Bir qızın başına gələnlər

 
Bir qızın başına gələnlər

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət, əhli-keyf! Hər gün-bu günün ibadətini sabaha saxlayan özündən razı qız! "Onsuz hələm ömrümə var" deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir!
Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək?
Bacısı: Canım bacım sən sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!
Qardaşı:Bəsdi bu etdiyiniz axmaqlıq, nə zaman həqiqəti anlayacaqsınız? nə zaman bu küfrləriniz sona çatacaq? Susun susun. Ax bacı sən dünyada ikən haqqı tapsaydın, kaş ki səndə imanın nuru ilə nurlansaydın!Rəbbim səni bağışlasın. Cənnətinə girməyini nəsib etsin!
Qohumu: Of yenə nə Rəbb deyərək qışqırırsan?
Tabut çiyinlərdə gedir! Müəllim,qohum,qonşu,əzizlər,dostlar və daha kimlər! Hər kəs ağlayırdı! Amma fayadası yox idi! Artıq o getmişdir!
Dünyada ikən ALLAH dan başqa heç bir ilah yoxdur Məhəmməd(s.a.v)onun rəsuludur deyə etdiyin şahidliyi xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm haqqdır, öldükdən sonra dirilmək haqqdır. Qiyamət heç şübhəsiz gələcəkdir və ALLAH qəbirlərdə onları dirildib hər kəsdən etdiyi əməllərə görə hesabat tələb edəcəkdir!
Sən rəb olaraq ALLAH, din olaraq İslama, peyğəmbər olaraq Məhəmmədə(s.a.v) Rəhbər olaraq Qurani Kərimə qiblə olaraq Kəbəyə razı olmuş, qardaş olaraq möminləri seçmişdin. Rəbbim ALLAHdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona təvəkkül etdim. O böyük ərşin sahibidir demişdir.
Qız qəbirdə tək qalar:
Qız:Anacığım, yandırın bu işıqları! Axi bura çox qaranlıq, yandırın işıqları çox qorxuram, bura niyə qorxulu və soyuq? Mən ölmüşəm?! Ax anam, atam mən ölmüşəm! Ana Ana məni yanına götür çox üşüyürəm. Dünyada olarkən niyə mənə buraların varlığından bəhs etmədiniz? Nə üçün Oruc tut demədiniz? Niyə dinimdən bəhs etmədiniz? Niyə cihadı izah etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana. Ax Rəbbim kaş ki sənin sözlərinə qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim. İndi bura çox qaranlıq altımdan daşlar batır, tikənlər batır, quru torpaq bədənimi sıxır, böcəklər, böcəklər Allahım! Ana qurtarın məni bu boğucu qaranlıq torpaqdan. Dözə bilmirəm. Ana, ata həmişə çətin anlarda mənimlə idiniz! İndi haradasınız?
Sağ və Sol Mələyi Gəlir
MƏLƏK: Ey qız söylə rəbbin kim?
-Bilmirəm.
MƏLƏK: Rəbbin kim?
-rəbbim Allah
MƏLƏK: Söylə dinin nə?
-Bilmirəm
MƏLƏK: Kitabın nə?
-Heç görmədim ki.
MƏLƏK: Peyğəmbərin kim?
-heç eşitmədim ki.
MƏLƏK: Söylə qız dünyada ikən nə üçün namaz qılmadın?
-Uşaqlarımdan vaxt tapa bilmədim.
MƏLƏK: Adəm ə.s dan çox uşağın vardı mı? Onun hər il əkiz uşağı olurdu. Amma dinindən heç bir taviz vermədi.
-O qədər çox malım mülküm vardı ki, namaz etməyə fürsət tapa bilmədim.
MƏLƏK: Hz. Süleymandan dahamı çox malın vardı?
-Həm də o qədər çox xəstəydim ki dərdimdən namaz edə bilmədim.
MƏLƏK: Eyyüb ə.s dan dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər böyük idi ki, bədənində yara olmayan yer qalmamışdı. İndi sən sus ey Qız!
