Bakıda 8 mart qabağı hədiyyə bazarı

 
Bakıda 8 mart qabağı hədiyyə bazarı


Kişilər xanımları təbrik etmək üçün nə qədər xərcə düşəcəklər? - QİYMƏTLƏR

Kişilər, əliniz cibinizdə olsun!

Atalarımız “Mart gəldi, dərd gəldi” deyiblər. Bu deyim 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində lap yerinə düşür... Martın 8-i yaxınlaşdıqca, gül dükanlarının, hədiyyə mağazalarının müştərilərinin sayı artır, alış-verişdə fəallıq müşahidə olunur.
Martın 8-i, dünyanın bır sıra ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir, bu münasibətlə həmin gün kişilər xanımları təbrik edirlər - kimisi sözlə, kimisi gül-çiçəklə, kimisi də qiyməti müxtəlif olan hədiyyələrlə. Bayrama isə sayılı günlər qalır. Gül-çiçək və hədiyyələrin qiymətləri də, həmişə olduğu kimi, deyəsən, bu bayramda da qalxacaq. Bu səbəbdən biz kişilərə elə indidən "əliniz cibinizdə olsun!" və "ürəkli olun", demək qalır.

Gül mağzalarının müştəriləri artıb..

Milli.Az xəbər portalı gül bazarındakı vəziyyəti öyrənmək məqsədilə paytaxtın bir neçə tanınmış gül mağazalarında qiymətləri və alıcı təlabatını öyrənib. Baş çəkdiyimiz mağazalardan ilk müşahidə edilən bu oldu ki, bayrama 3-4 gün qalmasına baxmayaraq, müştəri aktivliyi var. İnsanlar qiymətlərlə maraqlanır, sifarişlər barədə danışır, satıcıları sorğu-suala tuturlar.

Bəs qiymətlər neçədir?

Şəhərin mərkəzində, “İçərişəhər” metrostansiyası yaxınlığndakı gül mağazalarında satıcı deyir ki, gül bağlamalarında ən çox istifadə olunan qızılgül 5-7 manata (bir ədədi), liliya 6-7 manat, buketlərdə bəzək kimi istifadə olunana çiçəklər isə 3-4 manata satılır. Gül dibçəkləri də daha çox hədiyyə kimi alınır. Onların qiyməti isə 10-15 manat arasında dəyişir.

Gülsatan oğlan: "Martın 8-də qiymətlər qalxacaq"

Mağazanın satıcısı deyir ki, bu qiymətlər indiki satış qiymətləridir.(!) Martın 8-də isə qiymətlər baha olacaq: "Həmin vaxt ola bilsin ki, indi birini 5-7 manata satdığımız qızılgül 10 manata satılsın. Bu, martın 7-də topdansatışdakı qiymətlərdən asılıdır. İndidən dəqiq qiymət söyləmək çətin olar".

Şəhərin mərkəzdən kənar hissələrində də demək olar ki, güllərin qiyməti 1-2 manat fərqi nəzərə almasaq, eynidir.

Orta səviyyəli gül bağlaması 50-60 manata, yaxşısı isə 100-150 manata başa gəlir

Bayramda bir kişinin xanıma hədiyyə üçün aldığı gül buketinin qiymətini müəyyən etmək üçün paytaxtnı ən tanınmış gül mağazalarından birinə müraciət etdik. Mağazanın Mehman adlı satış meneceri bildirdi ki, bayram günləri mağazada, həcminə və eleqantlığa görə otra səviyyəli gül bağlaması 50-70 manata başa gəlir. Nisbətən daha gözəl və dəbdəbəli gül bağlamasının qiyməti isə 100-150 manat arasında dəyişir. Mağazanın işçisi martın 8-də qiymətlərin təxminən eyni olacağını ehtimal edir. Satış meneceri deyir ki, gül bazarında olan qiymətlər belədir:

Qızılgül - 3 - 5 - 7 manat (müvafiq olaraq İran, Türkiyə, Hollandiya)
Lilya - 7 manat (Hollandiya)
Zambaq (tülpan) - 3 - 5 manat (Hollandiya)
Antinium - 5 manat (Hollandiya)
Orxideya - 25 - 50 manat (Hollandiya)


(Qiymətlər bir ədədinə görə göstərilib).

