”Xəzər Lənkəran” əzəli rəqibi üzərində inamlı qələbə qazandı

 
”Xəzər Lənkəran” əzəli rəqibi üzərində inamlı qələbə qazandı

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oynununda “Neftçi”nin qonağı olan “Xəzər Lənkəran” yaddaşlarda qalacaq qələbə qazandı. Bütün oyun ərzində üstünlüyünü qoruyan komandamız 4:3 hesab ilə əzəli rəqibini üstələdi.

Bu oyuna seçilən taktiki sxem “Neftçi”yə qarşı son oyundakına uyğun olsada, heyətdə yeniliklər də var idi. İlk növbədə müdafiənin sağında Stelian Stankunun qərarlaşdığını qeyd etmək lazımdır. Sol cinah müdafiəçisi kimi heyətimizdə debut edən Nikulae Muşat çıxış edirdi. Bu rəqibə qarşı ilk oyunda olduğu kimi baş məşqçi Rahid və Mureşanın hər ikisini ilk onbirlikdə döyüşə atdı. Son oyunların yaxşıarı olan Elnur, Vubay və Pit yenə də ilk dəqiqələrdən oyuna başladıqları halda, Uinston Parks yeganə hücumçu qismində heyətdə yerini aldı.

Oyunun ilk dəqiqələri bir qədər sakit futbolla yadda qaldı. Rəqibin bir neçə hücum cəhdini ciddi təhlükə yaşanmadan dəf edən komandamız rəqibə üstünlüyü vermək niyyətində deyildi. “Xəzər Lənkəran”ın ilk hücumu isə hesabın açılması ilə nəticələndi. 11-ci dəqiqədə autdan topu qəbul edən Parks iki müdafiəçinin arasında olmasına və hərəkət etmək üçün əlverişli vəziyyətin olmamasına baxmayaraq, topu sona kimi özündə saxladı və iti bucaqdan qapıya yolladı – 1:0. Bundan sonra oyun yenidən nisbətən sakit şəraitdə davam etdi. Qapımız qarşısında yaranan ilk təhlükəli epizod isə 20-cu dəqiqəyə təsadüf etdi, amma burada Kamran əla oynadı. Az sonra isə cərimə meydançamıza edilən asmadan sonra Stankunun rəqiblə mübarizəsi zamanı hakim oyunu saxlayıb, müəmmalı şəkildə penalti nöqtəsini göstərdi. Flavinyo hesabı bərabərləşdirdi.

11 nəfər oyunçusu ilə kifayətlənən komandamız penaltidən narazı olsa da sarsılmadı. Buna əmin olmaq üçün isə cəmi dörd dəqiqə lazım oldu. Cərimə zərbəsindən Vubayın verdiyi ötürməni dəqiq mövqe seçmiş Adrian Skarlatake əsl mərkəz müdafiəçisinə xas olan tərzdə qapıdan keçirdi – 2:1. Psixoloji çətinliyə düşmək əvəzinə psixoloji üstünlük əldə edən “Xəzər Lənkəran” oyunun ssenarisinin öz istədiyi kimi getməsinə nail oldu. Amma əvvəlcə kapitanımızın oyununu qeyd etmək lazımdır. Bu oyun qapımıza tez-tez təyin olunan cərimə zərbələrinin birindən sonra Kamran Ağayev mükəmməl oynadı.

Ardınca gələn epizod isə “Xəzər Lənkəran”a qol gətirdi. Mərkəzdə topu qəbul edən Parks müdafiəçilərin əhatəsində irəliləyərək onunla eyni zamanda hərəkət edən Vubayın zamanında gördü. Sonuncu isə tələsmədən vəziyyəti dəyərləndirib, adını tabloya yazdırdı. Fasiləyə “Xəzər Lənkəran” kifayət qədər inamlı üstünlüklə yollandı. Bu üstünlük təkcə tabolda əks olunmamışdı.

