Saç düzləşdirilməsinin üsulları

 
Saç düzləşdirilməsinin üsulları


Metod Bir: Düzləndirici yuma və qurutma
1. Saçı düzləndirici məhsullar alın.
Düzləndirici şampunlar və kondisionerlər saçdakı qıvrımları azaltmaq üçün nəzərdə tutulmuşdur. Ən yaxşı məhsullar üçün kosmetik və gözəllik vasitələri dükanlarından və gözəllik salonlarından alın, yaxud da salon ekspertindən sizə köməklik göstərməsini xahiş edin. Aldığınız şampun və ya kondisionerin tərkibində sadalanan inqrediyentləri oxuyun. Alkoqolun həmin məhsulların tərkibindəki əsas inqrediyentlərdən biri olmadığına əmin olun, çünki o sizin saçınızı qurudacaq və düzlənməsini daha da çətinləşdirəcəkdir. Düzləndirici serum və yaxud yuyulmağa ehtiyacı olmayan kondisioner almaq haqqında düşünün ki, saç qovuqcuqlarınızın güclənməsinə kömək etsin.

2. Saçınızı düzləndirici məhsullarla yuyun və qurudun. Saçınızın öncədən nisbi nəmlik dərəcəsindən asılı olaraq kondisioneri saçınızda 15 dəqiqədən 45 dəqiqəyə kimi saxlayın. Sonra kondisioneri yuyun və qalan nəmliyi dəsmalla qurudun.

3. Saçınıza yaxşı istilik qoruyucu serum səpin. Bu saçı fenlə qurutma prosesində qovuqcuqları qoruyur və saçınıza parlaqlıq əlavə edir. Saçınızı qoruyucu serumla bərabər şəkildə örtmək üçün bu məhsulu saçınıza əlavə edin və darayın.

4. İon yaradan fendən istifadə edin. Saçınızı düzəldə biləcəyiniz hissələrə ayıraraq arxadan başlayıb önə doğru işləyin və bir hissə tam hamar olmayana qədər onu bitirməyin. Saçınızı bütün boyu ilə daramaq üçün cod və yaxud bərk plastik daraqdan istifadə edərək kökündən ucuna qədər darayın.

5. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.



Metod İki: Ventilyator vasitəsilə daramaq

1. Saçınızı yuyun və nəmləndirin.
Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin.

2. Saçınızın çox hissəsini sancaqla arxaya vurun. Bir hissəni boş saxlayın. Bu, sizin birinci qurudacağınız hissə olacaqdır.

3. Ventilyatorun qarısında özünüzə yer seçin. İstənilən növ güclü fırlanan stolüstü və yaxud iri ventilyator işə yarayacaqdır. Ventilyatoru elə yandırın ki, o havanı düz sizin başınıza üfürsün.

4. Saçınızı kürəkvari daraqla darayın. Uzun, düz gedişlərlə saçınızı ventilyatorun qarşısında darayın. Darağı saçınızın düz kökünə qoyun və ucuna doğru dartın, saçı buraxmazdan öncə onu bir neçə saniyə düz saxlayın.

5. Birinci hissə tam quruyanda yeni hissəyə başlayın. Bu üsulla saçınız tam quruyana qədər davam edin. Proses sizin saçınızın uzunluğundan və qalınlığından (sıxlığından) asılı olaraq təxminən 15 dəqiqə çəkəcəkdir. Saçınızda heç bir nəm qalmayana qədər dayanmayın. Hətta kiçicik bir nəmlik qıvrımların yenidən geri gəlməsinə səbəb olacaqdır. Saçınızın diblərinə xüsusi diqqət verin, hansı ki onlar tam qurumayana qədər qıvrılmağa meyllidir.

6. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.



Metod Üç: Diyircəklərdən istifadə etmək

1. Saçınızı yuyun və nəmləndirin.
Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin. Saçınızı elə darayın ki siz onu burmağa başlayanda mümkün qədər düz olsun.

