İsti aylarda qida zəhərlənmələrindən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

 
İsti aylarda qida zəhərlənmələrindən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?


Yay aylarında qida zəhərlənmələrinin sayı artır. Buna səbəb isti havada ziyanlı bakteriyaların sürətlə çoxalması və qida məhsulların daha tez xarab olmasıdır. Belə halların baş verməməsi üçün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirlərini gücləndirib.

Qida zəhərlənmələrinə əsasən tez xarab olan, saxlanılma qaydalarına düzgün əməl edilməyən, sanitar normalara riayət olunmadan hazırlanan yeyinti məhsulları səbəb olur. Bəzi hallarda ölümə gətirib çıxaran qida zəhərlənmələri vaxtında müdaxilə olunarsa, ciddi fəsadlar törətmir və bir-iki gün ərzində keçib gedir. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yaz-yaz mövsümünün başlaması və havaların isinməsi ilə bağlı bu günədək Gəncədə qida zəhərlənməsi baş verməyib.

Qarayev Əli - Gəncə şəhər GEM-in Ümumi Sanitar Şöbəsinin müdürü: "Yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq bu tədbirlərin gücləndirilməsi məqsədi ilə aidiyyatı qurumlarla biz, əksər iri marketlərdə maarifləndirmə tədbirləri və monitorinqlər aparmışıq. Onları maarifləndirmişik ki, ərzaqların istifadə müddətinə ciddi nəzarət etsinlər və qida məhsullarını lazımi temperatur rejimində saxlasınlar".

Təbii ki, müəyyən olunan normalara sadəcə market və bazarlarda riayət olunması ilə iş yekunlaşmır. Əhali də mümkün qədər diqqətli olmalıdır.

Qarayev Əli: "Məhsullar ərzaq mağazalarından aldıqdan sonra belə evlərdə də lazımi temperaturda saxlanılmalıdır. Məhsullar soyuducularda qorunmalıdır".


Təcrübə yay aylarında qeydə alınan qida zəhərlənmələrinin daha çox tez xarab olan qidaların qəbulu nəticəsində baş verdiyini göstərir. Bu səbəbdən də mütəxəssislər bu tip qidaların istifadəsi zamanı son dərəcə diqqətli olmağı məsləhət görür.


Geri dön

Darling

  • 23 iyun 2015 14:17
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
xebere gore sag olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

sessiz deniz

  • 19 iyun 2015 19:56
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler wehrlere gore

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 iyun 2015 19:38
  • Məqalə: 694
  • Şərh: 18832
  • Bal:
{awards}
calisdigim qederiynen qidama fikir verirem.. tongue

♔ sinყσriτα ♔

  • 19 iyun 2015 13:38
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Lazimli xeber idi tewekkur urem

ღ ĸαвυѕυм ღ

  • 19 iyun 2015 11:41
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur canim melumata qore smile

--------------------

Nazlim_97_

  • 19 iyun 2015 11:12
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Him tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 120

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}