Namaz günahların qarşısında möhkəm sipərdir

 
Namaz günahların qarşısında möhkəm sipərdir

Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm də keçmiş günahlarının bağışlanmasına səbəb olmasıdır. Başqa ifadə ilə desək, namaz bir növ insanı günahdan sığortalayır və onu ən əzəmətli şəxsə - Allaha qovuşdurur. Bu haqda Qurani-kərimdə oxuyuruq:
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلوةَ إِنَّ الصَّلوةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
"(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtlı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”("Ənkəbut”, 45.)
Başqa bir ayədə isə Allah-taala namaz qılmağa təkid edərək xeyir işlərin (xüsusi ilə namazın) günahları aradan aparmasını önə çəkir:
إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
"Həqiqətən, (beş vaxt qılınan namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)”("Hud”, 114.).
İmam Sadiq (ə) bir misal çəkməklə namazın insan günahlarını necə aradan aparmasına aydınlıq gətirir.
"Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orda beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən, namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma, bir şəxsin imandan çıxıb, kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar”("Bihar əl-ənvar”, c. 82, səh. 236.).
Namaz insanı qəflətdən uzaqlaşdırır
İnsanın yaradılışında əsas məqsəd Allaha pərəstiş etməkdir. Bu çərçivədən kənara çıxan şəxs Allaha qarşı çıxaraq bəndəlik vəzifəsinə xəyanət etmiş olur. Belə olan halda, insanların yadına kim olduqlarını, niyə yaradıldıqlarını, əsas vəzifələrinin nədən ibarət olduğunu yada salmaq üçün bir vasitəyə ehtiyac duyulur. Qurani-kərimin buyuruğuna əsasən insanları qəflətdən oyadan vasitələrdən biri də namazdır.
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ لِذِكْرِي
"Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”("Taha”, 14.)
Rəsuli-əkrəm (s) qəflətdə olan insanları məzəmmət edərək buyurur:
"Sanki bu dünyada haqq bizə yox, başqalarına vacib, ölüm isə başqaları üçün təyin edilmişdir. Sanki, dəfn mərasimlərində iştirak etdiyimiz şəxslər müsafirlərdirlər və tezliklə yanımıza qayıdacaqlar. Cəsədlərini qəbrə qoyur, miraslarını mənimsəyirik. Sanki biz bu dünyada qalası olasıyıq. Bütün nəsihətləri unudur və baş verən hadisələr qarşısında özümüzü amanda hiss edirik”("Nəhcul-fəsahə”, "Qəflət” bölümü.).
Bütün təbii fəlakətlərdən, baş verən amansız hadisələrdən ibrət alanlar inanc əhli olan namaz qılanlardır. Onlar öz haylarına qalır və Qiyamət günündə heç bir şəxsin imdadına yetə bilməyəcəklərini bilirlər. Qurani-kərim bunu çox gözəl açıqlayır:
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالغَيْبِ وَأَقَامُوا الصَّلوةَ وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ
"Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!”("Fatir”, 18.)


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 02:03
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
MeQaLeYe GoRe SaGoLuN

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 iyun 2015 17:32
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
MeQaLeYe GoRe SaGoLuN

Pıtırcık

  • 23 iyun 2015 12:02
  • Məqalə: 541
  • Şərh: 9780
  • Bal:
{awards}
allah razi olsun

--------------------
http://legend.az/user/imza/

Xanim Zehra

  • 22 iyun 2015 22:11
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Allah razi olsun...!

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 iyun 2015 20:44
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Allah Razi Olsun...!

ИдеАльНаЯ

  • 22 iyun 2015 20:13
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
ALLAH Razi Olsun

sessiz deniz

  • 22 iyun 2015 19:25
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 22 iyun 2015 18:16
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun...!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 541
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}