2. Saçınızın bir topasını düz şəkildə ayırın. Həmin hissəni daraqdan keçirin. Diyircəyi saçınınızın uclarına qoyun və saçı onun ətrafına dolayın. Siz saçın həmin hissəsini başınızın dərisinə kimi tam doladıqdan sonra diyircəyi sancaq və yaxud qısqacla bərkidin. Bu prosesi bütün saçınız hissələrə ayrılıb dolanan qədər davam edin. Eyni cür dolama üsulundan istifadə edin ki, diyircəkləri çıxardıqda saçınız düz şəkildə aşağıya tökülsün.

3. Saçınızı qurudun. Başqa düzləşdirmə üsullarında olduğu kimi, düzləşdirmə prosesini bitirmək üçün saçınızın tamamilə quru olması vacibdir. Ya çasınızı diyircəkli şəkildə havada qurudun, yaxud da onu qurutmaq üçün aşağı temple saç fenindən istifadə edin.

4. Diyircəkləri çıxardın. Diyircəklərdən sancaqları açın və qoyun saçınız sərbəst tökülsün. O, hamar, parıltılı və düz olacaqdır.



Digər Metodlar

1. Təbii düzləşdirici vasitə hazırlayın.
1 yumurtanı 2 fincan südlə qarışdırın və mümkün qədər çox saçınıza yaxın. Bu saçınızdakı zülal bağlarını düzləşdirəcəkdir. Saçınızı 10 dəqiqə süddə saxlayın, sonra başınızı plastik örtüklə bağlayın və qoyun əlavə 30 dəqiqə də saçınıza tam otursun. Bundan sonra. Həmişəki kimi yuyun, ya saçınızı fenlə qurudun, yaxud da ventilyatorun qarşısında daraqla qurudun.

2. Saçınızı bükün. Təzəcə yuyulmuş və daranmış saçı iki bərabər hissəyə bölün. Sol tərəfdəki hissəni qaldırın və onu başınızın üzərinə, sağ tərəfin üstündən dolayın. Onu başınızın ətrafına bükün və bir neçə yerdən saç sancağı ilə bərkidin. Sağ tərəfdəki hissəni qaldırın və və başınızın üzərindən digər tərəfə dolayaraq onu bir neçə yerdən saç sancağı ilə bərkidin. Saçınız tamamilə quruyanda sancaqları çıxarın və saçınızı düz şəkildə darayın.

3. Saçınızı yığın. Təzəcə yuyulmuş və daranmış saçı iki və yaxud daha artıq bərabər hissəyə bölün. Saçınızı bağlamaq üçün yumşaq parça sıxaclardan istifadə edin. Birinci sıcaxı başınızın üzərində düz mərkəzində yerləşdirin. İkinci sıxacı düz birincinin altından əlavə edin. İki sıxac bir-birinə toxunmalıdır. Saçın bütün hissəsi ucuna kimi bağlanana qədər sıxacları əlavə etməyə davam edin. Saçın bütün hissələri üçün bunu təkrar edin.


Geri dön

ツ Pc Cøpatka ツ

  • 27 iyun 2015 16:12
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
MesLehet suppiw^^

--------------------

sessiz deniz

  • 25 iyun 2015 22:08
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler can xebere gore

Elya Alieva

  • 25 iyun 2015 20:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Uzun zamandir saclarimla maraqlamiram oz aramiz Ciqankaya oxsayiram)
Xeber cun saqolun ama 1 movzusunu anlamadim

--------------------
UREYIM...I MEN

eliwqa

  • 25 iyun 2015 18:27
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekur meslehetcun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 iyun 2015 16:54
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkurler meslehete gore...

jasmin022

  • 25 iyun 2015 16:25
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
lazimli meslehete gore tesekkurler

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

R_O_S_E

  • 25 iyun 2015 15:41
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
Twk meslehetler üçün.

..:LuNaTiK:..

  • 25 iyun 2015 15:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Meslehet ucun sag olun request

♔ sinყσriτα ♔

  • 25 iyun 2015 13:57
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Lazimi xeber idi tewekkur canisi winked

Nazlim_97_

  • 25 iyun 2015 13:37
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Saol meslehtccun,

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}