İkinci hissənin əvvəlində meydan sahibləri hesab arasında fərqi azaltmaq istəsə də onların ən ciddi cəhdini Kamran Ağayev bu dəfə topu aşağı küncdən çıxarmaqla zərərsizləşdirdi. Komandamızın isə öz planları var idi. 61-ci dəqiqədə ikinci hissənin ilk təşkil olunmuş hücumu zamanı Andrey Mureşan boyundan maksimum istifadə edib başla “Neftçin”in qapısından növbəti qolu keçirdi – 4:1. Lakin bundan iki dəqiqə sonra Flavinyonu yenidən fərqi iki topa çatdırdı. Bu qol qapımızdan əlbəttə ki, növbəti cərimə zərbəsindən sonra keçirildi.

Bundan sonra Vubayın aktivliyi nəticəsində rəqib qapısı arxasında bir neçə təhlükəli vəziyyət yaransa da, komandamız bunlardan yaralana bilmədi. Ardınca isə rəqib fərqi minimuma endirdi. Sol cinahdan yerlə verilən ötürməni müdafiəçilərimizin boş buraxdığı Qeorqievski 70-ci dəqiqədə hesabı 4:3 etdi. Qoldan dərhal sonra isə heyətimizdə ilk dəyişikliyi yerinə yetirildi. Parksın yerinə meydana Opara daxil oldu.

Ardından isə oyunda gərginlik yüksək həddə çatdı. Mirça Rednik başa düşülməyən səbəblərdən baş hakim tərəfindən texniki zonadan uzaqlaşdırıldı. Sırf oyunun gedişatı ilə bağlı anlaşılan emosionallıq göstərən baş məşqçinin stadiondan bu səbəbdən kənarlaşdırılmasına heç bir əsas tapmaq olmur. Bundan bir dəqiqə sonra sanki baş verən olayın əvəzini çıxmaq istəyən Vubay rəqib müdafiəçilərini önündən yığışdıraraq topu qapıya vurdu, amma onun zərbəsi dirəyə tuş gəldi. Az sonra isə Vubay meydanı tərk edərək yerini Katalin Domana verdi.

Sonrakı dəqiqələrdə qapılar qarşısında daha bir neçə təhlükəli epizod yaşandı. Küncdən zərbədən sonra komandamızdan Kosmi Frasinesku beşinci qola yaxın olsa da, Skarlatakenin etdiyini təkrarlaya bilmədi. Bununla da, növbəti “böyük oyun” da “Xəzər Lənkəran”ın qələbəsi ilə başa çatdı. Rəqib meydanında inamlı qələbə qazanan komandamız beş gün sonra evdə keçiriləcək cavab oyununa əla əhva-ruhiyyədə yollanır.

P.S Oyun sonrası icmallarda sırf oyunla bağlı yazmaq istəsək də, təssüf ki, bu oyun istisna oldu. Oyunun fasiləsinə yaxın komandamızın 3:1 üstünlüyü zamanı meydan sahiblərinin azarkeşlərinin bütün etik normalardan kənara çıxaraq “Xəzər Lənkəran” rəsmiləri yerləşdiyi sektora doğru təhqirlər yağdırdığını sadəcə acı fakt olaraq qeyd edirik.


Geri dön

nilayka

  • 26 aprel 2011 01:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sag ol dosi

--------------------

::..ONSLAUGHT::..

  • 6 mart 2011 21:59
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 6 mart 2011 12:59
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
təşəkkürlər maraqlı xəbərə görə

--------------------

Ghost

  • 5 mart 2011 18:38
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
Hakim sefleri olmasaydi hesab 4-1olardi xezer yekdi

_RONALDO_

  • 5 mart 2011 14:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk maraqli xeberdi

--------------------

Lexikon

  • 5 mart 2011 00:47
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

xezerlenkeran

  • 4 mart 2011 23:49
  • Məqalə: 1
  • Şərh: 281
  • Bal:
{awards}
XEZER LENKERAN her zaman birincidir neftci kimdire? Hemise neftci qaydalari pozaraq qelebe alir bu oyunda da 3 qolu hakimin sotuna vurdu

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}