Həccin savabını həccə getmədən qazanmaq.

 
legend.az


Həccin savabını həccə getmədən, birbaşa qazananlar da olur. Əlbəttə həcc vacib əməllərdəndir, gərək gedəsən. Yaxşı olar ki, həccə cavan vaxtlarda gedilsin. Aşağıdakı əhvalatı bir vasitə ilə Ayətullah Fazil Lənkəraninin (r.a) mühafizəçisi cənab Ümidinin özündən duyduq. Buna bənzər bir əhvalatı Tolstoy da hekayələrinin birində qələmə almışdır.
İyirmi ildən artıq Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin mühafizəçisi olmuş cənab Ümidi belə nəql edir: Bir gün həddən artıq narahat idim. Maddi vəziyyətin ağırlığı və qarşıya çıxan bir sıra problemlər məni məngənə kimi sıxırdı. Həmin gün çox çalışsam da narahatçılığımı ağadan gizlədə bilmədim. Ayətullah Fazil bunun səbəbini soruşdu. Cavabdan yayınmaq istədim. Amma ağanın cavab gözləyən mənalı baxışları məni danışmağa vadar etdi. Əhvalatı olduğu kimi söylədim. Ağa təmkinlə qulaq asıb mənə dua etdi, Allah-təaladan müşküllərimin tezliklə həll olunmasını dilədi. Daha sonra təsəlli üçün öz başına gəlmiş bir hadisəni xatırladı və dərindən ah çəkib söhbətə başladı:
Şah rejimi dövründə mübariz inqilabçılara, alim və ruhanilərə yönəlmiş amansız rəftarlardan bizə də bir pay düşmüşdü. Məni İran körfəzi rayonlarından biri olan Lingə limanına sürgün etmişdilər. Bu məntəqədə qışın orta aylarında belə istidən və rütubətdən nəfəs almaq olmur. Səhhətimə münasib olmayan bu ab-həva onsuz da zəif və xəstə cismimi taqətdən salmışdı. Yerləşdiyim daxmanın yaxınlığında kiçik bir çayxana vardı. Orada mömin bir kişi işləyirdi. Səhər, günorta və axşam yemək üçün oraya gedirdim. Həmin mömin kişi bu sadə və kiçik yerdə mənə xüsusi qayğı göstərməyə çalışırdı. Bir gün səhər yeməyi üçün yenə çayxanaya getmək istədim. Əlimi cibimə saldım. Cibimdə bir tümən də olsun pul qalmamışdı. Qayıdıb oturdum. Günorta və axşam da beləcə sovuşdu. Səhəri gün sübh namazından sonra bir tərəfdən havanın ağırlığı, bir tərəfdən xəstəlik və aclığın təsirindən halım pisləşdi. Üzüqibləyə oturub Allahla raz-niyaza məşğul oldum. Əllərimi İlahi dərgaha açıb belə ərz etdim: "İlahi, vücudumun Sənin dininə xeyri varsa, məni bəndələrin yanında xar etmə, ruzi yetir acından ölməyim. Yox, əgər həyatımın Sənin dininə bir faydası yoxdursa, canımı al. Mən kimsəyə əl açmayacaq, kimsədən borc və ya yardım istəməyəcəyəm." Allaha təvəkkül edib gözləməyə başladım; həmin günü bir təhər yola saldım. Səhəri gün günortadan sonra təmiz hava almaq üçün körfəzin kənarında əyləşib mavi dənizə tamaşa edirdim. Bu vaxt yaşlı bir kişinin sürətlə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə onu dilənçi bilib nəsə istəyəcəyini güman etdim. Özüm möhtac ikən ona nə verə bilərdim?! Xəcalət hissi keçirdim. Nəhayət, həmin şəxs əlində bir bağlama tövşüyə-tövşüyə yaxınlaşıb soruşdu: Ağa Fazil sizsiniz? Cavab verdim: Bəli. «Bu əmanət sizə çatacaq» – deyib əlindəki bağlamanı mənə tərəf uzatdı. Bağlamanı almayıb onun nə olduğunu soruşdum. Cavab verdi: "Mən bir il idi ki, həccə getməyə hazırlaşırdım. Özüm balıqçıyam, kiçik bir gəmim var. Səfərə çıxmaq üçün nə lazım idisə tədarük görmüşdüm. Pasport, viza və yol xərcini hazırlamışdım. Bu gün səhər yola düşməli idim. Axşam qəribə bir yuxu gördüm. Həzrət Peyğəmbər (s) yuxuda səfəri təxirə salmağımı əmr edib buyurdu ki, həcc üçün topladığım pulu sizə verim. O Həzrət buyurdu ki, sənə həccin savabı yazıldı, o pulları ağa Fazilə çatdır. Bu gün səhərdən sizi axtarıram. Çayçı işləyən kişi sizin sahildə olduğunuzu deyən kimi birbaşa buraya gəlib sizi tapdım. Şükürlər olsun ki, Həzrət Peyğəmbərin (s) əmrini yerinə yetirdim!"


Geri dön

PércyDarkMoon

  • 11 avqust 2015 15:53
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2015 00:13
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Səssiz

  • 2 avqust 2015 23:02
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyul 2015 22:01
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
`Çox sağ oLun

ღ меумusн ღ

  • 20 iyul 2015 14:47
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
ღ меумusн ღ

psix)

  • 20 iyul 2015 00:30
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun
ellerin derd gormesin

--------------------
......

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 22:49
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

menim aşkim

  • 19 iyul 2015 22:32
  • Məqalə: 0
  • Şərh: 346
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

sessiz deniz

  • 19 iyul 2015 21:11
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 19 iyul 2015 20:34
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}