Qızmar istilərdən necə qorunmalı?

 
Qızmar istilərdən necə qorunmalı?


Ekspertlər hesab edirlər ki, Azərbaycanda bu il yay mövsümü ötən illə müqayisə daha da isti olacaq. Hətta 40 dərəcədən yüksək istilərin müşahidə olunacağı ehtimal olunur.

Qızmar istilərdən necə qorunmalı?

İsti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər.

Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə temperaturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi məsləhət görür. Qalın paltar, fiziki fəaliyyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Ağır çəkili içki içənlər bu şəraitdə böyük təhlükə ilə üzləşə bilər. Isti hava qan təzyiqi yüksək olanlar, ürək-damar xəstələri, azyaşlı uşaqlar və yaşlılar üçün öldürücü ola bilər. Isti hava bədənin susuzlaşmasına da yol açır ki, bu da öz növbəsində işləmək qabiliyyətini azaldır. Bədənin suyunun 5 faiz azalması işləmək qabiliyyətini 30 faiz endirir. Bədənin duzlarının itirilməsi əzələlərin funksiyasını zəiflədir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.

Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Boyun nahiyəsi və qoltuqlar altına buz qoyulmalıdır. Adi hallarda iki litr maye qəbul edilməlidirsə, isti havada qəbul edilən suyun həcmi daha artıq olmalıdır.

Həkimlər sərt istidən qorunmaq üçün limon suyu içməyi, həmçinin ət yeməklərindən uzaq olmağı məsləhət bilir.

Mütəxəssislər bildirir ki, havanın orta hərarəti 26 dərəcəyə çatırsa, insan bir gündə 2 litrədək su içməlidir. İstiyə qarşı ən yaxşı təsiri isə limon suyu qatılmış qazsız su göstərir. İsti yay günlərdə qəbul edilməsi məsləhət olmayan içkilər isə süd, limonad, kofedir. Həkimlər siqaretdən imtinanı, son dərəcə soyuq su içməməyi də məsləhət görür.

Belə ki, yayda yüksək kolorili qida qəbul etmək düzgün deyil. Ət xörəkləri, un məmulatlarından yay dövründə az istifadə məsləhətdir. Tərkibi bitki, tərəvəz olan qidalara daha çox üstünlük vermək lazımdır.

Çimərliklərdə istirahət vaxtına gəlincə, səhər və axşam saatlarında çimərliklərdə olmaq məqsədəuyğundur.


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 2 iyul 2015 16:00
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
MinnətDaram..

--------------------

sessiz deniz

  • 27 iyun 2015 21:17
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrr can

ツ Pc Cøpatka ツ

  • 27 iyun 2015 17:19
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Sag oLun ^_^

--------------------

Nazlim_97_

  • 26 iyun 2015 22:36
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Coxsaqol-meqaleye gore

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 iyun 2015 20:56
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagolun....

Xanim Zehra

  • 26 iyun 2015 13:49
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
ilk werh menden tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}