Makyajdan daha çox hansı qadınlar istifadə edirlər?

 
Makyajdan daha çox hansı qadınlar istifadə edirlər?




Psixoloji narahatçılığı olan xanımlar makiyajdan daha çox istifadə edirlər.İfrat makiyaj çoxdan dəbdən düşsə də, xanımlarımız bu gün də çörək almağa belə gedərkən makiyajdan çox istifadə edirlər. Psixoloqların fikrincə, makiyajdan ifrat istifadə qadınların komplekslərdən əziyyət çəkdiyini göstərir.Gənc xanım Esmira Hüseynovanın sözlərinə görə, o, hər gün makiyaj edir: "Makiyaja o qədər ehtiyacım olmasa da, makiyaj etmək məndə asılılığa çevrilib. Makiyajsız özümü narahat və eybəcər hiss edirəm. Yaxınlarım mənim kosmetikasız daha gözəl göründüyümü desələr də, özümü buna inandıra bilmirəm. Makiyajla mən özümə daha çox inanıram. Makiyaj etməyəndə əhvalım pozulur, əsəbi və qapalı oluram".Paytaxt sakini Sərdar Kərimov isə hesab edir ki, qadınların çox parlaq makiyaj etməsi onların ciddi olmamasına işarə edir: "Xüsusilə də gündəlik makiyaj naməlum olmalı, nəzərə çarpmamalıdır. Həm də qadınlar yaşına uyğun bəzənməlidirlər. Bəzən çox yaşlı qadınlar da əlvan rəngli kosmetik vasitələrdən istifadə edir ki, bu da gülünc görünür".Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bizim xanımların makiyajdan çox istifadə etməsinin səbəbləri müxtəlifdir: "Ən başlıca səbəb hər bir xanımın gözəl və baxımlı görünmək istəyidir. Bu səbəbdən də onlar makiyaj və digər köməkçi vasitələrdən istifadə edirlər. Lakin makiyaj qədərindən artıq olduqda həmin xanımda psixoloji narahatçılığın olmasını göstərir. İfrat makiyaj əslində kompleksin olmasının göstəricisidir. Bəzən görürsən ki, üzdə xırda bir qüsuru gizlətmək və görünməmək üçün makiyajdan çoxlu istifadə edirlər. Bir sıra xanımlar isə makiyajdan düzgün istifadə edə bilmirlər. Bu səbəbdən də ətrafdakılarda narahatçılıq yaradırlar. Eləcə də bu gün satılan makiyajlar çox keyfiyyətsizdir. Bu da insanların səhhətində müxtəlif problemlər yaradır. Ona görə də makiyajdan istifadə etdikdə diqqətli olmaq lazımdır".Makiyajdan çox istifadə edən xanımlarda komplekslərin olduğunu deyən E.Rüstəmov nəzərə çatdırır ki, özlərinə inamı aşağı olan xanımlar makiyajdan istifadə edərək balans yaratmaq istəyirlər: "Lakin makiyaj etməyən xanımı da özünə əmin adam kimi dəyərləndirmək olmaz. Sadəcə, buna dünyagörüşü, ailədaxili münasibətlər təsir edir.
Ümumiyyətlə, ailənin strukturundan irəli gələn bir çox şeylər var ki, xanım makiyajdan tamamilə imtina edir. Dini fikirlərdə makiyajdan tam imtinaya səbəb olur. Elə xanımlar da var ki, onların makiyaja ehtiyacları yoxdur və heç istifadə də etmirlər".Rüstəmov qeyd edib ki, xanımların makiyajdan istifadəsi bütün kişilərə eyni təsir etmir: "Elə kişilər var ki, ətrafda baş verən prosesləri düşüncəsində, psixologiyasında formalaşmış başqa hisslər, hadisələrlə əlaqələndirir. Misal üçün, anası heç vaxt makiyaj etməyən kişi həyat yoldaşının həddindən çox makiyaj istifadə etdiyini görəndə ondan makiyaj istifadə etməməsini, buna ehtiyacın olmamasını deyir. Ümumiyyətlə, makiyajdan çox istifadə kişilər tərəfindən narahatçılıqla qarşılanır. İfrat dərəcədə olan makiyajı kişilər normal qəbul etmir".Onun dediyinə görə, bəzi xanımlar bildirir ki, diqqəti çəkən makiyaj edərkən kişilər onlara daha çox baxır: "O baxmağın özündə də müxtəlif şeylər var. Bir var qarşında gələn xanıma ana və bacıya baxdıqları kimi baxırlar, bir də var şəhvət gözü ilə. Makiyajdan çox istifadə edənlərə söz də atırlar, hörmətsizlik də edirlər və s".Onun sözlərinə görə, makiyajın qədərini gözləmək lazımdır:"Azərbaycanlı xanım Fransız qadını deyil. Makiyaj üstündə ailədə konfliktlər olur, münasibətlər də pozula bilər. Makiyajdan normal istifadə bir çox neqativ halların qarşısını alır".Müsahibim qeyd edib ki, qadınlar hətta çörək almağa gedərkən belə nəinki makiyajdan çox istifadə edir, həm də elə geyinir ki, elə bil toya hazırlaşır: "Bu, xanımlarda kompleksdir. Onlar düşünür ki, makiyaj etməsələr, pis görə görünəcəklər və s. Bu komplekslərdən azad olmaq üçün isə öncə hansı komplekslərin olduğuna diqqət vermək lazımdır. Bu daha çox nəyə görə yaranır? Xanım makiyaja verdiyi pulun on faizini özünün dünyagörüşünün formalaşmasına ayırsa, bütün bunlar da öz həllini tapacaq. Xanımın həyata baxış tərzini düzgün olsa, o zaman nə komplekslər olacaq, nə də makiyajla bağlı problemlər. Təəssüflər olsun ki, biz çox vaxt yatırımı kənar şeylərə edirik".Vizajist Nuranə Xudiyevanın sözlərinə görə, ifrat makiyaj gözəlləşdirmək əvəzinə, insanı bir qədər də eybəcərləşdirir: "Xüsusilə də gənc xanımlara makiyajdan çox istifadə yaraşmır. Gənclərin dərisi təravətli və qırışsız olur. Bu səbəbdən də onların makiyaj etməsinə elə də ehtiyac yoxdur. Onlar daha təbii makiyaj etməlidirlər".N.Xudiyeva bildirib ki, təbii, makiyajsız da gözəl görünmək üçün dəriyə daim qulluq etmək lazımdır: "Xüsusi qulluq sayəsində dəri daha gözəl və təravətli olacaq. Bu zaman makiyaja da çox ehtiyac qalmayacaq. İdeal makiyaj isə naməlum, nəzərə çarpmayan makiyaj sayılır. Təəssüf ki, bir çox qadınlarımız makiyaj edərkən bunu unudurlar"...


Geri dön

Pıtırcık

  • 23 iyun 2015 14:02
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
xebere gore sag ol

--------------------
http://legend.az/user/imza/

ღ ĸαвυѕυм ღ

  • 22 iyun 2015 13:52
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur melumata qore

--------------------

Xanim Zehra

  • 20 iyun 2015 19:53
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkurler..

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyun 2015 00:44
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkurler..

Elya Alieva

  • 19 iyun 2015 23:50
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
xeber ucun saqolun

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 19 iyun 2015 20:42
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Ilk şərh məndən..
Minnətdaram..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}