Qadınları daha hansı hədiyyələrlə sevindirmək olar?

Zərif cinsin nümayəndələrinin ürəyincə olan hədiyyələr təkcə gül-çəçəklə bitmir. Onları təbrik etmək üçün parfümeriya və geyim aksessuarları almaq olar. Bunu nəzərə alaraq şəhərin ticarət mərkəzlərinə baş çəkdik. Artıq əksər satış obyektlərində bayramqabağı zərif cinsin nümayəndələrinin ürəyincə olan malların satışında artım hiss edilir. Parfümeriya satıcıları etiraf etdilər ki, cüzi bahalaşma var: "Artıq bayram hədiyyələri alanların sayı artıb. Lakin bayram günlərində qadın ətirləri və kosmetikası alanların sayı daha çox olur. Bu il sevgililər üçün hədiyyə almaq istəyənlərə xüsusi bayram səbətləri hazırlamışdıq. Eynilə 8 mart üçün də hədiyyə səbətləri hazırlanır. Qiymətlər 20 manatdan 50 manatadəkdir. Keyfiyyəti yaxşı olmayan malları isə daha ucuz qiymətə almaq olar".

Bəzi parfumetriya mağazalarında isə 15-20 % endirim kampaniyalarına start verilib.

Qadın ətri...

Qadınlar üçün əsas hədiyyələrdən hesab olunan ətirlərin qiymətləri isə çox müxtəlifdir. Çünki "fransız ətirləri" adı satılan parfümlər, həmçinin Türkiyədə, Dubayda istehsal olunan ətirlər satışdadır. Elit parfümeriya mağazalarında satılan ətirlər və kosmetikalar dünyanın ən müxtəlif məşhur brendlərinin məhsullarıdır. Burada ətirlərdən ən aşağı qiymətə satılanı 30-40 manatdır (30 ml.). Yeni və klassik ətirlərdən 50 ml. həcmdə olanların qiyməti 45 - 70 manat arasındadır. 100 ml. həcmdə ətirlərin qiyməti 90-120 manat arasında dəyişir.
Bunlar ölkəmizdə "orijinal ətir", yəni, təmiz mal dedikləri parfümlərin qiymətləridir.

Bütün mağazalarda, hətta şəhərdə açıq məkanlarda isə müxtəlif məşhur brendlərin saxta bənzəri satılır və diqqətli insanlar bunların qablaşdırılmasından, həmçinin ətirin aşağı keyfiyyətindən bunu dərhal bilirlər. Elə qiymətləri də bunu göstərir. Hər hansı bir parfümün Fransa, İsveç, Hollandiya istehsalı və orijinal olduğu deyilən mağazalarda, qiyməti 50-70 manatdır. Eyni adda, eyni qutuda, ilk baxışda zahirən heç bir fərq hiss edilməyən saxtası isə 15-20 manata satılır. (Bəzən daha ucuz).

Təbii ki, xanımlar saxta ətirlərin orijinaldan fərqini daha yaxşı bilirlər.
Paytaxtımızda "Açıq parfüm"lər də satılır ki, bunların Türkiyədə istehsal olunduğu bildirilir. Bu adda olan ətir suları demək olar ki, dünyanın əksər məşhur ətir növlərini əhatə edir. Qiymətləri isə belədir: 30 ml. - 9 manat, 50 ml. - 11 manat, 100 ml. - 15 manat.

“8 martda sevdiyim xanımı necə təbrik edəcəm?”

Bu arada əlavə edək ki, Milli.Az xəbər portalının internet istifadəçiləri arasında “8 martda sevdiyim xanımı (həyat yoldaşımı) belə təbrik edəcəm” mövzusunda rəy sorğusu keçirib.
Kişilərin deyəsən, yaralı yerinə basmışıq desək, yanılmarıq. Təxminən 2000-dən artıq respondentdən böyük əksəriyyəti - 832 (36.1%) nəfər "Bu bayramı icad edənləri söyəcəm" cavabını verib. Sorğuda digər cavablar belə olub:
Gül bağışlayacam: 289 (12.5%)
Özüm ona hədiyyəyəm: 267 (11.6%)
Romantik bir gün bəxş edəcəm: 230 (10%)
Heç nə ilə təbrik etməyəcəm: 136 (5.9%)
Ətir bağışlayacam: 128 (5.5%)
Pul verəcəyəm: 114 (4.9%)
Qızıl alacağam: 100 (4.3%)
Həmin gün xətrinə dəyməyəcəm: 66 (2.9%)
Gəzməyə çıxaracam: 56 (2.4%)
Ondan hədiyyə gözləyəcəm: 35 (1.5%)
Restorana dəvət edəcəm: 35 (1.5%)
Ev işlərində kömək edəcəm: 19 (0.8%)

