Ölümünü gözləyən gənc

 
Ölümünü gözləyən gənc

Bu il mənim üçün çox pis başlamışdı. İlin əvvəlində devalvasiya, sonra əsəblərimi cilovlayaya bilməməyim, hər gün başağrısı ilə oyanmağım və daha nələr. Artıq günlərlə halsız olmağım məni bezdirmişdi. Sığorta kartını götürüb müayinə üçün klinikaya getməyi qərara aldım. Nədənsə müayinələr uzandı, 3-4 gün müxtəlif analizlər üçün klinikaya getməli olurdum. Ən sonda isə həkim diaqnozunu qoyacağı vaxt canımı xətəxanadan qurtaracağıma çox sevinmişdim. Ağ xalatlı həkimləri heç sevməzdim.

Orta yaşlı, simasında nurlu bir qadın idi həkimim. Onunla üzbəüz oturmuşdum. Sifətindən qayğılı görünürdü. Vərəqləri bir daha nəzərdən keçirib adımı deyərək danışmağa başladı:
– Sizinlə səmimi olacağam. İstirahət etməyiniz gərəkdir. İşdən çıxsanız daha yaxşı olar. Bir müddət sonra heç gedəcək halınız olmayacaq.
Həkimin sözləri mənə qəribə gəldi. Nə mənasız sözlər dediyini məni təəccübləndirdi. Bir anlıq susmuşdum və sadəcə deyəcək söz tapa bilmirdim. Onun isə ağız hərəkətlərindən hələ də danışdığını anlamaq olardı.
– Eşidirsiz məni? Ciddi xəstəliyiniz var. Sakitlik, dinclik və müalicə əsas şərtdir. Əks halda ömrünüz daha da qısala bilər.
Ağzımdan sözlər tökülə-tökülə:
– Öləcəm? Mə-əə-ən öləcəm?
– Çox təəssüf ki. Amma düzgün müalicə bir az daha çox yaşamağınıza imkan verəcək.
– Ola bilməz. Bu ola bilməz. – dedim.

Bədənimi idarəetmə qabiliyyətimi itirmişdim. Beynim sanki işləmirdi. Komputerdə olan kimi donub durmuşdu.
– Nə qədər? Nə qədər vaxtım var?
– Çox az. Bəlkə bir neçə ay. Artıq gecikmişiz. Amma düzgün müalicə… – həkim sözlərinə davam edirdi.
Bütün gücümü toplayıb qalxdım. Sağollaşmadan otaqdan çıxdım. Çöldə günəşli və gözəl hava var idi. Heç özüm də hara gedəcəyimi bilmədən hərəkət edirdim. Parkın yanından keçəndə qəflətən dayandım və oturmağı qərara aldım. Beynimdə müxtəlif fikrlər var idi. Skamyada yerimi rahatlayıb arxaya söykəndim.
Nahar vaxtı idi. Parkda insan çox idi. Simalarında gülüş olan insanları gördükcə içimdə bir nifrət yarandı. İrvinq Stounun əsərində Allah barəsində oxuduğum və məni ateist olmağımda son nöqtəni qoyan cümləni xatırladım. Başımı yuxarı qaldırıb iyrənc bir söyüşlə Allahı söydüm.
Beynimdə ötən illərin xatirələri canlanırdı. Təəssüf hissi isə mənə başağrısından daha bərk ağrı verirdi. Olanları xatırlamaq çətin gəlirdi. Düşünürdüm, düşünürdüm.
– Bütün əziyyətim boşa getdi. Son on ildə çəkdiyim bütün zəhmət hədər getdi. 18 yaşından bəri dayanmadan, istirahət bilmədən çalışasan ki, özünə bir gələcək qurasan, qəpik-qəpik pul yığasan, bu da axırı. Nə edəcəm ki indi artıq pulu. O belə köməyimə gələ bilməyəcək. Artıq 28 yaşım var və mən xoşbəxt olmadan, özümdən sonra bir iz qoymadan ölüb getməliyəm. Biri mənə izah etsə idi. Qarşısına qoyub başa salsaydı ki, bu gününlə yaşa. Xoşbəxt olmağa çalış. Heyif ki həyatın ritmini tuta bilmədim. Gəncliyimi itirdim ki, gələcəkdə rahat yaşayım. O gələcək isə artıq gəlməyəcək. Biri mənə bu başa salsaydı.
Universitetə qəbul olmaq üçün necə çalışdığımı xatırlayırdım. Qışın soyuğunda gecələr hamı yatandan sonra mətbəxdə taxta döşəmənin üstündə oturub dərs oxumağım gözümün önünə gəlir. Qəbuldan sonra həyatımın dəyişəcəyinə inanırdım. Və indi öləcəyimi qəbul etmək mənə çox çətin idi. Bu gün varsan, sabah günəş çıxanda isə sən yoxsan. Bu adi təbiət qanunu qəbul etmək mənim üçün ağrılı idi.

Hərəkətsiz axşama qədər skamyada oturdum. Artıq gec idi. Qalxıb evə getmək qərarına gəldim. Yavaş-yavaş, zəif addımlarla evə piyada getməyə başladım. Qarşıda uzun yol məni gözləyirdi. Heç olmasa təmiz havanı ciyərlərimə udmaqdan zövq almaq istəyirdim...


Geri dön

Ř҉₳₱ʊ₦ʐɛL

  • 4 avqust 2015 19:00
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
MəQaLəYə GoRə SaĞoLuN...

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 iyul 2015 17:48
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Tesekkur edirem :)

ღ меумusн ღ

  • 18 iyul 2015 16:03
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
tewekkurler

--------------------
ღ меумusн ღ

AyKe

  • 18 iyul 2015 15:41
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Onun yerine men olsam yaxsi olardi..Allaha acix getmesin.hecolmasa o yasamaq isteyir.
Cox sagolun beyendimm

--------------------
Ölünce sevemezsem seni._____________*

love%messi

  • 18 iyul 2015 13:26
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 18 iyul 2015 11:56
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Hekaye ucun Tesekkurler maraqli idi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

♔ sinყσriτα ♔

  • 18 iyul 2015 10:20
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ay dosi hekayeni cox beyendim tesirli idi menimcun no

eliwqa

  • 18 iyul 2015 09:53
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
cox maraqli idi tewekurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}