çörək çox yedizdirəndə uşaq ətə-qana gəlir. Uşaqlara da bu fikri yeridirlər. Nəticədə bütün fikrimiz ona yönəlir ki, çörək yeməsəm, yediyim qida mənə kömək etməyəcək, mən doymayacağam.

"İnanın ki, beyində yaranan psixoloji problemdir. Onu aradan götürəndə, çörək yeməsəniz, yadınıza da düşməyəcək. Yediyiniz xörəyi, bir porsiyanı yeyəndən sonra elə yaxşı doyacaqsız ki, çörək yediyinizdən də yaxşı. Çörək nə qədər çox yesən, o qədər də tez acırsan, - deyən Mehdiyev əlavə edib ki, çörəklə yeyəndə adama elə gəlir ki, yemək "tutumlu" oldu. - Əslində isə doymuruq. Bu doyumluluq hissi mədə şirəsinin çörəyin üstünə ifraz olunduqda çörəyin şişməsi və mədədə köp yaratması ilə əlaqədardır. Mədə köpür və doyma hissi yaranır".

Çörəksiz yeyərək doymamaq psixoloji problemdir. Bunu beyninizdən çıxartsanız, tədricən çörəksiz yeməyə alışacaqsınız. Düzdür, əvvəlcə çətin olur. Sonra isə elə alışırsan, heç çörək yeməyə həvəsin də olmur.

Həkimin dediyinə görə, çörək yemədən yaşaya bilməyən insanlar var: "Onlar çörəyi məcburən yeməlidirlər. Başqa yolu yoxdur. Həmin insanlara qara və kəpəkli çörək yemək məsləhətdir. Mayasız çörəklər yesinlər".

Uşaqlara neçə yaşından çörək vermək olar?

Terapevt bildirib ki, əslində iki yaşına qədər uşaqlara çörək vermək düzgün deyil: "Çünki gələcəkdə mədəaltı vəzidə problem yarana bilər. Bu gün şəkər xəstəlikləri uşaqlarda da həddindən artıq çoxdur. Heç kim bunun kökünü araşdırmır ki, şəkər xəstəlikləri niyə bu qədər artır? Sözsüz ki, bunun səbəbləri arasında düzgün olmayan qidalanma birinci yerdədir. Görürsən ki, körpələrə böyüklərin yediyi yeməkləri bişirib, bozbaşa, küftəyə çörəyi doğrayır, yağı bol tökür və uşağa zorla yedizdirirlər. Körpəlikdən artıq mədəaltı vəzini böyük bir gücə salırlar. Uşağın mədəaltı vəzisi böyüklərin yediyi qidanı həzm etmək üçün insulin ifraz edir ki, qidanın öhdəsindən gəlsin. Bu da mütəmadi təkrar olunduqda vaxtından tez ikinci tip şəkərli diabetin yaranmasına gətirib çıxarır".

"Uşağa çörək ver ki, ətə-qana gəlsin"

Analar daha çox müəyyən ədəbiyyatlar oxumalı, maariflənməlidirlər. "Çörək yedizdir ki, ətə-qana gəlsin" prinsipindən bir az uzaqlaşmaq lazımdır.

Əslində iki yaşına qədər uşaqlara çörək vermək düzgün deyil. Uşaqların yediyi, əmdiyi qidaların əksəriyyətində, süd məhsullarından hazırlanmış müxtəlif sıyıqların tərkibində çörəyi əvəz edən məhsullar var. Uşağı körpəlikdən bizim yediyimiz çörəklərlə yükləmək gələcəkdə səhhətlərində ciddi problemlərin yaranmasına səbəb olacaq. Odur ki, körpəyə çörək verərkən ehtiyatlı olun. Kök uşaq heç də sağlam uşaq demək deyil.

Meyidə vurulan dərman çörəyə də vurulur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, çörəklərin saxlanma müddəti 72 saatdır: "Lakin çörəklər mağaza vitrinlərində günlərlə qalır. Satışda hətta bir il yararlılıq müddəti olan alman çörəkləri vardı. Belə çörəklərin tərkibinə, əlbəttə, kimyəvi maddələr qatılır. Kimyəvi maddələr malın ömrünü uzatsa da, insanın ömrünü qısaldır".

E.Hüseynov bildirib ki, çörəklər xarab olmasın deyə tərkibinə meyitlərə vurulan formalin vururlar. "AİB-ə tez-tez belə məlumatlar daxil olur", - deyə sədr bildirib. Onun sözlərinə görə, 72 saatdan tez xarab olan çörəklər də zərərlidir: "Çörəyin içərisində yapışqanlıq yaranırsa, bu, kartof xəstəliyinin olduğunu göstərir. Kartof xəstəliyinə tutulan çörəyi yemək olmaz. Elə də hallar olur ki, çörəyin hazırlandığı avadanlıqlar kartof xəstəliyinə tutulur. Belə avadanlıqlar göbələklərlə kirlənib. Belə avadanlıqlarda hazırlanan çörəklər olduqca təhlükəlidir. İnsanlarda mədə-bağırsaq xəstəlikləri yarada bilər".


Geri dön

Pıtırcık

  • 23 iyun 2015 17:48
  • Məqalə: 439
  • Şərh: 9608
  • Bal:
xebere gore sag olun

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

Wiyinimmm

  • 19 iyun 2015 01:07
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Maraqli meqaledi..) Cox sagolun..
Meyide vurulan formalinin coreye vurulmasi meselesini de ewitmiwdim. Teessuf recourse

--------------------

sessiz deniz

  • 18 iyun 2015 23:17
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler xebere gore

__MerMaid__

  • 18 iyun 2015 20:59
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tesekkurler

PessimistKa BanditKa

  • 18 iyun 2015 18:24
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
teewekkurrr

sirin_meley

  • 18 iyun 2015 16:31
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
tsk ama xais olunur bu meqaleni bura yerlesdirmeyin axi men oruc tutmuwam

axi men orucam dayanamam simdi
tsk

--------------------
hec sevinmedim men bu heyatda

gulmira

  • 18 iyun 2015 15:58
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
tesekurler......

--------------------
gulmira?????♥★

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 iyun 2015 15:44
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Tesekkur meqaleye gore

Russel_Arina

  • 18 iyun 2015 15:14
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Tewekkurler..

ღ ĸαвυѕυм ღ

  • 18 iyun 2015 15:13
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur meqaleye qore

--------------------

eliwqa

  • 18 iyun 2015 14:46
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
meqale ucun twkler

--------------------

Meymun..

  • 18 iyun 2015 14:26
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
auu hamisini bilirdim,birce sonuncuda dehwete geldim no

1 heyat 1de sen

  • 18 iyun 2015 14:06
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Teşekkürler

Nazlim_97_

  • 18 iyun 2015 13:41
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Him saol, meqale UCI n

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}