Bürc uyğunluğu (Qoç bürcü)

 
Bürc uyğunluğu (Qoç bürcü)


Bürc uyğunlaşmasını müqayisə etməklə hansı bürclə daha yaxşı razılaşa biləcəyinizi və yaxşı bir əlaqə qura biləcəyinizi bilmək istərsinizmi?
AzadQadın.az aşağıdakı siyahıdan öz bürcünüzü və onun bürcünü seçməklə, bürc uyğunlaşması nəticənizi sizlərə bildirir.
Qoç - qoç
90 % Təbiətə meylli və hərəkətli olan bu iki bürcün əlaqəsi çox hərarətli olar. İki Qoç bir araya gəldiyində ətrafa qığılcımlar yayıla bilər. İkisində də öndərlik ruhu daşıdığı üçün əlaqədə üstünlüklərini qəbul etdirməyə çalışarlar və buda aralarında problem yarada bilər. Əgər iki tərəf də anlayışlı davranmazsa əlaqə çox uzun olmayacaq. Ararındaki güc döyüşündən xilas ola bilsələr birlikdə çox əylənə bilərlər. Cinsi həyatda çox uyğundurlar çünki gözləmələri az qala eynidir.

Qoç - buğa
40 % Buğa kişisi o qədər vərdişlərinə və ev həyatına bağlıdır ki, onu evin xaricinə çıxarmanız haradasa qeyri-mümkündür. Bu da enerjili və hərəkətli Qoç qadınını qısa bir müddət içində sıxa bilər. Qoç qadını heç bir zaman tələsməyən Öküz kişisini əlində tutmaq üçün alışmamış dərəcədə səbirli olmaq məcburiyyətindədir.

Qoç - Əkizlər
90 % Uşaq ruhlu bu kişi tam Qoç qadınına görə! İdeal sayıla biləcək bu əlaqədə bir çox ortaqlıq var. İki tərəfin də hərəkəti və yeniliyi sevər olması əlaqənin monotonlaşmasına mane olar. Əkizlər kişisi özündə olmayan Qoç qadınında olan xüsusiyyətlərə heyran qalar. Qoç qadınının ani eniş və çıxışları Əkizlər kişisini narahat etsə də aralarındakı seksual uyğunlaşma sayəsində iki tərəf də həm əlaqədən, həm cinsi həyatdan kef alar
.
Qoç - Xərçəng
70 % Xərçəng kişisi romantik və içə qapanan quruluşa sahib bir aşiqdir. Duyğularını asan asan bildirməz və söykənə biləcəyi möhkəm bir çiyin axtarar. Onunla yaxşı dolanmaq asanmış kimi görünsə də əslində olduqca çətindir. Qoç qadının çox romantik bu kişini anlaması bir az çətin ola bilər. Hər iki tərəf də seksual mənada arzuludur və cinsi həyata əhəmiyyət verər. Ancaq əlaqədə romantizm daim ön planda olmalıdır.

Qoç - Şir
80 % Aslan kişisi Qoç qadınını ovsunlaya bilər! Romantik, ürəkli və sizi əl üstündə tutacaq bu kişilə çox yaxşı razılaşacağınız qətidir. Daha tanış olduğunuz ilk anda bir-birinizi illərdir tanıyırmış kimi hiss etsəniz əsla çaşmayın. Hərəkətli, açıq ürəkli, söhbətcil Şir kişisi əlaqədə sədaqət və maraq gözləyər və tez-tez bəh-bəhlənməyə ehtiyac duyar. Davamlı şişirdilmək istəyən bu kişi üçün zaman zaman şəxsiyyətinizdən güzəşt verməniz gərək ola bilər.

Qoç - Qız
30 % Qoç və Qız bir-birindən çox fərqli xarakterlərə malikdir. Qoç qadını açıq ürəkli, ağıllı, sözünü çəkinmədən deyən, girişkən bir quruluşdadır. Qız kişisi isə vasvası, xırdaçı və vərdişlərinə bağlıdır. Qoç qadınının başına buyruq və ağılına gələni edən bir tutum içində olması Qız kişisinin tənqidlərinə səbəb olar. Əgər ortaq maraq sahələri tapmağı bacara bilsələr o zaman bu əlaqə gedə bilər. Amma çox asan bir əlaqə olmayacağını ən başından bilməlisiniz.

Qoç - Tərəzi
60 % Tərəzi bürcü hava qrupuna aid bir bürcdür və dəyişəndir. Bir gün sizə həyatının eşqi olduğunuzu söyləyərkən sabahısı gün maraqsız rəftarlarıyla sizi çıldıra bilir. Bu vəziyyət ona qarşı güvən problemi yaşamanıza səbəb ola bilər. Amma yenə də istiqanlı və uyğun rəftarlarıyla Qoç qadınını təsiri altına almağı bacaracaq. Bir-birinizə anlayış göstərməyi bacara bilsəniz əlaqənizdə uyğunlaşmanı tuta bilərsiniz.

