Kişiləri sizcə nə ağlada bilər?

 
Kişiləri sizcə nə ağlada bilər?

Kişiləri sizcə nə ağlada bilər?

Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Məşhur mahnıda «Kişilər ağlamır» deyilir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi. Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır.

Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər "kişilər ağlamaz” yalanının qurbanıdırlar. Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.

Kişilər hansı halda ağlayırlar?

Arzuları puç olanda - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

Yaxınları vəfat edəndə - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

Eşqə düşəndə - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.


Sevdiklərindən ayrılanda - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.
İşini itirəndə - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

Azarkeş olduqları komanda uduzanda - Kişilər futbola vurğun olurlar. Komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik də çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

İtləri öləndə - Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

Qeyd edim ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.


Geri dön

NERMIN YILDIZ

  • 25 iyul 2015 23:55
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
ERKEKLER AGLAMAZ SIL GOZ YASINI.
KISIDE INSANDIDA DAS DEYIL KI wink

Çilek_Kokusu

  • 13 iyul 2015 15:58
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
maraqlı idi ))

Elya Alieva

  • 13 iyul 2015 00:22
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Aha Twklar......

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 12 iyul 2015 20:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
buyurun wehrlere gore twk

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 iyul 2015 20:04
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
maraqlidi tewekkurler

G♥S

  • 12 iyul 2015 18:24
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
`-Oxudum Meqiwi ChoX saqoLun winked KiwiLerin aqLamasi iLe baqLi beLe biR stat da Vare tongue 'KiM DeyiRki KiwiLeR agLamaz AnasiNi itiRen oqLan NeCe aqLamasiN sad ' Mencede doqRu Deyimdi feel

--------------------

Xanim Zehra

  • 12 iyul 2015 16:54
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
maraqlidi tewekkurler

Wolf-like1

  • 12 iyul 2015 16:43
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
cox Gozel idi tsk bully

--------------------
uvkgm

eliwqa

  • 12 iyul 2015 16:30
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
maraqli idi tewekurler....

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 iyul 2015 13:28
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Ilk Serh menden
TeSekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 71
Cəmi: 92

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}