Nostradamus haqqında

 
Nostradamus haqqında

Haqqında əfsanələr dolaşan, bəşərə möcüzəli insan kimi təqdim edilən, bütün dövrlərin qüdrətli görücüsü kimi dəyərləndirilən Mişel Nostradamus dünyanın bənzərsiz qeyri-adi astroloqlarından ən güclüsü olmuşdur. Mişel Nostradamusun görücülüyü neçə əsrlərdir ki, insanları heyrətə gətirməkdədir. Maraqlıdır ki, Nostradamus həm öz dövründə, həm də ondan çox-çox sonralar dünyada baş verə biləcək əlamətdar hadisələri əvvəlcədən görmüş və bunları yazılı şəkildə gələcək nəsillərə əmanət qoymuşdur. XVI əsrdə yaşamış bir insan 280, 300, 400 il sonra baş vermiş hadisələri, kəşfləri, müharibələri, doğulacaq məşhur adamların adlarını dəqiqliklə demişdir.

Bu qüdrət sahibinin müəmmalı həyatı güzgü kimi görməsinin sirri hələ açılmamışdır. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev 7 ildən artıq bir zaman kəsiyində üzərində işlədiyi "Nostradamusun möcüzəli aləmi" kitabını oxuculara təqdim etmişdir. Görkəmli ədəbiyyatşünas alim yeni kitabında Mişel Nostradamusun dövründən tutmuş zəmanəmizə qədər baş verən hadisələrə, tarixi şəxsiyyətlərə münasibətini elmi şəkildə şərh edərək bildirir ki, bu qüdrətli şəxsiyyəti oxuyarkən möcüzəli aləmlə üzləşib. Belə ki, Nostradamusun 400 il öncə nəzmə çəkdiyi katrenlərdə (dördlük - dörd sətirdən ibarət şeir parçası) müxtəlif ölkə başçılarının adları, hətta onların neçə il hakimiyyətdə olması barədə məlumat var. Əsrlərlə dünyanın əfsanəvi möcüzəli şəxsiyyəti kimi dəyərləndirilən Mişel Nostradamus 1503-cü ildə Fransada katolik dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuşdur. 1522-ci ildə məşhur Monpelye Universitetinin tibb fakültəsində oxumuşdur. O dövrdə tüğyan edən taun xəstəliyi insanları qırıb çatırdı.

Mişelin ilk xeyirxahlığı onun tauna qarşı ən yaxşı həkim kimi mübarizə aparması olub. Qəzənfər Paşayev göstərir ki, Nostradamus hətta öləcəyi günü, dəqiqəni, yeri də əvvəlcədən deyibmiş. 63 il 3 ay 17 gün ömür sürmüş (1556-cı ildə vəfat edib) Mişel Nostradamus ilahi verginin sayəsində qəbrinin 1791-ci ildə açılacağını da söyləmişdir. Maraqlıdır ki, həmin vaxt həqiqətən də 3 əsgər qəbri açmış və orada boynunda 1791 rəqəmi yazılmış lövhə olan skelet görmüşlər. Deyilənə görə, xalq arasında şayiə gəzirmiş ki, kim Nostradamusun kəlləsində şərab içsə, görücü olacaqdır. Odur ki, əsgərlərdən biri onun kəlləsinə şərab tökərək içib. Az sonra gülləyə tuş gələrək vəfat edib. Kitabın bütün katrenləri maraqlıdır. Azərbaycan oxucusu üçün nəzərdə tutulan yeni nəşrdə müəllif bildirir ki, Nostradamus Azərbaycan haqqında da öz fikirlərini söyləmişdir. Kitabda Azərbaycanla bağlı katren çoxdur. Bir sıra əcnəbi tədqiqatçıların fikirlərinə əsaslanan Qəzənfər Paşayev hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən katrenin olduğunu da bildirir. 54 saylı katrendə gətirilən nümunə belədir: Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər. Bu, münaqişənin müddətini xeyli uzadacaq. İçki Atası (içki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək. Özününkülərdən ayrı düşənlər məhv olacaq. Müəllifin izahı belədir: "Əcnəbi tədqiqatçılar "Albaniya" deyəndə müasir Azərbaycan və azərbaycanlıların nəzərdə tutulduğunu etiraf edirlər. Nostradamusşünas Bardo Kidoqo yazır: "Albaniya deyəndəE əslində qədim tarix də, Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir".

