Kəpəkdən bezənlər üçün

 
Kəpəkdən bezənlər üçün



Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir. Bu şampunların üzərində xüsusi qeyd olur - "kəpəyə qarşı" ("ot perxoti").

Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin:
- salisil turşusu (şampunun üzərinda "salicylic acid" yazılır)
- kükürd (sulfur)
- sink pirition (zinc pyrithione)
- qatran (tar).

Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır.
Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və marketlərdə satılır.

2 həftə ərzində hər gün saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın.
Adətən 2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.

Əgər kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və ya marketlərdə satılır.
Belə şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz. Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun.

2-4 həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin.

Əgər müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu, adi kəpək deyil, daha ciddi dəri xəstəliyi ola bilər.


Geri dön

PércyDarkMoon

  • 11 avqust 2015 15:17
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
tesekkurler

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 iyul 2015 17:21
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
tesekkurler :)

sessiz deniz

  • 18 iyul 2015 21:08
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
buyurun wehrlere gore twk

eliwqa

  • 18 iyul 2015 19:42
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
ehtiyacim yoxdu yenede tewekurler....

--------------------

ღ меумusн ღ

  • 18 iyul 2015 15:55
  • Məqalə: 12
  • Şərh: 455
  • Bal:
{awards}
Ehiyacim vardi cox tesekkurler [/b]

--------------------
ღ меумusн ღ

Ř҉₳₱ʊ₦ʐɛL

  • 18 iyul 2015 15:27
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Ehiyacim vardi cox tesekkurler fellow

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}