Şahidlərin danışacaq. Söyləyin ey ayaqlar bu qul dünyada sizi nəylə məşğul etdi?
AYAQ: Bu qul məni Allahın məhrum etdiyi yerlərə və əxlaqsızların olduğu məkanlara apardı. Heç bir xeyr məclisində olmadı!
MƏLƏK: Siz söyləyin əllər siz hansı haldan şikayətçisiniz?
ƏLLƏR: Bəli ey mələk bizdə şikayətçiyik. Çünki bu qul haram olan şeylərə əlini uzatdı, Allahın qadağan etdiyi əllərlə qucaqlaşdı.
MƏLƏK: Sən söylə ey dil bu qul səni dünyada ikən necə istifadə etdi?
DİL: Ey mələk bu qulun ağzından heç pis və çirkin söz çıxmadı. Lakin heç bir yaxşı sözdə söylmədi.
MƏLƏK: Yaxşı sən söylə ey ürək bu qul sənə nə etdi?
ÜRƏK: Ey mələk bu qul mənim içimdə heç bir möminə qarşı kin bəsləmədi. Heç bir zaman kinlik etmədi.
MƏLƏK: Siz ey gözlər bu quldan şikayətçisinizmi?
GÖZLƏR: Bəli ey mələk çünki bu qul ona verilən böyük nemət qarşılığında harama baxmaqdan çəkinmədi.,
MƏLƏK: Ey mələklər bunu aparın cəhənnəmə atın.
Qız: Xeyr durun nə olar, Allah eşqinə aparmayın məni o cəhənnəm atəşinə, durun, nə olar sizə yalvarıram, bir şans daha istəyirəm yalvarıram...
KİRPİKLƏR: Durun, durun, aparmayın onu
MƏLƏK: Siz nə demək istəyərsiniz ey kirpiklər?
KİRPİKLƏR: Bəli ey mələk bu qul dünyada ikən harama baxdı, haram yedi, haram olan yerlərə getdi. Amma buna baxmayaraq bir gecə Allah(c.c)eşqi ilə, iman toxumlarının verdiyi sevgi ilə böyük bir səmimiliklə ağlamışdı. Halbuki Allah təala; "Mənim üçün bir damla gözyaşı tökənə cəhənnəm haramdır" buyurmayıbmı?
MƏLƏK: Ya qul uca Allah səni bağışladı cənnətliklərdənsən...
Görürsünüzmü??! ...Allah üçün bircə göz yaşı insanı günahlardan qurtarar...Tanrı üçün göz yaşı əvəzinə ona ibadət edib yaxın olmağa çalışaqki əzabımız çox olmasın!!!


Geri dön

eliwqa

  • 8 iyul 2015 17:21
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 7 iyul 2015 07:04
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
`Çooox sağ oLun..! no

--------------------

♔ sinყσriτα ♔

  • 5 iyul 2015 16:40
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Maraxli idi ilk defeydi oxudum tewekkur

♔๑.Şaнzadəм.๑♔

  • 5 iyul 2015 16:01
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
`Bu hekayəni oxumuşDum..
`SuperDi.. recourse

--------------------

GünəŞ BabayeVa

  • 5 iyul 2015 14:54
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
Oxudum maraqlidi. Tewekkurler

--------------------
Bir təsəlli məktubu istəyirəm, özümü ağlatmaqçün,
Bir zəng istəyirəm göz yaşlarımı qurutmaqçün,
Bir dost istəyirəm 'hər şey yaxşı olacaq' desin.
Bir sevgili istəyirəm son nəfəsə qədər yanımda olsun.

Xanim Zehra

  • 5 iyul 2015 14:50
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
maraqli hekayedi tewekkurler

Ř҉₳₱ʊ₦ʐɛL

  • 5 iyul 2015 14:41
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Oxumuwdum Maraqlidi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Elya Alieva

  • 5 iyul 2015 13:59
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ilik serih menden...

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}