Qadınlar kişiləri "sıxışdırır"?

Qeyd edək ki, 2011-ci ilin mart ayının əvvəlinə olan rəqəmlərlə görə, Azərbaycanda qadınlar ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır.

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.

Milli Məclisdə qadın millət vəkillərinin də sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə qədər artıb.


Geri dön

only-girl

  • 3 aprel 2011 11:03
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
tesekkurler

--------------------

Ulya

  • 12 mart 2011 11:23
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
fellow

lider

  • 7 mart 2011 22:32
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER. MENE LAZIM DEYiL.

TEWEKKURLER. MENE LAZIM DEYiL.

MuslimGirl

  • 7 mart 2011 18:59
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Mene hediyye verilse de, hediyyeleri hec xoslamiram. Menim ucun esas olan qiymetli sozlerdir...Cunki bu, omurlukdur. Amma pulla alinan hediyye ise sadece, pulla alinmis bir esyadir. Ve qisa muddetlidir. Tesekkurler

Su Perisi

  • 6 mart 2011 21:37
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

::..ONSLAUGHT::..

  • 6 mart 2011 20:20
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk ela xeberdir

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kristal

  • 6 mart 2011 20:04
  • Məqalə: 0
  • Şərh: 470
  • Bal:
{awards}
tesekkur dosi

::..ONSLAUGHT::..

  • 6 mart 2011 17:57
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk ela xeberdir

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

host_470

  • 6 mart 2011 14:18
  • Məqalə: 0
  • Şərh: 272
  • Bal:
{awards}
twk ela xeberdir

Doktor

  • 6 mart 2011 12:25
  • Məqalə: 9
  • Şərh: 690
  • Bal:
{awards}
Sitat: Nur_Ay
TWKKKKKKK SUPER MARAQLI VE LAZIMLI XEBERDIR....ILK SHERHIN MENDEN...INDIDEN LEGEND.AZ QIZLARININ 8 MART BAYRAMINI TEBRIK EDIREM...


--------------------

still girl

  • 6 mart 2011 10:04
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
twk ela xeberdir winked

ILuVia

  • 6 mart 2011 09:36
  • Məqalə: 11
  • Şərh: 235
  • Bal:
{awards}
teshekkurler, smile men anama ne alacagimi hele bilmirem.qiymetlerle tanish olmagim yaxshi oldu

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

zayicka

  • 6 mart 2011 04:52
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
maraqli melumatdir arzu edirem ki hec bir qadin 8 martda hediyyesiz qalmasin

Lexikon

  • 6 mart 2011 02:48
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
xeber ucun twk

YazYamuru

  • 6 mart 2011 02:19
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
YAZIQ KİŞİLƏR wink ANANIZ SİZƏ QUBUŞ OLSUN feel

--------------------



-=EFSANE-XANIM=-

  • 6 mart 2011 01:54
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
QADINLAR KIWILERDEN COX OLSA YAXWIDI HER SAHEDE. HEDIYYE ISE BOW WEYDI,ESAS TEK 8I YOX,DAIMA VE HER GUN MEHRIBANCILIQDI

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

фея

  • 6 mart 2011 01:39
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Nur_Ay,
saqol gozel seninde bayramin mubarek love

cox saqol xebere gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Nur_Ay

  • 6 mart 2011 01:33
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
TWKKKKKKK SUPER MARAQLI VE LAZIMLI XEBERDIR....ILK SHERHIN MENDEN...INDIDEN LEGEND.AZ QIZLARININ 8 MART BAYRAMINI TEBRIK EDIREM...


love fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 43
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 55
Cəmi: 135
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 242
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 505
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}