Uşağım yemək yemir: nə etməli?

 
Uşağım yemək yemir: nə etməli?

Qidalanmaq insan sağlamlığı üçün çox vacibdir. Sağlam qidalanmaq isə ondan da önəmlidir. Amma təəssüf ki, bu gün sağlam qidalanmadan danışmaq mümkün deyil. Tərkibinin təmiz olmaması səbəbindən bişirilən qidaların dadları da fərqli olur. Buna baxmayaraq insan damağı zamanla bu dadlara alışır. Dərk edir ki, mütləq yemək yemək lazımdır. Uşaqlara isə bunu başa salmaq olduqca çətindir.
Çərəzlərin, meyvələrin yeyilməsi uşaqlar üçün daha dadlı və əyləncəli olur. Yemək yemək prosesi isə əzaba çevrilir. Maraqlıdr ki, qidalanma vaxtı ana ilə bala arasındakı "müharibə" sadəcə müəyyən yaş həddində olan uşaqlar üçün xarakterikdir.
Pediatrlar bu fikirdədir ki, bu yaş aralığında olan uşaqlar üçün qida qəbul etməmək təhlükəlidir. Elə uşaqlar var ki, onlar əllərinə keçənləri ayaq üstə yeyirlər. Belə uşaqlar üçün təhlükə azdır. Lakin elə uşaqlar da var ki, gün ərzində məcbur edilməsə, qətiyyən qida qəbul etmir və bu, onu narahat etmir. Bu hadaisə təhlükə böyükdür. Çünki məhz 1-4 yaş aralığında olan uşaqlar beyin cəhətdən inkişafın ən sürətli mərhələsində olur. Bu dönəm düzgün və sağlam qidalandırılma uşağı bir növ yaddaş baxımından da məktəbə hazırlayır. Bütün idarənin valideynin əlində olması vacibdir. Uşağa nəzarət edib onun qidalanmasını necə təmin etməsini aydınlaşdırmaq lazımdır. Əks halda körpə orqanizmi bir müddət sonra ağır çəki itirmə və qan azlığı ilə üz üzə qala bilər.
Valideyn Esmira Mahmudova deyir ki, 2 yaşında olan qızına yemək yedizdirmək olduqca çətindir. Oturaraq yemək yeməkdən imtina edən uşağa anası arxası ilə qaçaraq verir: "Qızım 2 yaşında 8 kilodur. Bu, çox anormal çəkidir. Qabırğalarını saymaq mümkündür. Heç bir iştahaçıcı siroplar təsir etmir. Həkimi deyir ki, vaxtında yemək yemə vərdişi yaranmadığı üçün o, bu prosesi lazımsız, vaxt itkisi hesab edir. Məcbur etmək isə onu daha da iyrəndirir".
Tərbiyəçi Tamella Qarayevanın sözlərinə görə, belə hal ana ilə baş-başa qalan uşaqlarda daha çox rast gəlinir. Bağça tərbiyəsinə alışan uşaqların dəqiq rejimi və yeməyi olur. Uşaq dərk edir ki, o, yeməsə, ikinci dəfə ona yemək təklif edilməyəcək: "Hazırda bağçada iki qrupda 60 uşaq tərbiyə alır. Hər kəsə elə gəlir ki, uşaq bağçanın qapısından girən kimi olur ağıllı. Heç kim bilmir ki, biz burda necə əziyyət çəkirik. Rejimə düşən uşaqlar daha sonra çox sakit olur. Əsas onları rejimə sala bilməkdir. Bura gələn uşaqların 90%-i oturub yemək vərdişinə sahib deyil. Bəzən yeməyi götürüb bütün bağçanı fırlananlar da olur. Əsas rejimdir. Bunsuz uşağa "ye" deməklə onu yeməyə vadar etmək mümkün deyil".


