Fitrə zəkatını bayramdan əvvəl vermək olarmı?
Əhli-sünnə məzhəbinə görə fitrə zəkatını Ramazan bayramının gecəsi və ya Ramazan bayramı günü bayram namazına kimi vermək daha üstündür. Amma bundan tez, yəni Ramazan ayı boyunca da vermək olar. Hənbəlilər və malikilər bayramdan iki gün əvvəl də fitrə zəkatını verməyi icazəli bilirlər, bundan daha tez verməyi isə məqbul saymırlar.
Cəfəri məzhəbinə görə fitrə zəkatı Ramazanın son günündə Günəş batarkən ayrılmalıdır. Bundan əvvəl ayırıb vermək bəyənilmir. Fitrəni bayram günü bayram namazına kimi öz ünvanına, yəni ehtiyaclı şəxsə çatdırmaq daha yaxşıdır; mümkün olmasa bayram namazından sonra da çatdıra bilər. Fitrə zəkatını çatdırmaqda çox yubanmaq bəyənilmir.
Fitrəni bayram axşamı gün batmazdan əvvəl vermək bir halda icazəlidir. O da bundan ibarətdir ki, əgər bu vaxtdan əvvəl bir adam bir fəqirə borc versə, fitrə zəkatını həmin borcdan saya bilər, yəni verdiyi borcu ya tam, ya da qismən fəqirə bağışlamaqla, fitrə zəkatını ödəmiş sayılar.