Çox səfər edən (kəsirüs-səfər) məfhumunun mənası nədir?

 
  • 27.06.2015, 13:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Çox səfər edən (kəsirüs-səfər) məfhumunun mənası nədir?


Çox səfər edən (kəsirüs-səfər) məfhumunun mənası nədir?

Cəfəri məzhəbinə görə, çox səfər edən adama “kəsirüs-səfər” deyirlər. Məsələn, təhsil və ya iş dalınca, yaxud hər hansı məqsəd üçün davamlı olaraq tez-tez səfərə çıxan adam. İslam.az-ın məlumatına görə, kəsirüs-səfərin gedib-qayıdarkən yolu üst-üstə ən azı 8 fərsəx (təqribən 44-46 km.) olmalıdır. Kəsirüs-səfər bütün səfər boyunca namazlarını bütöv qılmalı, orucunu da tutmalıdır.

Kəsirüs-səfər sayılmaq üçün neçə dəfə səfərə çıxmağın kifayət etməsi barədə alimlərin arasında fikir ayrılığı vardır. Məsələn, Ayətullahül-üzma Sistani ən azı üç gündə bir dəfə, yəni ayda 10 gün səfərə gedən adamı kəsirüs-səfər sayır (10 gün birdəfəlik səfər də ola bilər, üst-üstə 2-3 dəfəlik də). Ayətullahül-üzma Xameneyi 10 gündə bir dəfə (yəni ayda 3 dəfə), Ayətullahül-üzma Məkarim Şirazi isə həftədə 3 dəfə səfərə çıxan adamı kəsirüs-səfər hesab edir. Kəsirüs-səfərin daha başqa şərtləti də vardır ki, bunları öyrənmək üçün təqlid etdiyiniz müctəhidin fətvalarına baxmağınızı məsləhət görürük.


Bir gecəlik Bakıdan rayona səfər edən adam orucunu pozmamaq üçün yola nə vaxt çıxsın, vətənə nə vaxt qayıtsın?


Bakıdan rayonlara məsafə tərəxxüs həddindən çoxdur. İslam.az-ın məlumatına görə, əgər adam həm Bakını, həm də rayonu özünə vətən sayırsa, yola çıxarkən səfərdə sayılır və səfər hökmlərinə əməl etməlidir. Əgər Bakıdan rayona gedən adam zöhr azanına kimi tərəxxüs həddinə (səfər məsafəsinə) çatsa orucunu pozmalıdır. Əgər zöhrdən sonra səfər məsafəsinə çatsa, orucunu davam etdirməlidir. Gecə rayonda qaldıqdan sonra ertəsi gün zöhr vaxtına kimi vətənə çatsa, orucunu tutur və pozmur. Yox, əgər zöhrdən sonra evə çatsa, orucu batil olar.


Geri dön

Xanim Zehra

  • 28 iyun 2015 18:06
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
ALLAH RAZI OLSUN

ツ Pc Cøpatka ツ

  • 28 iyun 2015 00:45
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
ALLAH razi oLsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 13:47
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
bilmirdim meslehete gore saolun..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}