Bel ağrısını kəsən ədviyyatlar

 
Bel ağrısını kəsən ədviyyatlar


Son vaxtlar bel ağrılarından şikayətlənənlərin sayı artıb. Xüsusilə, oturaq həyat tərzi keçirənlərdə belə ağrılar daha intensiv müşahidə edilir. Nəticədə həmin ağrılar insanın həyat keyfiyyətini aşağı salır. Çox vaxt həkimə müraciət etməkdən çəkinənlər türkəçarələrlə belə ağrıların öhdəsindən gəlməyə çalışırlar. Maraqlıdır ki, çox vaxt buna nail olurlar.

Bəs, görəsən, bel ağrılarına dava-dərmansız çarə ola biləcək bitkilərin siyahısında hansılar var?

Legend.Az xəbər verir ki, bel ağrısını kəsən ədviyyatları araşdırıb.

Siyahıda söyüd qabığı var. Araşdırmalar sübut edib ki, söyüd ağacının qabığı güclü ağrıkəsicidir. Hətta aspirindən belə daha təsirli olduğu deyilən söyüd qabığını dəmləyib həm içə, həm də belinizə çəkərək masaj edə bilərsiniz.

Muskat qozu da ağrıları kəsməkdə ən təsirli vasitələrdən biridir. Muskat qozunun yağı, xüsusilə, təsirlidir. 50 ml. zeytun yağı ilə üç damcı muskat qozu yağını qarışdırıb bel nahiyəsinə, ümumiyyətlə, ağrı olan hər bölgəyə gündə 3 dəfə çəkmək lazımdır.

İstiot da siyahıda önəmli yerini alıb. Bibərə acılıq verən tərkibindəki "kapsaisin" adlı maddədir. Onun tərkibindəki "kapsaisin" nə qədər çox olarsa, bibər də bir o qədər acı olur. Satışda tərkibində kapsaisin olan çoxlu ağrıkəsici kremlər tapmaq olar. Bu kremlərdən ən keyfiyyətli olanını tapıb istifadə edə bilərsiniz.

Özünüz ev şəraitində də ağrıkəsici krem hazırlaya bilərsiniz. Belə ki, 1 xörək qaşığı istiotu zeytun yağı ilə qarışdırıb ağrıyan bölgəyə çəkmək olar. Ancaq bu üsul allergiyası olanlara məsləhət görülmür.


Geri dön

ツ Pc Cøpatka ツ

  • 28 iyun 2015 00:43
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
Xeber super

--------------------

sessiz deniz

  • 27 iyun 2015 20:58
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler xebere gore

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 13:48
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
meslehete gore tesekkur...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}