Ramazan ayının orucunu isti havada necə tutaq?

 
Ramazan ayının orucunu isti havada necə tutaq?


Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir sıra ölkələrdə olduğu kimi, vətənimizdə də yay aylarına təsadüf edir. Belə olan halda oruc tutmaq bir az da çətinləşir. Buna həm havanın daha isti olması, həm də günün daha uzun olması təsir edir. Qarşılamağa hazırlaşdığımız Ramazan ayının isə iyun-iyul ayına təsadüf edəcəyindən, bu il oruc tutmaqla bağlı narahatlıq bir az da artır. Bunu nəzərə alan LeGenD.az bu mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək məlumatları mütəmadi dərc edir.

Türkiyənin Memorial Xəstəxanası isti havada oruc tutmaqla bağlı araşdırma təqdim edib. Xəstəxananın Qidalanma şöbəsinin həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər verib. Onlardan ən önəmlilərini diqqətinizə çatdırırıq:

- oruc tutan insalar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;

- oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir;

- oruc tutuanlar imsaq vaxtı 2-3 ədəd qoz yesə, bu, onları daha çox tox saxlayar;

- imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində suzuluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;

- əksər insanların birldiyi bir qanun var ki, iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər;

- gün ərzində suzuluğu çox hiss etməmək üçün iftardan imsaqadək hər bir saatda 1-2 səkan su içmək faydalıdır.


Həkim həmçinin xəstə insanlara, əsasən, böyrək və qaraciyər, həmçinin şəkər və ürək-damar xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı başlamazdan öncə həkimə müraciət etməyi və orucun onlar üçün təhlükəli olub-olmayacağını öyrənməli olduqlarını bildirib.


Geri dön

ツ Pc Cøpatka ツ

  • 27 iyun 2015 16:29
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
Cox sag oLun feel

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 iyun 2015 21:06
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkurler..

_leka_the_one_

  • 26 iyun 2015 18:41
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Saol can)) Allah qebul etsn orucunuzu ^^ Lazimli meqale idi Allah razi olsun:))

jasmin022

  • 26 iyun 2015 12:43
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH ORUC TUTANLARIN ORUCUN QEBUL ETSIN AMIN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 iyun 2015 22:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah butun oruclarinizi qebul etsin!

sessiz deniz

  • 25 iyun 2015 21:59
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun canim

eliwqa

  • 25 iyun 2015 21:00
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH qebul elesin her kesin orucunu

--------------------

Elya Alieva

  • 25 iyun 2015 20:42
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah Qebul elesin

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 25 iyun 2015 20:41
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun MəsLəhətə görə)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}