Əhlibeytin Nuhun (ə) gəmisi və Bəni-İsrailin hittə qapısına bənzədilməsi

 
Əhlibeytin Nuhun (ə) gəmisi və Bəni-İsrailin hittə qapısına bənzədilməsi


«Ey Əbuzər, əziz olan Allah mənim Əhli-beytimi ümmətim üçün Nuhun (ə) gəmisinə bənzətmişdir. Bu gəmiyə minən nicat tapar. Hər kəs ondan üz döndərsə, batıb qərq olar. Həmçinin, Əhli-beyt Bəni-İsrail arasında olan Hittə qapısı kimidir. Bu qapıdan daxil olan Allahın əzabından amanda qalar».
Peyğəmbərin (s), Əhli-beytə məhəbbət bəsləməyə təkid etməsi və onları «nicat gəmisi» və «Hittə qapısı»na bənzətməsi, aralarındakı qohumluq əlaqələrinə görə deyil. Kimsə elə düşünməsin ki, Peyğəmbər (s) öz övladlarını sevdiyi və onların halına yandığı üçün davamlı olaraq camaatdan onlara hörmət göstərmələrini tə`kid edirdi.
Peyğəmbərin (s) Əhli-beyt barəsində xalqa etdiyi tövsiyələr qohumluq əlaqələrindən, doğmalıqdan irəli gələn məhəbbətdən daha üstün olub, Əhli-beytin xalqı uçurumdan, fəlakət dəryasında batmaqdan qurtara biləcək yeganə nicat yolu olduğu üçün idi. Peyğəmbər (s) bilirdi və inanırdı ki, Əhli-beyt ümmət üçün nicat gəmisidir. Çünki Nuhun (ə) ümməti onun nicat gəmisinə minməklə ilahi əzabdan yaxa qurtardılar. Boyun qaçıranlar, o cümlədən də Nuhun (ə) öz oğlu batıb, həlak oldular.
İslamın ilk illərində müsəlmanlar arasında ayrılıq və ixtilaf yox idi. Məhz belə bir zamanda Peyğəmbər (s) Əbuzərə, Əhli-beytinin Nuhun (ə) gəmisi kimi olduğunu nəsihət edir. Onlarla əlaqəni üzüb yollarını azan hər kəs, Nuhun (ə) qövmü kimi həlak olacaqdır. Həqiqətdə, bu nəsihət Peyğəmbərin (s) müsəlmanlara etdiyi xəbərdarlıq idi. Sanki Peyğəmbər (s) öz ölümündən sonra bir dəstə adamın təəssübkeşlik üzündən müsəlmanlar arasında nifaq salacağını görür, indidən onun həllinə çalışırdı. Belə bir şəraitdə ümmətin yeganə nicat yolunu Əli (ə) başda olmaqla, Əhli-beytə sarılmaqda görürdü. Fəqət bu yolun yolçuları zəlalət girdabına yuvarlanıb məhv olmaqdan nicat tapa bilərdilər. Əhli-beytin yolundan çıxanlar isə həqiqət yolunu itirib, dünyanın qarışıq cığırlarında sərgərdan dolaşanlardır.
Daha sonra Peyğəmbər (s) Əhli-beyti Bəni-İsrailin Hittə qapısına bənzədir. Bu iki bənzətmə əksər rəvayətlərdə həm sünni, həm də şiə alimləri tərəfindən Peyğəmbərin (s) dilindən rəvayət edilmişdir. Hətta, rəvayətlər mötəbərliyi etibarı ilə təvatör(Müxtəlif məzhəblərdən olan ravilər tərəfindən müştərək halda qəbul olunma.) həddinə çatmışlar.
Bəni-İsrail bir vaxtlar törətdiyi saysız-hesabsız günah və zülmlər üzündən Allahın qəzəbinə düçar olmuş, Allah tərəfindən qırx il «Tih» səhrasında avara-sərgərdan dolaşmağa məhkum edilmişdilər. Qırx ildən sonra axıtdıqları göz yaşları və tövbələrini Allah-təala qəbul etmiş, yenidən onlara lütf və mehribanlıq göstərərək, tövbə qapısını onların üzünə açmışdı. Bu barədə Quran buyurur:
«…Və onlara dedik ki, dizi üstə, səcdə halında kəndin qapısından daxil olun və «İlahi, bizim günahlarımızdan keç» deyin ki, biz də sizin günahınızı bağışlayaq və yaxşı əməl sahiblərinin savabını bir az da artıraq»(«Bəqərə» surəsi, ayə 58.).

