Kimlər sürücülük vəsiqəsi ala bilməz?

 
  • 1.07.2015, 13:30
  • Bölmə: Avto
  • Müəllif: so_sad
Kimlər sürücülük vəsiqəsi ala bilməz?


Avtomobil sahibi olmaq, idarəetməni öyrənmək hər kəsin arzusudur. Gündən-günə artan sürücülük kursları sürücü olmaq istəyənlərə müxtəlif qiymətlərlə təlimlər keçir. Hətta zərif cinsin nümayəndələrinə qadınların dərslər keçdiyi xüsusi sürücülük kursları da var.

Uzun illərdir ki, "Təlim" avtomobilləri ilə "praktiki" sürücülük kursu keçən Səyyar İbadovun sözlərinə görə, bu gün qadınlar kişilərdən daha çox sürücülüyə meyllidir. Dediyinə görə, maşın sürməyi öyrənmək üçün kursa gələn hər 30 nəfərdən 20-si qadın olur: "Son zamanlar qadınlar daha çox sürücülüyə maraq göstərir. Onların götürmə qabiliyyətləri də daha güclüdür. Qadın sükan arxasında daha diqqətli olur, risklərdən qaçır və qaydalara riayət etməyə çalışır. Mənim bu illər ərzində yüzlərlə qadın tələbəm olub və bu günə kimi hansısa birinin qəza etdiyini eşitməmişəm".

Müsahibimiz bildirir ki, Bakıda avtomobil idarə etmək üçün güclü əsəblərə sahib olmaq lazımdır. Çünki şəhər qayda- qanuna əməl etməyən sürücü və piyadalarla doludur. "Əsəblərin zəifdirsə, tez əsəbiləşirsənsə, güzəştə getməyi bacarmırsansa, ən yaxşısı sürücülüyü öyrənməyə çalışma. Sürücülük əsəbləri möhkəm, bir az da səbirli insanlar üçündür".

Təlim müəlliminin dediyinə görə, birinci dəfə sürücülük vəsiqəsi alanda həkimdən arayış mütləqdir: "Sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, ginekoloq, terapevt yoxlanışından keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər".

İbadov qeyd edib ki, hansısa bir həkimin psixi vəziyyəti yaxşı olmayan xəstəyə sağlamlıq arayışı verməsi birbaşa cinayət məsuliyyəti daşıyır. Sabah o sürücünün kimisə öldürməsi (maşınla vurub) və ya qəza törətməsi həkimin məsuliyyətindədir. "Amma təəssüf ki, belə hallar baş verən zaman həkim yada düşmür".

Həmsöhbətimizin sözlərinə görə, şəkər xəstəliyi olan istər qadın, istərsə də kişilərə sürücülük vəsiqəsi verilmir. "Terapevtin müayinəsindən keçən zaman təzyiqi yüksək olan kəslər isə narahat olmamalıdır. Çünki müəyyən müalicə kursundan sonra onlar yenidən sağlamlıq haqqında arayış üçün müraciət edə bilərlər".

S.İbadovun bildirdiyinə görə, təlim avtomobilləri ilə saatı 20 manata praktiki sürücülüyü öyrədirlər. "Praktika sürücülükdə böyük əhəmiyyət daşıyır. Çünki şəxs kitabdan ancaq nəzəriyyə olaraq öyrənir. Sürə-sürə isə yolları, işarələri daha yaxşı öyrənir. Məncə, yaxşı sürücü olmaq üçün nəzəriyyə və praktika eyni zamanda keçirilməlidir".

Həkim Bəsti Əlməmmədovanın sözlərinə görə, hər bir vətəndaş sürücülük vəsiqəsi almamışdan öncə mütləq həkim müayinəsindən keçməlidir. "Bir ara bu arayışların ləğv ediləcəyi barədə söz-söhbət gəzirdi. Ancaq bu arayışlar ləğv edilərsə, küçələrdə nə qədər xəstə insanın avtomobil sürəcəyinə heç kim zəmanət verə bilməz. Buna görə də arayış mütləqdir".

Onun sözlərinə görə, infarkt, hədsiz dərəcədə yüksək hipertoniklərə az müddətə sürücülük vəsiqəsi verilir. Revmakarditlərə, ürəyin işemik xəstəliyi olanlara, stenokardiyalı insanlara, ümumiyyətlə, sürücülük vəsiqəsi verilmir. Eyni zamanda, gözlərinin biri görüb, digəri görməyən vətəndaşlar da sürücülük vəsiqəsi ala bilməzlər. "Yaxud da gözlərindən birinin görmə qabiliyyəti 100 faiz, digəri 10-20 faiz olanlara da vəsiqə verilmir. Görmə sahəsinin 20 faizdən çoxunun məhdudlaşması, çəpgözlük vəsiqə almağa maneədir. Ən başlıcası isə psixi durumdur. Bunun üçün isə sürücülük vəsiqəsi almaq arzusunda olan nevropatoloq, psixiatr müayinəsindən keçməlidir".

"Faustus" Hüquqi Xidmətlər Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayevin sözlərinə görə, sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli, qanunvericiliklə müəyyən edilmiş məbləğdə haqq ödəməlidir. "Sürücülük vəsiqəsi almaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizə ilə yanaşı şəxsiyyət vəsiqəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd və tibbi arayış təqdim edilməlidir".

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı hesab edir ki, sürücülük vəsiqəsi verilərkən bütün qaydalara əməl edilmir: "Hər halda sürücülərin maşın idarə etməyinə baxmaqla onların sürücülük vəsiqəsinin necə aldığını təsəvvür etmək olur" deyən Muradlı sürücülük vəsiqəsinin verilməsi qaydalarının təkmilləşdirilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, xüsusən də təcrübəyə diqqət yetirilməlidir. "Kitabı əzbərləyib imtahan verib, vəsiqə almaq da doğru deyil. O cümlədən "yezda" dediyimiz təcrübə imtahanında maşını sağa-sola verib imtahandan keçmək də o demək deyil ki, sən artıq təcrübəli sürücüsən. Bu gün insanlar var ki, sürücülük vəsiqəsi almaq üçün imtahana öz maşını ilə gedir. Yəni vəsiqəsi yoxdur, amma maşın sürə-sürə gedir imtahana. İnsanlara dərk etdirmək lazımdır ki, sürücülük vəsiqəsi olmadan maşın sürmək insanların həyatı üçün təhlükəlidir. Amma bu gün bizdə vəsiqə olmadan maşın sürməyin cəriməsi 100 manat, eyni əməl təkrar törədildikdə isə 200 manatdır. Qanunda boşluq var. Buna görə də vəsiqəsiz avtomobil idarə edən elə birinci dəfədən ağır cəzalandırılmalıdır".


Geri dön

Krasavcikaya_v_onlin

  • 3 iyul 2015 01:35
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
xebere gore sagolun

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 1 iyul 2015 23:51
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
TEsekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 iyul 2015 20:47
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagolun....

Elya Alieva

  • 1 iyul 2015 17:04
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
insAllah ala bilerem:/

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 1 iyul 2015 16:42
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Xəbərə görə minnətdaram..!

--------------------

Xanim Zehra

  • 1 iyul 2015 14:24
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkurler..

ultrAslan_

  • 1 iyul 2015 13:52
  • Məqalə: 69
  • Şərh: 34
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}