Bu sizin üçün yalnız bir imtahan idi

 
Bu sizin üçün yalnız bir imtahan idi

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Vaxtı ilə Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk insan qiyafəsində əvvəlcə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi:

“Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvə ya da inəkdir”– deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!” Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl saçım olsun və bu keçəllik məndən getsin. İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnəkdir”– dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!” Bundan Sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim.” Mələk əlini onun gözlərinə sürtdü və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur”– dedi. Ona balalı bir qoyun verildi və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!”

Bu sizin üçün yalnız bir imtahan idi

Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də qoyunu balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyinlə istəyimə nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və bu qədər sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” Bu adam cavabında ona dedi: “Düzü, özümün o qədər verəcəyim var ki!” Mələk ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə istədiklərini vermədimi?” Adam dedi: “Bu var-dövlət mənə ata-babalarımdan miras qalmışdır.”

Mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. Onda Mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə istəyimə nail ola bilərəm. Sənin gözlərini qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” Adam dedi: “Doğrudur, mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər qoyun istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymayacağam.” Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!” (əl-Buxari, 3464)


Bu sizin üçün yalnız bir imtahan idi


Geri dön

PércyDarkMoon

  • 12 avqust 2015 11:30
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Allah razi olsun gulu`m

--------------------

Səssiz

  • 2 avqust 2015 23:31
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun bitosummm

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 17 iyul 2015 13:11
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 iyul 2015 14:24
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
buyurun)))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}