Qoç - Əqrəb
80 % Əsla darıxdırıcı olmayacaq bir əlaqə… Qoç bürcü yerində dayana bilməyən quruluşuyla Əqrəbə təsir edər. Əqrəb isə təbii cazibədarlığıyla Qoç qadınını asanca təsiri altına alar. Hər iki tərəf də həyatı, yaşamağı və əylənməyi sevdiyi üçün əlaqələri olduqca rəngli olar. Əqrəb seksual baxımdan qüvvətlidir və cinsi həyata düşkündür. Qoç və Əqrəb cinsi baxımdan mükəmməl bir uyğunlaşma tuta bilər. Amma Əqrəb kişisinin son dərəcə qısqanc olması və Qoç qadının məhdudlaşdırılmaqdan xoşlanmayan quruluşu əlaqədə əyriliklərin ortaya çıxmasına səbəb ola bilər.

Qoç - Oxatan
100 % Qoç da, Oxatan da macəraya huşunu itirdiyinə görə çox əyləncəli bir əlaqə sizi gözləyir. Siz hər baxımdan çox uyğun bir cüt olacaqsınız. Hər iki bürc də od qrupuna daxildir. Yəni ikiniz də ağıllı, girişkən, hərəkətli insanlarsınız. Paylaşmaçı quruluşunuz, açıq havada gəzməkdən xoşlanmanız, təbiəti və heyvanları sevməniz sizi bir-birinizə daha da yaxınlaşdıracaq. İki tərəf də seksual baxımdan arzulu və yaradıcıdır. Buna görə Oxatan kişisi asan bağlana bilməyən azad bir xarakter kimi görünsə də, sizə qarşı dura bilməyəcək.

Qoç - Oğlaq
40 % Əlaqənizin çətin və enişli-yoxuşlu olacağını ən başından bilməlisiniz. Oğlaq bürcü kişisi iddialıdır və asan asan güzəştə getməz. Sevdiyi adama asanca bağlansa da sizin həddindən artıq hərəkətlərinizi anlamasını gözləməyin. Digər tərəfdən Oğlaq kişisi ailəsinə çox düşkündür və çox tutumludur. Qoç qadınının bədxərcliyi qarşısında çaşmışa dönə bilər. Bu əlaqənin getməsinin tək şərti tərəflərdən birinin anlayışlı və fədakarlıqlı olması… Əgər xoşbəxt olmaq üçün əlinizdən gələni etsəniz və hörmətinizi itirməsəniz birlikdə xoşbəxt ola bilərsiniz.

Qoç - Dolça
60 % Tanış olduğunuz anda bir-birinizdən çox təsirlənib ilk baxışda aşiq ola bilərsiniz. Ancaq əlaqənin irəliləyən günlərində Dolça kişisinin romantikliyi sizə çox gələ bilər. Çünki Dolça kişiləri romantikdir və ümumiyyətlə duyğularını çox asan ifadə edərlər. Qoç qadınları isə danışmaq yerinə rəftarlarıyla özlərini ortaya qoymağı seçərlər. Strukturlarınız çox fərqli olduğu üçün bir-birinizi anlamanız asan olmayacaq və bir-birinizin gözləmələrinə cavab verməyə bilirsiniz.

Qoç - Balıq
30 % Son dərəcə məntiqli və həqiqi bir qadın və xəyalpərəst bir kişi… Çox təəssüf ki aranızda uyğun bir əlaqənin olacağını söyləmək çətindir. Balıq kişisi, sevgilisinin hər anlamda özünə dəstək olmasını istər. Gözlədiyi marağı görməzsə belə bunu dilə gətirməz. Özünü qırdığınızda da sizi xəbərdar etməz və geri gəlməmək üzrə sizi tərk edər. İki bürc seksual baxımdan da çox uyğun deyil. Balığın romantik istiqaməti ağırlıq təşkil etdiyindən Qoç qədər aktiv olmaz. Qısacası uzun vədəli əlaqə şansları çox yoxdur.


Geri dön

ღ меумusн ღ

  • 5 iyul 2015 13:07
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
buga burcune gore twk

--------------------
ღ меумusн ღ

eliwqa

  • 3 iyul 2015 21:47
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 3 iyul 2015 19:38
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 iyul 2015 19:33
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
qoçla mənimki tutmur fellow

Elya Alieva

  • 3 iyul 2015 19:13
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler Ayselcik

--------------------
UREYIM...I MEN

Xanim Zehra

  • 3 iyul 2015 17:49
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkurler...

Krasavcikaya_v_onlin

  • 3 iyul 2015 17:37
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Buyurun....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}