Tədqiqatçı Con Houk və başqaları da eyni fikirdədirlər: "Qədim Albaniya Zaqafqaziya regionudur. Katrendə XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri Dağlıq Qarabağı Azərbaycandan ayırdı. Məlumdur ki, bu münaqişə ərəfəsindəE azərbaycanlıların əlindən ov tüfəngini də aldılar. Sonralar Azərbaycan ordusu ildırım sürəti ilə Füzuli - Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə ermənilər vahimə içində qaçmağa başladılar". Müəllif göstərir ki, katrenin dördüncü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlı əsir və girovların taleyindən gedir. Katrendə münaqişənin uzun çəkəcəyi, amma bizim xeyrimizə həll olunacağı da bildirilir. Nostradamusun möcüzəli aləmi ilə Azərbaycan oxucularını yaxından tanış edən müəllif insanı heyrətə gətirən faktlardan danışır. Məsələn, Nostradamus Neptun planetindən söz açıb. Halbuki bu planet onun ölümündən 280 il sonra kəşf edilib. Görücü Böyük Britaniyadan bəhs edib.

Böyük Britaniya isə onun ölümündən 152 il sonra yaradılıb. Görücü "anqlikan" sözündən danışıb. Halbuki ingilislər bu sözü yalnız Nostradamusun ölümündən 79 il sonra işlətməyə başlamışlar. Nostradamus nəzmə çəkdiyi katrenlərdə Napoleon, Hitler və onlarca başqaları haqqında da əvvəlcədən məlumat vermiş, onların neçə il hakimiyyətdə olacaqlarını, məğlubiyyətə uğrayacaqlarını demişdir. Professor Qəzənfər Paşayev dünya nostradamusşünaslığına öz imzasını atan ilk azərbaycanlı alimdir. O, Mişel Nostradamusun külliyyatını Azərbaycan oxucusuna sadəcə təqdim etməklə kifayətlənməmiş, həm də bu möcüzəli şəxsiyyətlə bağlı müxtəlif ölkələrdə çap olunmuş kitabları oxumuş, müqayisələr aparmış, öz münasibətini bildirmiş, ortaya düzgün qənaət qoymuşdur.

Kitab olduqca maraqlı və oxunaqlı tərtib edilmişdir. Nostradamusun mühiti, dövrü haqqında ətraflı məlumat verilir. Fitri istedadı, irsi və ilahi görücülüyü nəticəsində Nostradamus əslində keçmişi yox, tarixin gələcək salnaməsini yaradıb. Maraqlıdır ki, münaqişə və müharibə törədən ölkə rəhbərləri, sərkərdələr vaxtilə Nostradamusun məlumatlarını oxumuş olsaydılar, bəlkə də qan tökməyə, savaşa meyil etməzdilər. Çünki Nostradamus onların məğlubiyyətini də, məhv olmalarını da öncədən söyləmişdir. Dünya tarixinin, astrologiyasının çox maraqlı və möcüzəli səhifəsi olan Nostradamus katrenləri gələcəkdə baş verəcək hadisələrin dəqiq göstəricisidir. Bu maraqlı kitab möcüzələrlə dolu dünyanın gərdişindən və insan beyninin qüdrətindən xəbər verir. Bu kitabı sadəcə oxumaq deyil, düşünmək, nəticə çıxarmaq lazımdır.


Geri dön

Ulya

  • 11 mart 2011 19:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
oxuyaram

_RONALDO_

  • 7 mart 2011 14:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Elaaa tesekurler

--------------------

Doktor

  • 6 mart 2011 13:00
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------

_RONALDO_

  • 5 mart 2011 14:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKUR EDIREM!

--------------------

Lexikon

  • 5 mart 2011 01:36
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}