Hər il milyonları öldürən xəstəlik Azərbaycanda

 
Hər il milyonları öldürən xəstəlik Azərbaycanda



"Gün ərzində mağazamıza 20-25 qadın müraciət edir. Bizdə paltarların maksimum ölçüsü 60-dır. Amma elə qadınlar olur ki, bu ölçü də onlara balaca olur. Şikayət edirlər ki, "niyə daha böyük bədən paltar gətirmirik”. Bu sözləri paytaxtda böyük bədən paltarlar satan mağazalardan birinin satıcısı deyir. Üzərinə elə satdıqları paltarların ölçüləri kimi böyük hərflərlə "Böyük bədən qadın paltarları” yazılan mağazaların artması diqqət çəkir.

Bu artım həm də onlara olan ehtiyacdan xəbər verir. 10 il əvvəl paytaxtda yeganə böyük bədən mağazası satışın aşağı olmasından bağlanmışdı.

İndi isə mağaza satıcıları alıcı sayından razılıq edirlər. Satıcılar razı olsalar da, köklər bu əziyyət hər addımdan, ilk növbədə isə paltar axtararkən hiss edirlər. İstədiyi paltarı geyinə bilməmək, ancaq böyük bədən mağazalardan paltar almaq heç də xoş hiss deyil. Paltar almaq onlar üçün əsl əzaba çevrilir. Bundan başqa piyada gəzmək, pilləkən qalxmaq, iş görmək də ilkin problemlərdəndir. Amma ən asası isə artıq çəki bir çox xəstəliklərin əsas səbəbidir. Artıq çəkinin yaratdığı şəkərli diabet xəstələrinin sayı 2005-ci ildə 56 min idisə, 2012-ci ildə bu rəqəm 163280-dir.

Aparılan araşdırmalara əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur. Publika.Az-ın "Qırmızı xətt” layihəsində artıq çəki yaranma və ondan xilas səbəblərini araşdıracağıq.

Qonşu ölkələrdə də vəziyyət heç də ürək açan deyil.15 yaşdan yuxarı insanlar arasında aparılmış araşdırmaya əsasən, Amerikada əhalinin 33.8, Meksikada 30, Avstraliyada 24.6, Kanadada 24.2%-i piylənmədən əziyyət çəkir. Piylənmənin ən az olduğu ölkələr isə 3.8%-lə Koreya, 3.9%-lə Yaponiya, 8.1%-lə isə isveçrədir. Qonşu Türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkədə 15 yaşdan yuxarı əhalinin 17%-nin piylənmə problemi var. 15 yaşa qədər isə bu 5 faiz təşkil edir.

Araşdırmalara görə, yetişkin kişidə bədən ağırlığının 15-18%-i, qadınlarda isə 20-25%-i piy təbəqəsi təşkil edir. Kişilərdə bunun 25, qadınlarda isə 30%-dən çox olması piylənmə hesab edilir.Dünya üzrə göstəricilərə gəldikdə isə piylənmənin göstəricisi 1980-ci ildən bu günədək iki dəfə artıb. Dünya üzrə 43 milyon uşaq artıq çəkidən əziyyət çəkir. Piylənməyə məruz qalan və artıq çəkili insanlar dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.

Gündə 400 qram

Azərbaycanda artıq çəkinin müəyyən olunması üçün araşdırma aparan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri Töfhə Cəmilova faizin bu qədər yüksək olmasının səbəblərindən danışdı:"Bu araşdırma həm Bakı, həm də iqtisadi rayonları əhatə edirdi. Əhalinin 60%-dən çoxu artıq çəkidən əziyyət çəkir ki, onların 25%-dən çoxunda isə piylənmə müşahidə olunur. Bu ölkədə ilk araşdırma olduğuna görə, rəqəmin artıb-azaldığını demək çətindir. Amma bu cür monitorinqlər daim aparılmalıdır ki, risk faktorunun qarşısını almaq mümkün olsun. Düzdür, araşdırma 18 yaşdan yuxarı olanlar götürülüb. Amma məktəblilər arasında da bu cür monitorinqlər aparılmalıdır.

Faizin bu qədər yüksək olmasının əsas səbəbi qeyri-sağlam qidalanma ilə əlaqədardır. İnsanların əksəriyyəti meyvə-tərəvəzdən normal istifadə etmir. Baxmayaraq ki, ölkəmizdə bu məhsulların çatışmazlığı problemi mövcud deyil. Sorğu iştirakçıları həftədə 4-5 dəfə meyvə tərəvəz yediklərini bildirdilər, baxmayaraq ki, hər gün ən azı 400 qram miqdarında qəbul etməlidirlər. Hətta qəbul edənlər belə bu normaya əməl etmirlər”.


T. Cəmilova onu da vurğuladı ki, insanlar əsasən, kərə yağı və marqarindən istifadə edir. Həmçinin fast-food qidalardan çox qəbul edirlər. Duz və turşulardan çox istifadə də artıq çəkiyə səbəb olur. Turşular, sənaye məhsullarının tərkibindəki gizli duzlar bədənə toplanır və çəkinin artırır. "Amma insanların əksəriyyəti qidalanma normalarından xəbərsizdir. Məlumatı olanlar da riayət etmirlər.

