Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də
Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib.
Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət etmiş Rəsulzadə bir müddət
burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra «Müsavat» partiyası mərkəzi komitəsinin
sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını
rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib.
Az sonra Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb.
O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib
və Əsri məzarlığında dəfn edilib.