Hittə qapısından keçənlər, nəinki izzət və şərəfə nail olurdular, hətta bütün günahları da bağışlanırdı. Peyğəmbər (s) bu iki təşbihi yad etməklə müsəlmanlara anlatmaq istəyirdi ki, Bəni-İsrailin möminləri Hittə qapısından daxil olub hər iki dünya səadətinə çatdıqları kimi, onlar da Əhli-beytin elm və mə`rifət qapısından daxil olmaqla, dünya və axirət xoşbəxtliyinə nail ola bilərlər.
«Hittə» kəlməsi lüğətdə tökülmək, çırpılmaq, bir şeyi yox etmək və bir növ təmizlənmək mənasındadır. Bəni-İsrail bu kəlməni deməklə Allahdan bağışlanmaq diləyib, etdikləri günahların silinməsini istəyirdi. Allah-təala bu qapını onlar üçün tövbə vasitəsi seçmişdir. Lakin Allahı danan bir sıra imansızlar, Onun sözünü məsxərəyə qoyub, bəzi rəvayətlərdə deyildiyinə görə, «Hittə» kəlməsinin yerinə «Həntə» (buğda mənasındadır) sözünü işlədirlər. Allah onları törətdikləri pozğun işlər və tövbə qapısından üz döndərdiklərinə görə, əzaba düçar etdi:
«Zülmkarlar Allahın sözünü dəyişdirdilər (onlara deyilən sözü başqa sözlə əvəz etdilər). Biz də pis əməlləri və fərmandan boyun qaçırdıqları üçün onlara göydən şiddətli əzab nazil etdik»(«Bəqərə» surəsi, ayə 59.).
Peyğəmbər (s) öz Əhli-beytini insanlara Hittə qapısı kimi dünya və axirət səadətini bəxş edə biləcək bir vasitə kimi tanıtdırır. Lakin camaat onun sözünə etina etməyib, Əhli-beyt yerinə başqalarını seçdilər. Onlar Əli (ə) ilə başqaları arasında olan fərqi görmürdülər. Onların düşüncəsində Əli (ə) Peyğəmbərin (s) kürəkəni olduğu kimi, Osman da Peyğəmbərin (s) kürəkəni və Peyğəmbər (s) özü də birinci xəlifənin ‒ Əbu Bəkrin kürəkəni idi!
Nəsihətin bura qədərki hissəsində, əsasən, ibadətin mühüm mərhələləri barəsində olan məsələlərə toxunulur. Qeyd edək ki, ibadətin insanın qəlbi və batini ilə əlaqədar olan mərhələsi ən mühüm və əsas mərhələ hesab olunur. Yəni hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirmədən, bu barədə zəruri məlumata malik olmadan və Əhli-beytə məhəbbət bəsləmədən ibadətdən lazımınca bəhrələnə bilməz. İbadət yalnız zahiri əməllərin məcmusu kimi başa düşülməməlidir. Həqiqətdə, ibadətin kökü, insanın qəlbinin dərinliklərindən su içir və bütün bəndəçilik yolları öz cığırlarını ürəkdən açır


Geri dön

Elya Alieva

  • 2 iyul 2015 03:27
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

Xanim Zehra

  • 28 iyun 2015 18:05
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Roya_____

  • 28 iyun 2015 15:57
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 28 iyun 2015 02:43
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi olsun ! smile

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ツ Pc Cøpatka ツ

  • 28 iyun 2015 00:57
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
ALLAH razi oLsun

--------------------

♔ sinყσriτα ♔

  • 27 iyun 2015 20:47
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden dosi Allah razi olsun...!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 34
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}