Uşaqlar arasında da artıq çəkidən əziyyət çəkənlərin sayı çoxdur. Valideyn normal qidalanmadığına görə, uşaqlarda da bu vərdişlər formalaşmır. Məktəblər bufetlərində əsasən qeyri-sağlam qidalar istifadə edilir. Onların tərkibi sadə şəkər, yüksək səviyyədə duz, doymuş yağlar var. Normadan yüksək çəki ilk növbədə ürək-damar, şəkərli diabet, infakt, insult kimi xəstəliklərə səbəb olur. Xüsusən də, şəkərli diabet xəstələrində yüksək çəki əsas səbəblərdəndir”.

Bədən Çəki İndeksiniz neçədir?

Bədən çəki indeksinin 16 olması çəki defisiti, 16,5-18,49 bədən çəkisinin az olması, 18,5-24,99
normal çəki, 25-29,99 çəki artığı (piylənmədən əvvəlki vəziyyət), 30-34,99 birinci dərəcəli piylənmə, 35-39,99 ikinci dərəcəli piylənmə, 40 üçüncü dərəcəli piylənmə hesab olunur. Hər bir insan boyunu, bədən çəkisini bildikdən sonra formulaya əsasən bədən çəki indeksini hesablaya bilər.

Bəs bədən çəki indeksimizi necə müəyyən edək?

Bunu müəyyən etmək heç də çətin deyil. Bədən çəki indeksi bədən çəkisinin boyun kvadratına (mertlə) bölünməsindən alınır. BÇİ= bədən çəkisi (kq)/boy (m)2.
Məsələn, bədən çəkiniz 92 kq, boyunuz 1.75 mertdirsə, bu zaman onun çəki indeksi 30 olacaq.
BDİ- 92/(1.75*1.75)=30
Deməli, piylənmədən əziyyət çəkirsiz.

"Bütün xəstəliklərin əsas səbəbi piylənmədir”

Çəkinin artması insanın qəbul etdiyi kalorinin, xərclənən enerjidən azdırsa, bu artıq piylənmənin başlıca səbəbidir. Amma qidalanma məsələsinə fərdi və yaşa görə, yanaşmaq lazımdır. Enerji kalori bölümü yaşa görə bölünür. 18-29, 30-39, 40-59 yaş arası insanların işinə və cinsinə görə kalori qəbulu müxtəlifdir. Məsələn, zehni əməklə məşğul olan 18-29 yaş arası qızlar üçün gündəlik kalori qəbulu miqdarı 2000, kişilər üçün isə 2450 kaloridir. İdeal pəhriz qəbul edilən kalorinin miqdarının düzgün müəyyən olunmasından asılıdır.

Dietoloq, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov piylənmənin genetik, patoloji, qidalanma ilə əlaqədar olduğunu bildirdi:"Bizdə piylənmə daha çox qidalanma ilə əlaqədar olur. İnsanlar sağlam qidalanmaq istəmir. Sağlamlıq üçün ən zərərli qidalar - şəkər, duz, ağ undan imtina etmirlər. Uşaqlar makaron, kartof yediklərinə görə, onlar arasında da piylənmə artıb. Erkən yaşda piylənmə isə daha təhlükəli hesab olunur. Nəticədə, piylənməyə şəkərli diabet, hipertoniya, beyin-qan dövranı pozunmasına kimi xəstəlikləri də özü ilə birlikdə gətirir. İnsanlar bilməlidir ki, bütün xəstəliklərin əsas səbəbi piylənmədir”.

Ekspert onu da bildirdi ki, arıqlamaq üçün fiziki fəallığı artırmaq, qidanın miqdarını azaltmaq lazımdır. Bununla artıq çəkidən xilas ola bilmirlərsə, pəhriz saxlamalıdır.
"Pəhriz seçilərkən həmin insanın metobolizması nəzərə alınmalıdır. Bu məsələdə fərdiliyə diqqət edilməsi başlıca prinsipdur. Düzgün istiqamət seçilərsə, müsbət nəticə əldə olunacaq. Kiminsə dediyinə uyğun saxlanan pəhriz çəki itirmənizə səbəb olsa da, ömür boyu əzab çəkəcəyiniz, ya da ölümünüzə səbəb olacaq nəticələr verə bilər.

Pəhriz saxlayanlar qidanın miqdarını yox, kalorisini azaldıb, hərəkətliliyi artırsalar, qısa zamanda müsbət nəticə əldə edəcəklər. Təkcə pəhrizlə çəkini azaltmaq mümkün deyil. Bu müvəqqəti ola bilər”.


Yaz arıqlamaq üçün ən ideal dövr hesab olunur. Yayda istədiyiniz paltarı geyinməyiniz üçün indidən fəaliyyətə başlamalısız. Amma arıqlayacağam deyərək sağlamlığınıza da zərər vurmayın.


Geri dön

Xanim Zehra

  • 8 iyul 2015 21:47
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
tewekkurler..

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 8 iyul 2015 19:05
  • Məqalə: 683
  • Şərh: 18687
  • Bal:
{awards}
tewekurler

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

Bash Belası

  • 8 iyul 2015 16:10
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
SaoL məLumatçün))

PoZitiV Kaa=)

  • 8 iyul 2015 15:22
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Koreya yaponiya gözlədiyim nəticə idi. Təşəkkürlər

--------------------

eliwqa

  • 8 iyul 2015 14:53
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
tewekurler

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 8 iyul 2015 14:09
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
ilk serh menden
Tesekkurler xebercun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 66

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}