Pediatr Xatirə İsayevanın sözlərinə görə, valideynlər uşaqları yemək yeməyə məcbur etməklə onları yeməkdən daha da uzaq salır. Üstəlik "uşağım nəsə yesin" fikri ilə mütəmadi əlinə şirniyyat, çərəz vermək iştahının ölməsinə səbəb olur. Uşaqlara yemək yedizdirib daha sonra bu cür dadlı çərəzləri vermək lazımdır. Növbəti yeməyə qədər isə ac saxlanılmalıdır: "İştahasız uşaqlar bir çox valideynin rastlaşdığı hallardır. Uşağa sevmədiyi, ancaq vitaminli qidaları yedirmək böyük zəhmət tələb edir. Bütün sınaqlar boşa çıxsa da, onları uşağa sevdirməyin, ən azından yedirməyin bir neçə yolları var. Ya eyni ərzağı müxtəlif reseptlərdə, ya da onu əvəz edən başqa bir şey təqdim etməlisiniz. Proteinlə zəngin olan ət qrupu uşaqların böyüməsinə böyük təsir göstərir. Protein çatışmazlığı nəticəsində uşaqların çəkisində azalma, boyun qısa qalması, immunitet zəifliyi və zəkada gerilik meydana gəlir. Qırmızı ət sevmirsə, daha yağsız, proteinlə zəngin olan toyuq və balıq ətindən faydalanın. Tərəvəzi heç bir halda xoşlamırsa, meyvə ilə əvəz etməyə çalışın. C ilə zəngin olan cəfəri və bibər yemirsə, bunu kivi ilə əvəz edin. A vitamini deposu ilə zəngin olan qaysı yedirin".
Pediatr yemək stolunun, uşağa məxsus qab-qacağın olmasının vacibliyini qeyd edir. Deyir ki, uşaq yemək saatında tamamilə yeməyə diqqət cəmləməlidir. Ac olmalıdır. Su, çay, şirə, meyvə yeməməlidir. Bunlar uşağa yalnız və yalnız qidadan sonra verilməlidir. Uşağa yemək yeməyi məcbur etmək lazım deyil. Onlara məcbur edilməlidir ki, yemək masasından qalxmasın: "Ana uşaq üstünü çirkləndirməsin deyə lap 5 yaşa kimi onu özü yedirir. Uşaq qaşıq tutmağı belə bacarmır. 6 ayından etibarən uşaqlara qaşıq verilməli və öyrədilməlidir. Əgər otura bilirsə, mütləq yemək masası alınmalıdır. Uşağın belə yemək problemi ilə qarşlaşmaması üçün 1 yaşa çatmadan tərbiyələndirilməlidir. Rejimi olan, yemək üçün şəraiti yaradılan uşaqların yemək yeməməsi mümkün deyil".


Geri dön

PércyDarkMoon

  • 12 avqust 2015 11:21
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
мəqaւəyə görə тəşəккürւər...

--------------------

ヅ Bad Girl ヅ

  • 10 avqust 2015 19:47
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тəşəккüг ediгəм

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 14:10
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
<Meqale UcUn Tesekkurler >

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

♔๑.Şaнzadəм.๑♔

  • 14 iyul 2015 01:25
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
`Çox saoL can xəbər görə
Ana səhifəDəki uşax nə şirinDi uxx feel

--------------------

Zeynal

  • 13 iyul 2015 17:03
  • Məqalə: 256
  • Şərh: 6
  • Bal:
{awards}
Mövzudan kənar. Saytın baş redaktor və adminlərindən kim varsa, mənə pm-də yazsın!

--------------------

sessiz deniz

  • 13 iyul 2015 16:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
buyurun wehrlere gore twk

Xanim Zehra

  • 13 iyul 2015 16:49
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkurler..

Nazlim_97_

  • 13 iyul 2015 16:47
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Melumata gore saqol.heleki lazim devil.subayclix wink

Çilek_Kokusu

  • 13 iyul 2015 15:35
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
maraqlı məlumatdı təşəkkürlərr

Elya Alieva

  • 13 iyul 2015 15:04
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
xeber ucun tesekkurler

--------------------
UREYIM...I MEN

Ř҉₳₱ʊ₦ʐɛL

  • 13 iyul 2015 14:53
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Meqale ucun tesekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Bash Belası

  • 13 iyul 2015 13:38
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MəLumatçün saoL=)

вคɴค iкiмizi คɴlคт ❤

  • 13 iyul 2015 13:33
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}